“Qarabağ”ın qapıçısı Mateuş Koxalski “Nyukasl”a qarşı oyunlarda ümumən 9 qol buraxmasına baxmayaraq, baş məşqçi Eddi Hauna (Eddie Howe) transfer çağırışı edib.
QOL.az xəbər verir ki, bu haqda İngiltərənin nüfuzlu "The Sun" qəzeti yazır. Qəzetin yazdığına görə, Mateuş Koxalski “Nyukasl”la oyunlardan sonra Eddi Hauna onu transfer etməsi ilə bağlı açıq mesaj göndərib və bunu özü də müsahibəsindən etiraf edib.
Yazıda qeyd edilir ki, 25 yaşlı polşalı qolkiper "Nyukasl"ın hücumçusu Entoni Qordonun da rəğbətini qazanıb.
Koxalski ötən həftə Bakıda keçirilən Çempionlar Liqası oyununda komandasının doğma meydanda 1:6 hesablı ağır məğlubiyyətinə baxmayaraq, Azərbaycan təmsilçisinin ən yaxşı oyunçularından biri olub. O, həmin görüşdə 8 seyv etsə də, çərşənbə axşamı keçirilən cavab matçında (2:3) daha 5 qurtarışla yadda qalıb. “Nyukasl”da icarə əsasında çıxış edən Aaron Ramsdeylin şans qazandığı matçlarda hələ tam inam yaratmaması səbəbindən Eddi Haunun yeni qapıçı axtardığı, hədəflər arasında “Mançester Siti”nin qolkiperı Ceyms Traffordun da olduğu bildirilir.
2024-cü ildə “Qarabağ”a keçməzdən əvvəl “Legiya Varşava” və “Stal Mieleç”də çıxış edən Koxalski ümid edir ki, təkbaşına göstərdiyi qəhrəman oyun “Nyukasl”ın baş məşqçisinin və Premyer Liqa klublarının skautlarının diqqətini cəlb edib.
İngiltərəyə mümkün keçidi barədə o, “Sun Sport”a deyib: “Bu, mənim ən böyük arzumdur. Ümid edirəm ki, bu oyunları təkcə azarkeşlər izləməyib və mənim haqqımda yaxşı danışmayıblar, eyni zamanda Premyer Liqa və ya Çempionşipdən yaxşı klubların skautları da baxıblar və bəlkə gələcəkdə məni transfer etməyə çalışarlar.
Həmişə əlimdən gələni etməyə, özümü göstərməyə və komandaya kömək etməyə çalışıram. Bu iki oyunda 9 qol buraxdım, buna görə, əlbəttə, xoşbəxt deyiləm. Altı qol buraxıb uduzanda heç vaxt yaxşı oyun olmur. Amma bundan sonra azarkeşlərin və insanların mənim haqqımda yaxşı danışması məni çox sevindirir. Bu, mənim üçün böyük motivasiyadır və bacarıqlarımı inkişaf etdirməyə, gələcəkdə bu böyük liqalarda və böyük oyunlarda çıxış etməyə çalışıram”.
İlk oyunda Qordon onun qapısından 6 qoldan 4-nü vurmuşdu. Buna baxmayaraq, polşalı qapıçının bir neçə seyvindən sonra onu dəfələrlə keçə bilməyən futbolçu “Qarabağ”ın qolkiperinə dəstək sözləri deyib. Hələ millidə debüt etməyən Koxalski əlavə edib: “Bir səhvimdən sonra topu küncə çıxardığım epizodda Entoni Qordon yanıma gəlib dedi: "Əsəbiləşmə, sən çox yaxşı qapıçısan, davam et". Belə böyük futbolçudan bu sözlər eşitmək mənim üçün çox xoşdur və güclü motivasiyadır.
Milli komandada oynamaq da ən böyük arzularımdandır. Böyük liqalarda çıxış edən çox təcrübəli qapıçılarımız var. Ümid edirəm ki, bu pley-off oyunlarında və dünya çempionatında iştirak edərəm, amma bu, məşqçinin qərarıdır”.
Bizi İnstaqramda da izlə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video