44 günlük Vətən müharibəsindən sonra Azərbaycan futbolunda şəhidlərin xatirəsinin anılması üçün xüsusi bir ənənə yaranıb. Artıq bir neçə ildir ki, milli komandamızın və klublarımızın oyunlarında 44-cü dəqiqədə tribunlardan “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səslənir.
Bu təşəbbüsün əsası 2021-ci ildə “Forza Neftçi” azarkeş qrupu tərəfindən qoyulub. Zamanla digər azarkeş qrupları da bu ənənəyə qoşulub və 44-cü dəqiqə Azərbaycan futbolunun ayrılmaz hissəsinə çevrilib.
Bəs bu ənənə necə yaranıb? Onun ilk addımlarını “Forza Neftçi” fanklubunun fəallarından olan Tural Alışov belə xatırlayır:
“Bu ənənə 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra yaranıb. Həmin vaxt həm də COVID-19 pandemiyası dövrü idi. İlk dəfə azarkeşlərin stadiona buraxıldığı oyunda — 2021/2022 mövsümündə UEFA Çempionlar Liqasında "Neftçi"nin Tiflis "Dinamo"suna qarşı matçında “Forza Neftçi” tərəfindən həmin şüar səsləndirildi. Əvvəlcə hərbi salam verildi. Həmin dəqiqədə hamı sakit dayanaraq şəhidlərimizi yad etdi. Daha sonra isə “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirildi. Beləliklə, müharibədə canından keçən insanlar anıldı.
Bundan sonra bu təşəbbüs yayıldı və ənənə şəklini aldı. Digər azarkeş qrupları da bu ənənəni davam etdirdilər. Biz bununla öyünmürük, yəni bunu ilk dəfə bizim etdiyimizi xüsusi olaraq vurğulamırıq. Sadəcə, zaman elə gətirdi ki, azarkeşlərin tribunaya buraxıldığı ilk oyun bizim oyunumuz oldu və biz bu təşəbbüsü həyata keçirdik. Bəlkə də bizdən əvvəl başqa bir oyun olsaydı, ayrı azarkeş qrupu da eyni şəkildə edəcəkdi. Ancaq fakt faktdır. Bu, bizim borcumuz idi və üzərimizə düşən borcu bu formada yerinə yetirməyə çalışdıq.
Əvvəllər təxminən 15-20 saniyəlik sükut olurdu, daha sonra isə “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilirdi. Sonradan hərbi salam ənənədən çıxdı. Hazırda isə təxminən 30-40 saniyə ərzində tribunada şüarlar səsləndirərək şəhid olmuş tribuna yoldaşlarımızın da adlarını yad edirik.
Mövzu Vətən, bayraq və şəhidlər olanda, həmin dəqiqədə məsələ artıq başqa məna daşıyır. Biz nə qədər "Neftçi"yə bağlı olsaq da, belə bir məqamda klub bizim üçün ikinci plana keçir. Çünki söhbət Vətəndən, bayraqdan və şəhidlərdən gedir”.
“İdman Könüllüləri və Azarkeşləri” İctimai Birliyinin İdarə Heyətinin rəhbəri Atanur Cəfərli də bu ənənənin Azərbaycan futbolunda qazandığı yerdən danışıb:
“Artıq neçə ildir ki, Azərbaycan çempionatı və avrokubok oyunlarında 44-cü dəqiqədə bu şüar səslənir. Bu şüarı ilk dəfə "Forza Neftçi" azarkeş qrupu səsləndirib. Həmin vaxt hətta hərbi salam da vermişdilər.
Sonradan bu şüar, demək olar ki, Azərbaycanın bütün azarkeş qruplarına və stadionlarına yayıldı. Yəni, təşəbbüsün əsası orada qoyuldu. Mənə elə gəlir ki, bu, çox böyük və yaxşı bir təşəbbüsdür. Digər azarkeş qrupları da bunu örnək götürərək davam etdirirlər.
İllərdir bu şüar hər tribunada səslənir. Mən Tovuzda və Gəncədə daha çox şahidi olmuşam ki, azarkeşlər ayağa qalxır, 44-cü dəqiqəni bir anım dəqiqəsi kimi keçirirlər. Bu da, təbii ki, şəhidlərimizə olan ehtiramın əlamətidir”.
Bəli, artıq bir 5 ildir davam edən bu ənənə göstərir ki, futbol təkcə meydandakı mübarizədən ibarət deyil. Bəzən bir şüar minlərlə insanı eyni hiss ətrafında birləşdirməyə, şəhidlərin xatirəsi qarşısında bir araya gətirməyə kifayət edir.
Ramiq Ağaməmmədov
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"