Medianın İnkişafı Agentliyinin layihəsi
Azərbaycan minfutbol millisinin 2022-ci ildə Avropa çempionu olmasından sonra ölkəmizdə gənclərin və yeniyetmələrin minifutbola marağı artmağa başlayıb.
Yeniyetmələr arasında Azərbaycan minifutbol çempionatının keçirilməsi və yarışda gərgin mübarizənin getməsi də bunun sübutudur. May ayının 2-də son oyununda “Yasamal” komandasına 3:1 hesabı ilə məğlub edən “Kristal” turnirin qalibi olub.
Belə bir turnirin təşkili onu göstərir ki, ölkəmizdə yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, cəmiyyətimiz üçün layiqli vətəndaş kimi böyümələri daim diqqət mərkəzindədir. Bu mənada uşaq futbolunun inkişafı uşaqlarda idman vərdişlərinin, sağlam həyat tərzinin və komanda ruhunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Ona görə də budəfəki həmsöhbətimiz məhz “Kristal” Uşaq Futbol Klubunun baş məşqçisi.Şahin Şahhüseyni oldu.
- Şahin bəy, “Kristal” Uşaq Futbol Klubunun yaradılması hansı zərurətdən irəli gəlmişdir?
- Klubun yaranma ideyası “Crystal Group of Companies” ASC-nin Müşahidə Şurasının sədri Pərviz Vəliyevdən gəlib və gənc nəslin fiziki cəhətdən sağlam böyüməsinin, zərərli vərdişlərdən uzaq durması və gənc nəslin vətənpərvər və vətənə sevgi ruhunda tərbiyə olunmasına köməklik göstərilməsi məqsədi daşıyıb. Əlavə olaraq qeyd edim ki, daha bir məqsədimiz də gənc futbolçuların yetişdirilməsinə, Azərbaycan futbolunun inkişafına öz töhfəmizi verməkdir.
- Belə bir fransız məsəli var ki, ilk addım həmişə çətin olur. Klubu yaradarkən hansı çətinliklərlə üzləşdiniz?
- Məlumat üçün bildirmək istəyirəm ki, istənilən komanda formalaşarkən onun əsaslı bazası olur. “Kristal” Uşaq Futbol Klubu yaradılarkən demək olar ki, sıfırdan başlanıldı. Qısa müddət ərzində idman bacarığı olan uşaqları toplaya bildik və nəzərə çarpan nailiyyətlərə imza atmağı bacardıq.
- Futbol klubuna hansı yaş qruplarını cəlb etmisiniz?
- Hal-hazırda klubumuza 2008-2009-cu illər təvəllüdlü yeniyətmələr cəlb olunub. Və onlara mütəmadi olaraq məşqlər keçirilir. Klub olaraq daha çox yeniyetmələrlə işləməyi qarşıya məqsəd qoymuşuq.
- Klub yaranandan bu günə kimi hansı nəticələri göstərib?
- 2023-cü ilin may ayında Şamaxıda keçirilən, Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnirdə komandamız finala vəsiqə qazanmışdı və yalnız penalti seriyalarına "Şamaxı" komandasına məğlub olaraq 2-ci yeri tutmuşdu. May ayının 28-də yenə də Şamaxıda Müstəqillik Gününə həsr edilmiş turnirdə iştirak etmişik və komandamız rəqiblərinə heç bir şans verməyərək turnirin qalibi olmuşdur. İyun ayında qardaş Türkiyə Cümhuriyyətinin Antalya şəhərində keçirilən turnirdə iştirak edən komandamız 2-ci yer tutaraq gümüş medal qazanmışdı. 2023-cü ilin iyulun sonlarında Lənkəranda Vətən müharibəsi şəhidi Rəşid Məmmədovun xatirəsinə həsr olunmuş turnirdə iştirak etdik və 1-ci yeri tutaraq qızıl medal qazandıq. Təqdimat mərasimində şəhidimizin atası Rəşad Məmmədov kuboku komandamıza təqdim etdi. Sentyabr ayında isə komandamız İstanbul şəhərində keçirilən turnirin qalibi olmuşdur. Ötən ilin dekabr ayından minifutbol çempionatında iştirak edən “Kristal” yarışın bitməsinə bir tur qalmış çempionluğu rəsmiləşdirib. Bu yarışda 13 oyun keçirən komandamız, onların 11-də qələbə qazanıb, 1 heç-heçə edib, yalnız 1 dəfə məğlub olub.
- Komandanın üzvləri haqqında fikirləriniz necədir?
- Komandamızın maraqlı sloqanı var “Bir komanda, bir həyəcan!” Bu şüar hər bir uşağın oyununda özünü göstərir. Onların hər biri unikal istedada malikdir və daim təkmilləşməyə çalışır. Burada komandanın kapitanı Yusif Vəlizadənin, Məhəmməd Cəfərlinin, Həsən Əlizadənin, Nihad Şahhüseyninin, Nuran Mahmudovun və başqalarının adlarını çəkmək olar. Biz fəxr edirik ki, gənc futbolçularımız meydanda mükəmməl oyun nümayiş etdirməklə yanaşı, komandaya rəqabət, rəqiblərə hörmət və kollektiv ruh aşılayır. Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar, müxtəlif mükafatlar qazanıblar. Komandamız nəinki qələbələrə can atır, həm də hər bir futbolçunun fərdi, idmançı kimi yetişməsinə böyük önəm verir.
- Klubun yaxın gələcək üçün hansı planları var?
- İlk növbədə klub aşağı yaş qrupunda olan yeniyetmə və uşaqların klubumuza cəlb olunması üçün bir sıra tədbirlərin həyata keçirilməsini davam etdirəcəyik. Bununla yanaşı, həm mini futbol, həm də respublika səviyyəli yarışlarda iştirak etməyi planlaşdırırıq.
- Şahin bəy, futbol klubunun yaradlmasının təşəbbüskarı və sizə dəstək olan insanlar haqqında nə deyə bilərsiniz?
- "Kristal" Uşaq Futbol Klubunun yaradılmasında əsas təşəbbüskar və ideya müəllifi olan “Crystal Group of Companies” ASC-nin Müşahidə Şurasının sədri Pərviz Vəliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Futbol klubumuzun maddi-texniki bazasının möhkəmlənməsində, təminat məsələlərinin həll olunmasında Pərviz müəllimin böyük zəhməti olmuşdur. Biz hər zaman onun dəstəyini və qayğısını yaxından hiss edirik. O, hər zaman stadiona gələrək oyunlarımızı, iştirak etdiyimiz turnir və çempionatları yaxından izləyir. Bu isə yeniyetmə futbolçularımızın yaxşı oyun nümayiş etdirməsinə əlavə stimul verir.
- Komanda olaraq yaxın zamanlarda yerli çempionatlarda və xarici ölkələrdə keçiriləcək turnirlərdə iştirakınız nəzərdə tutulurmu?
- Azərbaycan futbol məktəbi ilə yanaşı, xarici ölkələrin futbol məktəblərinin nümayəndələri ilə keçirilən birgə təlim-məşq toplanışları və yoldaşlıq görüşləri futbolçularımızın hərtərəfli inkişafında əvəzolunmaz təcrübə deməkdir. İtaliyanın "Yuventus" komandası tərəfindən iyun ayının ortalarında keçiriləcək turnirdə iştirak etmək üçün bu yaxınlarda dəvət almışıq. Antalyada may ayının 16-da başlanan beynəlxalq turnirə dəvətliyik. Burada dünyanın mötəbər komandaları iştirak edəcəklər. İyun ayının sonunda isə İstanbul turnirinə də dəvət almışıq. İnanıram ki, futbolçularımız bu yarışlarda layiqli nəticələr qazanacaqlar.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi
"İmişli" yayda 7 yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan”ın rəqibi yoxlama matçında uduzdu
"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı