"Bölgə komandalarına diqqəti artırmalıyıq" – Elxan Məmmədov

"Bölgə komandalarına diqqəti artırmalıyıq" – Elxan Məmmədov
GÜNDƏM 11 Mart 2016 / 11:12 2464
-  A +

"Azərbaycan Premyer Liqasındakı 10 komandadan 6-nın Bakıda məskunlaşması bizi narahat edir".

Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov hesabat-seçki konfransındakı çıxışında deyib.

O, bölgə komandalarına daha diqqətlə yanaşılmasının vacibliyini vurğulayıb:
 
"Regionlarda azarkeşlərin oyunlara daha çox gəlməsi bizə bir mesajdır. Biz bölgə komandalarına diqqəti artırmalıyıq".

E.Məmmədov 2009-cu ildə AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi "Hər klubun öz stadionu olmalıdır" qərarının müsbət nəticə verdiyini vurğulayıb.

Daha çox


Son xəbərlər