"Sabahkı oyunu səbirsizliklə gözləyirik. Son oyunda hiss etdik ki, “Monako” kimi rəqiblə başabaşa mübarizə apara bilirik. Sabah azarkeşlərimizi maraqlı oyun gözləyir".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın müdafiəçisi Maksim Medvedyev Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda sabah qarşılaşacaqları "Monako" ilə oyunöncəsi keçirilən mətbuat konfransında deyib.
Rəqibin heyətində Stefan Əl-Şaaravini fərqləndirən Medvedev ona qarşı oynamağın çətin olduğunu bildirib: "Müdafiəçi olaraq rəqibin hücum xəttini qeyd etməliyəm. Əl-Şaaravi ilə üçüncü dəfə qarşılaşacam. Ona qarşı oynamaq çox çətindir. Ancaq biz komanda şəklində oynayırıq. İnanıram ki, komanda yoldaşlarım da məni tək qoymayacaq. Belə futbolçuya qarşı oynamaq mənə də zövq verir".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Monako" oyunu saat 20:00-da başlayacaq.
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi
“Milan” Alleqrini istefaya göndərir
Bütün Tovuzun gözlədiyi xəbər - UEFA nümayəndəsi nə dedi?
Kanada millisi DÇ-2026-ya bu heyətlə yollanır
"Real"a keçə bilər
Messi zədələnib?
Aşağı liqaya düşən klub baş məşqçisini göndərir
Yeni klubu Toralı belə təqdim etdi - Video
Toral Bayramov Türkiyə klubuna keçdi - Rəsmi
“Dünya çempionu olmaqla rəqiblərimizi qıcıqlandırmışıq”
Azərbaycan millisi Avropa çempionatına bu heyətlə yollanır
Vəli Qafarov: “Bütün rəqiblərdən təhlükə gözləyirik”
“Qəbələ” - “Mingəçevir” matçı FİFA referisinə tapşırıldı
Konte "Napoli"dən ayrıldı