Misli Premyer Liqasının 4-cü turu çərçivəsində "Sabah" "Zirə"yə 5:0 hesabı ilə qalib gəlib.
QOL.az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matç haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıb:
"Oyunçularımı təbrik edirəm. Onlar bu gün oyun planımızı möhtəşəm şəkildə meydanda icra etdilər. Oyuna çox yaxşı başladıq, 10 dəqiqə ərzində 2 qol vurduq. Hücum və pressinq zamanı çox aqressiv idik. İstədiyimizi meydanda edə bilirdik.
3:0-dan sonra futbolçularımdan bir az narazı qaldım. Çünki oyunçularımda tələskənlik görürdüm. Onlar hər hücumu bitirməyə çalışırdılar, amma mən istəyirdim ki, daha çox oyunumuzu rəqibə qəbul etdirsinlər. Bəzən iki yarımmüdafiəçimiz ara ötürmələrini bağlaya bilmirdi. Bu hallardan o qədər də məmnun qalmadım.
Komanda 5:0 qalib gəlirsə və qol buraxmırsa, ümumən razı qalmamaq düzgün deyil. Komandamın bugünkü oyunundan çox məmnunam. Bu nəticəni unuduruq, qarşıdakı matça köklənirik".
- Umarali Raxmonaliyev və Stiv Solvetin vəziyyəti nə yerdədir?
- Onların vəziyyətinin necə olduğunu hələ bilmirik. Solvet MRT müayinəsi üçün xəstəxanaya yollandı. Bir az ciddi zədəyə oxşayır.
- Bu gün oyun planı sırf “Zirə”yə qarşı nəzərdə tutulmuşdu, yoxsa planın içərisində “Mançester Yunayted”lə görüş üçün də B planı var idi?
- Əlbəttə ki, eyni oyun planı ilə İngiltərəyə gedib “Old Trafford”da “Mançester Yunayted”ə qarşı oynamaq olmaz. Düzdür, bizim kimliyimiz var. Bu da ondan ibarətdir ki, çalışdıqca hücumda daha fəal olmaq və daha çox qol vurmaq istəyirik. İndi kimə qarşı oynayacağımızı bilirik. Təbii ki, “Mançester Yunayted”ə qarşı fərqli planımız və fərqli hazırlığımız olacaq.
- “Sabah” uşaq futboluna və akademiyanın inkişafına önəm verir. Baş məşqçi kimi sizin buna münasibətiniz necədir?
- Klubumun belə işlər görməsindən fəxr edirəm. Avropada elə klublarda çalışmışam ki, həmin klublar bir il avrokuboklarda iştirak ediblər, bir ildən sonra isə iflas olublar. Mənim klubum uşaq futboluna, akademiyalara yatırım edir, struktur qurursa, bu, inanılmaz duyğudur, möhtəşəm işdir. Bu, təkcə “Sabah” üçün deyil, Azərbaycan futbolu üçün edilən investisiyadır. O uşaqlar tək “Sabah” yox, Azərbaycan millisi üçün də oynaya bilərlər.
- Bəzən baş məşqçilər vacib oyun ərəfəsində bəzi əsas oyunçularını qoruyur. Bu gün Umarali Raxmonaliyev və Stiv Solvet zədələndi. “Zirə” ilə matç sizin üçün vacib idi, yoxsa futbolçuları oyun tempində saxlamaq önəmli idi deyə, onları meydana buraxmışdınız?
- Futbolçuların vəzifələri sadəcə məşq etmək yox, həm də oynamaqdır. Bizdə hələlik məlumat yoxdur ki, “Mançester Yunayted”ə qarşı kimlər oynamayacaq. Amma sizə onu söz verə bilərəm ki, biz “Mançester Yunayted”ə qarşı 10 nəfərlə oynamayacağıq, yenə də 11 nəfərimiz var və onlar da oynamağa hazırdır. Meydana kim daxil olursa-olsun, bizim oyun keyfiyyətimiz düşmür.
27 gün ərzində 8 oyunumuz var. Elə lüksümüz var ki, oynayaq və futbolçularımıza 2 gün istirahət verək. 19 noyabrdan dekabrın 9-na qədər 7 oyunumuz var. Çalışacağıq ki, öz tempimizi saxlayaq. Bir oyun bitdikdən sonra önəmli olan qarşıdakı matça hazırlaşmaqdır. Ona görə də Çempionlar Liqasına xoş gəldiniz.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü