Bu gün Qol.az saytının yaranmasının 15-ci ildönümüdür. 2008-ci ilin bu günü, noyabrın 17-də Qol.az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.
Modern.az saytın baş redaktoru Aydın Bağırovla həmsöhbət olub. Müsahibəni təqdim edirik.
- Aydın bəy, Qol.az saytının 15 ildəki fəaliyyətini necə qiymətləndirirsiniz?
- Qol.az fəaliyyətə başlayanda indiki kimi sayt bolluğu yox idi. İdman sahəsində bir neçə sayt fəaliyyət göstərirdi. Qol.az-ın adının qısa və lakonik olması, eləcə də iş prinsipi tezliklə onun oturuşmuş sayta çevrilməsinə səbəb oldu. Daha sonra Azərbaycanda idman saytları çoxalmağa başladı. Bildiyimə görə, hazırda 40-50 idman saytı var.
Qol.az saytının ötən dövrünü xarakterizə edəndə onun ən çox oxunan idman saytı olması ən yaddaqalan faktdır. Bir idman, eləcə də ictimai-siyasi sayt üçün 20-25 min İP yüksək göstəricidir.
Qol.az-ın təxminən 10 il ərzində lider mövqeyini qoruyub saxlamasını müsbət fakt kimi qeyd edə bilərəm.
Reytinqimiz "sarı mətbuat"a çevrilmədən, ciddi xəbərlərlə belə yüksək olub. Bu, məni ikiqat sevindirir.
Qol.az bu müddət ərzində məktəb funksiyasını da yerinə yetirib. Bu gün redaksiyada çalışanlar istisnasız olaraq, Qol.az-ın öz yetirmələridir. Təcrübələrini burada toplayıblar. Yetərincə də peşəkarlaşmış kadrlara çevriliblər.
- Saytınızın hazırda neçə əməkdaşı var?
- Hazırda saytın 6 nəfər əməkdaşı var. Azərbaycan üçün bu yaxşı göstərici sayıla bilər. Lakin ümumilikdə götürəndə bu say olduqca azdır. Çünki idmanın qolları çoxdur. Mənim istədiyim sayt olması üçün ən azı 30-40 nəfər əməkdaşa ehtiyac var. Lakin buna saytın iqtisadi potensialı imkan vermir. Azərbaycan mətbuatının mövcud iqtisadi potensialında bu, mümkün görünmür.
- Qol.az saytı demək olar ki, daha çox futboldan yazır. Amma başqa idman növləri də var axı. Bunun səbəbi nədir?
- Çox düzgün qeyd etdiniz. Lakin bu tək Qol.az-la bağlı məsələ deyil. Bu, ümumilikdə Azərbaycan idman jurnalistikasının problemidir. Bir neçə saytı çıxmaq şərtilə, demək olar ki, bütün saytların xəbərləri əsasən futbol üzərində qurulur. Mənim özümü idman jurnalisti kimi təqdim edəndə heç vaxt bununla razılaşmamışam. Həmişə demişəm ki, mən futbol jurnalistiyəm. İdman jurnalisti anlayışı genişdir. Bu gün şəxsən mənim və digər əməkdaşlarımızın enerjisi çatmır ki, idmanın digər sahələrinə də vaxt ayıraq. Ona görə də heç olmasa 15-20 nəfər əməkdaşın olmalıdır. Heç olmasa onlardan 5 nəfəri digər idman sahələrinə yönəlməlidir. Biri boksdan, biri güləşdən, biri də basketboldan yazmalıdır. Məsələn, qardaş Türkiyədə, xüsusən də Rusiyada hər sahə üzrə peşəkarlaşmış kadr ola bilər.
Azərbaycanda idman jurnalistlərinin əsasən futbolu seçməsi təsadüfi deyil. Futbol idmanın şahıdır və ona maraq böyükdür. Mən bir neçə dəfə cəhd etdim ki, digər idman növlərini də çox işıqlandıraq. Açıq etiraf edirəm ki, digər idman növləri ilə bağlı xəbərlər çox oxunmur. Sanballı bir idmançımızın uğur qazanması ilə bağlı müsahibə də az oxunur. Bu cür yazılar az oxunanda bir redaktor kimi məndə də məyusluq yaranır. Ancaq Ronaldo ilə bağlı adicə bir xəbər kifayət qədər oxucu yığır.
- İdman ictimaiyyətinin saytınıza münasibətini bilmək istərdik. Müsahibə, yaxud açıqlama alanda çətinlik çəkdiyiniz hallar olurmu?
- İdman ictimaiyyətində və cəmiyyətdə Qol.az-a münasibət çox yüksəkdir. Həm futbol federasiyaları, həm də klub rəhbərləri, məşqçilər, futbolçular səviyyəsində Qol.az ciddi və etibarlı sayt kimi qəbul olunur. Eyni zamanda da sevilir. Bu, məni qürurlandıran faktdır. İstədiyimiz idman adamından müsahibə, informasiya ala bilirik. Bununla bağlı ciddi problem yaşamamışıq. Açığı da deyim ki, futbolçuların özləri də müsahibələrinin, xəbərlərin Qol.az-da getməsində maraqlıdırlar.
- Kimlə müsahibələriniz olduqca geniş rezonansa, səs-küyə səbəb olub?
- Xeyli müsahibəni misal çəkə bilərəm. Məsələn, Qol.az 3-4 ayında olanda xanım əməkdaşımız Türkiyə millisinin futbolçusu Arda Turandan müsahibə götürmüşdü. O vaxt Arda Turan "Atletiko"ya getməyə hazırlaşırdı. Arda Turanla olan həmin müsahibəmiz Türkiyə mətbuatında böyük reaksiya doğurmuşdu. "Hürriyet", "Milliyet", "Sabah" kimi nüfuzlu türk nəşrləri müsahibəni yaymışdı.
Mən özüm Avropa Çempionatı başa çatandan sonra məşhur türk məşqçi Fatih Terimdən müsahibə almışdım. O da yaxşı qarşılanmışdı.
Mənim Qurban Qurbanovla hər 2-3 ildən bir geniş, 3-4 saatlıq müsahibələrim olur. Bu zaman bir çox məsələlərə toxunuruq.
- Son olaraq, 15 illiyinizi necə qeyd edəcəksiniz?
- 10 illiyimizi daha təmtaraqlı keçirmişdik. İllər keçdikcə, elə bil təmtarağa maraq da azalır. Bu dəfə dostlarımızın çoxu heç Azərbaycanda olmayacaq. Ona görə də budəfəki tədbiri təmtaraqdan uzaq qeyd edəcəyik. Bəlkə, 20 illiyimizi daha geniş formatda düşünə bilərik.
Mənbə: modern.az
"Barselona" onun yerinə 4 futbolçunu nəzərdən keçirir
"Brayton"da yeni transfer
"Şahdağ Qusar" son dəqiqə qolu ilə qələbə qazandı - Video
"Pedri və Yamalın səviyyəsi tamamilə fərqlidir"
3 qol vuruldu, "Şəmkir" qalib gəldi - Video
Səudiyyə Ərəbistanında Salahın transferinə inanırlar
İngiltərəyə mümkün qayıdışından danışdı
2-ci Liqada 19-cu tura start verildi
Millimizin rəqibindən danışdı: “Nəticə dəhşətlidir”
"Növbəti 10-15 il ərzində "Real"da oynayacağam"
AFFA-nın baş katibi "Barselona"nın nümayəndələri ilə görüşdü
Azərbaycanın klubunda yeni baş məşqçi
Zədələnən Haalandın durumu açıqlandı
Prandelli İtaliya millisinə qayıdır
"Milan" qərarını verdi
Qurban Qurbanov dünyada bu məşqçilərin sırasında ikincidir
Ter Ştegen 7 aydan sonra meydana qayıdır - Şəkil
Amorim: "O, heç yerə getməyəcək"
Millimizin bombardiri: “Bizə yaxşı mənada dərs oldu”
Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku keçiriləcək
Gürcü futbolçu Portuqaliya nəhənginə keçir - Rəsmi
Döyüş zamanı huşunu itirdi, xəstəxanada vəfat etdi
Dani Alveş həbsdə qaldığı günlərə görə təzminat ala bilər
Messinin cangüdəninə qadağa
15 yaşlı gürcü “Yuventus”un maraq dairəsinə düşüb
Ronaldo bu yay "Real"a qayıda bilər
Kubokun oyunları FİFA referilərinə tapşırıldı
“Sabah”ın 19 yaşlı debütantı
A seriyasında 30-cu tura yekun vuruldu
Şəhriyar və Teymur gerilədi - FİDE reytinqi
“Başakşehir” səfərdə qalib gəldi
Haaland mövsümü erkən bitirə bilər
Millimiz dünya kubokunda 12-ci oldu
Hər iki oyunda 2:5 hesabı qeydə alındı
Azərbaycanlı hakim Avropa çempionatı oyunlarına təyinat aldı
Santuş yayılan məlumatlara aydınlıq gətirdi - Açıqlama
Zamiqin komandası liderliyini davam etdirir
Oyunun ən yaxşısına yumurta verdilər
“Qarabağ”ın sabiq oyunçusu ümidsizdir
Ançelotti "Real"la "Barselona"nı müqayisə etdi
Xəbərlərimiz telefonunuza gələcək!
Azərbaycan millisi ev oyunlarını harada keçirəcək? - DÇ-2026
Qrizmann Messinin rekordunu qırdı
Azərbaycan millisi mübarizəyə başlayır