"Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç Topaz Premyer Liqasının 4-cü turunda "Neftçi"yə səfərdə 0:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, serbiyalı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bildirib.
- Əlbəttə, düşünürəm ki, yaxşı oynadıq. Təəssüf ki, son dəqiqələrdə üstünlüyü əldən verdik və buraxdığımız qollarla uduzduq. Doğrudur, ilk hissədə hardasa bərabər oyun getdi. Müəyyən məqamlarda səhvlər də oldu. Ancaq ikinci hissədə oyunumuzu artırmadıq. Bəxtimiz də gətirmədi, bir neçə qol şansımızdan istifadə edə bilmədik. Fikrimcə, taktiki cəhətədn yaxşı oynadıq. Bildiyiniz kimi, "Neftçi"nin güclü hücum xətti var. Onların ön xətdə çıxış edən futbolçularının çoxunu bağladıq. Deyərdim ki, hücumçumuz Ander Klennon qol şanslarını əldən verdi. Futbolda kim qol vurursa, o da qalib gəlir. "Neftçi" bundan istifadə etdi və meydanı qalib tərk etdi. Deyərdim ki, bu gün "Keşlə" çox fərqli idi. Yaxşı mübarizə apardıq, çox istəkli idik. Ancaq təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik.
- Çoxsaylı qol imkanlarını qaçıran Klennonu niyə gec əvəzlədiniz?
- O, qol vura bilmədi, ancaq yaxşı oynadı. Qalib gəlməyimizə çox kömək edə bilərdi.
- Kamran Ağayev qapısını tərk edərkən ona iradını bildirdiniz, ancaq sizə qulaq asmadı...
- Onun bu hərəkəti haqda müxtəlif fikirlər ola bilər. O, qapısını tərk etdi və bunun nəticəsində 2-ci qolu buraxdıq. Həmin vaxt oyunun bitməsinə 1 dəqiqə qalmışdı. O epizodda Nikola Mitroviç cərimə zərbəsindən qol da vura bilərdi. Kamranın hərəkəti riskli idi. Ancaq 0:1 və 0:2 arasında fərqi yoxdur. Hakimlik pis olmadı, referi normal idarəçilik etdi. Ancaq məncə, 2-ci qol ofsayd idi.
- Bahodir Nasimov meydana daxil olanda hücum xəttiniz güclənmədi. O, ləngliyi ilə yadda qaldı. Nasimovun əvəzinə Amil Yunanovu buraxmaq daha düzgün olmazdı?
- Amil cəld futbolçudur, başa düşürəm. Ancaq Nasimovu hesaba uyğun olaraq meydana buraxdıq. Müdafiə xəttində ani konsentrasiyanı itirdik və bu, qolla nəticələndi.
- Samir Məsimov meydana çıxandan sonra 2 epizodda yaxşı şansları olsa da, bundan istifadə edə bilmədi. Ona iradlarını bildirdiniz?
- Fikrinizlə razıyam. Ona qarşılaşmadan sonra düşüncələrimi bildirdim. Futbolçu meydanda vaxtında qərar verməlidir. Vaxtında ötürmə etsəydi, bu, qolla nəticələnərdi və meydanı qalib də tərk edə bilərdik.
- 4 oyuna 1 xal və sonuncu yer. Hansı çatışmazlıqları aşkar edərək, aradan qaldırmağı düşünürsünüz?
- Təbii ki, məğlubiyyətlər komandaya psixoloji təsir edir. Ancaq bu, futboldur, belə şeylər olur. Məsələn, Albaniyada 6 oyuna 3 xal toplamışdım və sonra yaxşı nəticələr qazandıq. Əsas odur ki, qələbə qazanaq, motivasiyamız olsun.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Xavi: “Bu, biabırçılıqdır”
“Portuqaliyanın uduzmasına sevindim” - Ronaldonun anası
“Onu “Qarabağ”dan transfer etmək istəyirdik, alınmadı”