E. Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “SK Rapid” (Avstriya) - “Harts” (Şotlandiya) qarşılaşmasının baş hakimi olacaq.
QOL.az xəbər verir ki, AFFA-nın məlumatına görə, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Fransalı Villi Delajo VAR, digər referimiz Nicat İsmayıllı isə VAR asistenti kimi fəaliyyət göstərəcək.
Görüş avqustun 26-sı Vyana şəhərində yerləşən “Weststadion” stadionunda keçiriləcək.
“Qarabağ” “Sabah”ı təbrik etdi
Püşkatma nə vaxtdır? - “Sabah” üçün 8 rəqib
“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində!
Matç başlayar-başlamaz qapıçı meydandan qovuldu
"Beşiktaş"a keçə bilər
“Yamalın hələ bütün potensialını görməmişik”