Ötən mövsüm Avropa Liqasında qrup mərhələsinin son tur matçında "Qarabağ"ın İtaliya "İnter"inin qapısından keçirdiyi təmiz qolu saymayan hakim Miroslav Zelinka yenidən beynəlxalq oyuna təyinat alıb.
Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, çexiyalı referi Avropa Liqasının qrup mərhələsinin V turunda keçiriləcək "Molde" - "Fənərbaxça" görüşünü idarə edəcək.
Onun köməkçilərindən biri kimi elə "Qarabağ"ın qolunun sayılmamasında xüsusi rolu olmuş Andrey Pelikan təyin edilib. Digər yan xətt hakimi Yan Patak, dördüncü hakim isə İvo Nadvornikdir.
Qeyd edək ki, noyabrın 26-da Norveçdə keçiriləcək "Molde" - "Fənərbaxça" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.
Xatırladaq ki, 2014-cü il dekabrın 11-də keçirilmiş matçın sonuncu uzatma dəqiqəsində Riçard Almeyda topu "İnter"in qapısından keçirsə də, Miroslav Zelinka həmin epizodda "ofsayd" olduğunu bildirərək, qolu saymayıb. Halbuki həmin qolun tam qaydalar çərçivəsində vurulduğu açıq-aşkar görünüb. Çexiyalı referinin yanlış qərarı üzündən 1/16 finala "Qarabağ" yox, Ukrayna "Dnepr"i çıxıb. Öz növbəsində "Dnepr" Avroliqanın finalınadək irəliləyib və yalnız həlledici görüşdə İspaniya "Sevilya"sına uduzaraq, kuboksuz qalıb. "Qarabağ" rəhbərliyi haqqının bərpası və Zelinkanın cəzalandırılmasına nail olmaq istəsə də, UEFA nəticəni qüvvədə saxlayıb.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol