“Qarabağ”dan ayrılaraq böyük ümidlərlə Türkiyə superliqa təmsilçisi “Eskişehirspor”a transfer olunan Muarem Muarem meydanda görünmür. Qol.Az-ın müxbiri makedoniyalı yarımmüdafiəçi ilə əlaqə saxlayaraq bunun səbəbini öyrənib
- Muarem, səni niyə meydanda görmürük?
- Düzdür, meydana çıxmıram. Cəmi iki qarşılaşmada 35 dəqiqə oynamışam. Bir müddət zədədən əziyyət çəkdim. Yenicə sağalmışam. Bir həftədir ki, məşq edirəm. Ayaq əzələmdə yırtıq var idi. İstanbulda müailicə olundum.
- Oynamamağının səbəbi yalnız zədədirmi?
- Yox, zədədən əvvəl də baş məşqçi mənə şans vermirdi. Məşqçilərimizin istəyi ilə bura gəlmişəm. Amma gəldikdən sonra hər şey dəyişdi. Təlim-məşq toplanışı zamanı bütün yoxlama matçlarında oynadım. Ancaq superliqa oyunlarında ehtiyatda qaldım. Hər halda belə davam edərsə, burda qalmayacam.
- Nə qədər gözləmək fikrin var?
- Dekabra qədər. Görək, ilin sonuna qədər necə olacaq. Bura oynamaq üçün gəlmişəm, ehtiyatda qalmağa yox.
- "Qarabağ"a qayıtmaq istərdin?
- "Qarabağ" mənim üçün özəl bir komandadır. Karyeramı "Qarabağ"da bitirmək istəyirəm. Hər zaman söyləmişəm ki, harda oluramsa olum həmişə "Qarabağ"da oynamaq istərəm.
- "Qarabağ" üçün darıxırsanmı? Sabiq komanda yoldaşlarınla əlaqən var?
- Əlbəttə, müntəzəm olaraq danışıram. Heç vaxt orda yaşadıqlarımı unutmaram. 
- Kimlərlə danışırsan?
- Şehiç, İlqar, Dmitroviski və Rəşad abiylə internet vasitəsilə əlaqə saxlayıram.
- "Eskişehirspor"a daha çox pul qazanmaq üçün getdin? Mətbuatda belə yazılırdı.
- Ola bilər. Hər kəsin bir düşüncəsi var. Ancaq bura niyə gəldiyimi bir Allah bilir.
- Bəs niyə avrokuboklarda çıxış edən komandanı "Eskişehirspor"a dəyişdin?
- Sırf karyeramı düşünürək bura gəldim. Belə bir təklif olduğunu əvvəlcədən Qurban Qurbanova da demişdim. Bildirmişdim ki, superliqada özümü sınamaq istəyirəm. Bəli, Türkiyə futbolunda pul daha çoxdur. Ancaq sabit olaraq maaş almaq olmur deyə superliqaya gələndə düşünməli olursan. Mən sadəcə, özümü sınamaq üçün Türkiyəyə gəldi.
- "Qarabağ"dan ayrılan digər futbolçu Leroy Corc da Türkiyədə oynayır. Onunla əlaqə saxlayırsan?
- Hərdən danışırıq. Onların durumu yaxşıdır. Yəqin ki, bu mövsüm superliqaya vəsiqə qazanacaqlar.
- "Qarabağ" oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsində "Monako"nun qonağı olacaq. Sabiq komandandan nə gözləyirsən?
- "Qarabağ"ın hər matçını izləyirəm. Çətin oyun olacaq. Amma "Qarabağ" çox yaxşı komandadır, güclü baş məşqçisi var. Yəqin ki, onlara qarşı necə oynayacaqlarını bilirlər. Mən çox ümidliyəm ki, səfərdən uduzmadan qayıdacaqlar. Məncə, "Qarabağ" Monakoda xal və ya xallar qazanacaq. Mən bu komandada oynamışam. Bilirəm ki, "Qarabağ" heç vaxt səfərə uduzmaq üçün getmir.
Ramiq AĞAMƏMMƏDOV
"Şamaxı"da 8-ci ayrılıq
Haaland hamını geridə qoydu
"Barselona"nın yetirməsi klubdan gedə bilər
Neymar DÇ-2026-ya qədər meydana çıxmayacaq
Panama millisinin DÇ-2026 üçün yekun heyəti
İkardi vətəninə qayıdır?
Premyer Liqada heç bir matçı buraxmadı
İtaliya A Seriyasında antirekorda imza atdı
"Turan Tovuz"un futbolçusu dünya çempionatına yollanır
Baş məşqçidən sonra onlar da klubdan getdi
"Sabah" qapıçısı ilə müqaviləni yenilədi
"Trabzonspor" Şimanskini transfer edə bilər
"Çelsi" futbolçusundan narazıdır
Millini DÇ-2026-ya aparan qol belə əbədiləşdirildi - Şəkil
Mövsümün ən çox izlənən matçı
"Səbail"in məşqçisinə və futbolçularına cəza
"Borussiya" Türkiyə millisinin üzvünü göndərdi
"Şamaxı" 5 futbolçu ilə vidalaşdı
"Neftçi"dən 3 futbolçu getdi - Abubakar da var
“Sabah” onunla müqaviləni uzatmadı
"Sevilya"dan getdi
“Araz-Naxçıvan” Demçenko ilə yolları ayırdı
"Neftçi"nin futbolçusunun cəzası məlum oldu
Azərbaycan qadın millisinin heyəti açıqlandı
"Sabah"ın futbolçusu DÇ-2026 üçün geniş heyətdə
Hakimin bu skandal qərarı gündəm oldu - Video
"Milan" Konteni hədəfə aldı
"Neftçi"nin futbolçusu Kipr klubuna keçdi
"Bu mövsümü "Zirə" üçün uğurlu saymaq olar" - Aydın Bayramov
Əfran İsmayılov vitse-prezident təyin edildi
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdı
"Qarabağ"dan mövsümün azarkeş rekordu
"Sumqayıt" Saşa İliçin ayrılığını açıqladı
Qana millisinin DÇ-2026 heyəti
DÇ-2026 öncəsi pasportu oğurlandı
Azərbaycanı Avropa kubokunda onlar təmsil edəcəklər
“Yüz il xatirələrdə qalacaq səyahət”
Mauritsio Sarrinin yeni klubu müəyyənləşib
Müayinənin nəticəsi: Messi yorulub!
Berdıyevdən azərbaycanlı gənc furbolçularla bağlı açıqlama
“Volfsburq” ikinci Bundesliqaya düşdü
“Şamaxı”nın formasını daşımaq qürur idi” - Rüfət Abbasov
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı