“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin Qol.az saytına müsahibəsi
- Kubokun finalından sonra transfer çalışmalarına başladınız. Artıq 2 futbolçu komandadan gedib, bir neçə nəfərlə isə yeni müqavilə imzalamısınız. Müqaviləsi bitən digər futbolçularla bağlı vəziyyət nə yerdədir?
- Bəli, artıq 5 futbolçu ilə yeni müqavilə imzalamışıq. Ülvi İsgəndərov, İlkin Qırtımov, Urfan Abbasov, Murad Musayev və Emil Səfərovla sözləşmələr yenilənib. Müqaviləsi bitən digər futbolçularla da hazırda danışıqlar gedir. Lakin ortaq məxrəcə gəldiyimiz futbolçular adıçəkilən 5 nəfərdir.
- Yəqin ki, heyətdəkilərdən başqa da danışıq apardığınız futbolçular var.
- Hazırda ilk növbədə komandanı komplektləşdirmək istiqamətində çalışırıq. Bilməliyik ki, kimlər bizimlə yola davam edəcək, kimlər yox. Bu dəqiqləşdikdən sonra gedənlərin boşluğunu doldurmaq lazımdır. Ümumi götürsək, bəli, maraqlandığımız futbolçular var.
- Məqsəd İsayev və Roman Maçado artıq komandadan gedib. Onlarla müqavilənin yenilənməməsini siz istəmədiniz, yoxsa futbolçular təklif olunan şərtlərlə razılaşmadılar?
- Məqsəd və Maçado artıq komandadan ayrılıblar. Ona görə bu məqam, məncə, əhəmiyyət kəsb etmir.
- Kubokun finalından dərhal sonra Rafael Utziq saytımıza açıqlamasında bildirdi ki, “Qəbələ”də sonuncu oyununu keçirib.
- Utziqin həmin açıqlaması ilə tanışam. Amma indidən bu barədə 100 faizlik bir söz demək olmur. Gözləyirik.
- Siz özünüz nə vaxt yeni müqaviləyə imza atacaqsınız?
- Hazırda bu, o qədər də vacib deyil, əsas olan komandanı gücləndirməkdir.
- Kubokun finalından sonra klub rəhbərliyi ilə aranızda görüş olub?
- Xeyr, hələ ki görüş olmayıb.
- Bəs klubun büdcəsinin artırılması istiqamətində hər hansı yenilik var?
- Xeyr, büdcə ilə bağlı da yenilik yoxdur.
- Amma yəqin razılaşarsınız ki, istər Konfrans Liqasında, istərsə də yeni mövsümdə uğurlu çıxış etmək üçün büdcənin artırılmasına ehtiyac var.
- Bəli, komandanı gücləndirmək istəyiriksə, təbii ki, büdcə də artırılmalıdır. Amma bilirsiz ki, bu məsələ rəhbərlik səviyyəsində həll olunur. Ona görə də mənim büdcə ilə bağlı fikir bildirməyim düzgün olmaz.
- Yeni mövsümün hazırlıq planları müəyyənləşib?
- Komanda yeni mövsümün hazırlıqlarına Qəbələdə start verəcək. Daha sonra Türkiyəyə yollanacağıq. Hazırda təşkilatçı şirkətlə danışıqlar gedir. Böyük ehtimalla hazırlığın ikinci mərhələsi Boluda olacaq. Dəqiq tarixlər qarşıdakı günlərdə müəyyənləşəcək.
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi