Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Misli” brendi ilə Peşəkar Futbol Liqası (PFL) arasında Azərbaycan Premyer Liqasının titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb.
QOL.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Razılığa əsasən, “Misli” 2026/2027-ci illər mövsümündə də Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı “Misli Premyer Liqası” adlanacaq.
Məlumatda bildirilir ki, “Misli” hər zaman ölkədə idmanın, xüsusilə də futbolun inkişafına və populyarlaşdırılmasına yönəlmiş mühüm layihələrin həyata keçirilməsinə töhfə verir. Şirkətin Azərbaycan Premyer Liqasına sponsorluğu da bu istiqamətdə həyata keçirilən önəmli layihələrdən biridir.
Artıq beşinci mövsümdür davam edən bu əməkdaşlıq Azərbaycan futbolunun uzunmüddətli və dayanıqlı inkişafında mühüm rol oynayır. Bu müddət ərzində liqaya maraq və yarışın rəqabətliliyi əhəmiyyətli dərəcədə artıb. Sponsorluq çərçivəsində həyata keçirilən müxtəlif layihələr azarkeşlərin diqqətini cəlb etməklə yanaşı, yerli futbolun kommersiya dəyərinin artırılmasına da mühüm töhfə verir.
“Misli” həmçinin kişilərdən ibarət A milli futbol komandasının rəsmi sponsorudur. Əsas milli komandaya sponsorluq “Misli”nin ölkədə idmanın, xüsusilə də futbolun inkişafına və dəstəklənməsinə verdiyi davamlı dəstəyi əks etdirir.
“Misli” və PFL arasında davam edən tərəfdaşlıq futbolun ictimai dəyərinin artırılmasına, azarkeşlərlə klublar və milli futbol arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verir. “Misli”nin Premyer Liqaya dəstəyi Azərbaycan futbolunun inkişafı üçün yeni imkanların yaradılmasına xidmət edir.
Qeyd edək ki, 2026/2027-ci illər mövsümünün Misli Premyer Liqası 14 avqust tarixində başlayacaq.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü