“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi Çernoqoriyanın “Rudar” klubunun yarımmüdafiəçisi İqor İvanoviç Qol.Az saytına müsahibə verib.
- Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan klubu “Qarabağ”a rəqib oldunuz. Püşkün nəticəsini komandanız üçün necə dəyərləndirirsən?
- Düzü, püşk bizim üzümüzə gülmədi. Çünki “Qarabağ”dan daha asan rəqiblə düşə bilərdik.
- “Qarabağ” haqda hansısa məlumatınız var?
- “Qarabağ” çox güclü komandadır. Ardıcıl iki il Azərbaycan çempionu olub. Həmçinin klubun yaxşı futbolçuları və təcrübəli baş məşqçisi var. İşimiz Azərbaycanda asan olmayacaq.
- Qurban Qurbanov haqqında nə bilirsən?
- Qurban Qurbanovu uşaqlıqdan tanıyıram. Bilirəm ki, o Azərbaycan milli komandasında da yaxşı oyunlar göstərib. Biz Serbiya və Çernaqoriya adı ilə çıxış edəndə Qurbanov Padqoritsada millimizin qapısından iki qol keçirmişdi. Həmin oyunda mən uşaq idim. Həmin matçı stadionda izləyirdim.
- “Qarabağ”ın heyətində hansı futbolçuları tanıyırsan?
- Bir çox futbolçu haqqında məlumatım var. Xüsusən də Reynaldo, Leroy Corc, İbrahim Şehiç.
- Ümumiyyətlə, Azərbaycan futbolu barədə nə deyə bilərsən?
- Azərbaycan futbolu yaxşı səviyyədədir və hər il inkişaf edir. Bu inkişaf da şərtdir. Çünki bildiyimə görə ölkənizdə futbol üçün böyük pullar xərclənir. Azərbaycan özü də gözəl ölkədir.
- Ötən mövsüm “Qarabağ”ın Avropa Liqasındakı oyunlarını izləmisən?
- Demək olar ki, bütün oyunlarına baxmışam. “Qarabağ” çox çətin qurupa düşmüşdü. “Dnepr”, “İnter”, “Sent-Etyen” kimi böyük klublarla mübarizə aparmaq asan deyil. Hətta komandanız “Dnepr”i məğlub etdi, “İnter”lə oyunda isə qələbə qolu hesaba alınmadı. Halbuki o, təmiz qol idi. Həmin epizodda hakim çox böyük səhvə yol verdi. Ona görə də mənim üçün “Qarabağ” həmin oyunda qələbə qazanıb.
- Bəs, səncə “Qarabağ” - “Rudar” duelinin favoriti kimdir?
- Favorit “Qarabağ”dır. Amma bu futboldur hər şey ola bilər.
- Bakıda qazanacağınız hansı nəticə sizin üçün uğurlu sayılar?
- Biz yaxşı oyun sərgiləməyə çalışacağıq. Səfər matçında bərabərlik bizim üçün yaxşı nəticə olar.
Ergün SEYİD
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi