"Azərbaycana pul qazanmaq üçün getmişdim".
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu hazırda Fransanın həvəskarlardan ibarət "Olnoy" klubunda çıxış edən "Qəbələ"nin sabiq futbolçusu Yannik Kamanan "So Foot" nəşrinə müsahibəsində deyib.
34 yaşlı hücumçu bildirib ki, Azərbaycan Premyer Liqasında çıxış etdiyi vaxt ən çox qazanan oyunçuların mövsümlük müqavilələri 500 000 - 800 000 avro aralığında dəyişib. O, məhz bu səbəbdən, "qırmızı-qaralar"la müqavilə bağladığını açıqlayıb: "İlk dəfə mənim üçün "Azərbaycan" adı çəkiləndə "Orada nə işin var?" deyə soruşdular. Cavabında seçim imkanımın olmadığını bildirdim. Gələcəyimi düşünməli idim. Azərbaycan çempionatı genişlənir. Orta səviyyə Fransanın Liqa 2 səviyyəsindən bir az aşağıdır".
"Qəbələ"də işin daha peşəkarcasına qurulduğunu bildirən Kamanan vaxtilə İngiltərədə çıxış etmiş hücumçu Deon Bartonla eyni komandada yer aldığını xatırladıb: "Onu komandanın əvvəlki baş məqşçisi Toni Adams gətirmişdi".
Təcrübəli forvard Azərbaycan futbolunun nəinki aşağı, hətta fantastik səviyyədə olduğunu bildirib. Lakin o, ölkədə futbol məktəblərinin azlığını da diqqətə çatdırıb.
Qeyd edək ki, Yannik Kamanan Avropa Liqasının qrup mərhələsində "Qarabağ" klubunun rəqiblərindən olan İngiltərə "Tottenhem"inin yetirməsidir. O, 2012-ci ilin yanvarında "Qəbələ" ilə 2 illik müqavilə bağlayıb. O, 2014-cü ilin aprelində "qırmızı-qaralar"la yollarını ayırıb. Bundan sonra bir ildən çox klubsuz qalan Kamanan 2015-ci ilin avqustunda Fransa çempionatının həvəskarlar liqasında çıxış edən "Olnoy" komandasına keçib.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi