“Qarabağ”ın müdafiəçisi Bense Varkonyi ilk dəfə Macarıstan millisinə dəvət almasından danışıb.
QOL.az xəbər verir ki, baş məşqçisi Marko Rossi 24 yaşlı futbolçunu sentyabr-oktyabr aylarında keçiriləcək Millətlər Liqası oyunları üçün yığmaya çağırıb.
Bu yay "Zalaegerseq"dən "Qarabağ"a keçən Varkonyi m4sport.hu saytına açıqlamasında həm transferi, həm də milliyə dəvət almasından söz açıb.
O, “Qarabağ”a keçidinin böyük dəyişiklik olduğunu bildirib: “Əlbəttə, xaricə, xüsusilə də Bakıya gəlmək böyük dəyişiklik idi. Amma bunu etdiyimə və belə imkanım olduğuna görə sevinirəm. Komandada ilk andan mənə güvəndilər. Təəssüf ki, avrokubokların əsas mərhələsinə yüksələ bilmədik. Amma yenə də vacib təcrübə qazana bildim”.
Macarıstanlı müdafiəçi bildirib ki, karyerasında heç vaxt aşağı yaş qrupları üzrə milli komandalara çağırılmayıb. Onun sözlərinə görə, bu, əsas milliyə düşmək üçün yeniyetmə yaşlarında yığmada oynamağın mütləq şərt olmadığını göstərir.
“Hesab edirəm ki, hər hansı idmana başlayan hər kəsin məqsədi nə vaxtsa milli komandada debüt etməkdir. Mənim aşağı yaş qrupları üzrə millilərdə oynamaq imkanım olmadı. Amma buradan da görünür ki, 15-16 yaşında milli komandada olub-olmamağın mütləq əhəmiyyəti yoxdur. Hər kəsin öz yolu var. Görünür, mənim yolum da belədir” - deyə o bildirib.
Həyat yoldaşı vəfat etdi
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video