Dünən "Qarabağ"ın iki yeni futbolçu almağa hazırlaşdığına dair xəbər yaymışdıq.
QOL.az saytı bununla əlaqədar yeni informasiyalar əldə edib.
Bizə çatan xəbərə görə, həmin futbolçuların hər ikisi legionerdir. Düzdür, futbolçuların adları hələlik açıqlanmır. Amma saytımız onların milliyyətini və meydandakı mövqeyini öyrənə bilib.
Futbolçulardan biri nigeriyalıdır və sol cinah vingeridir. Məlumdur ki, Abdullah Zubirin gedişindən sonra bu mövqedə yalnız bir futbolçu - Renaldo Sepas qalmışdı. "Qarabağ" yeni futbolçunun gəlişi ilə həmin mövqedəki problemin aradan qaldırmağı planlaşdırır.
Digər yeni transfer isə Afrika əsilli alman oyunçudur, dayaq yarımmüdafiəçisi mövqeyində oynayır. Hər iki futbolçu bu gün Bakıda olacaq. Onlar tibbi müayinədən keçdikdən sonra isə klubla müqavilə imzalayacaqlar. Bununla da "Qarabağ"ın bu yay aldığı futbolçuların sayı 10-a çatacaq.
Amma bu da son deyil.
"Qarabağ"a gələnlərlə yanaşı bir nəfər gedən də olacaq. Hələlik həmin oyunçunun da adı açıqlanmayıb. Amma QOL.az saytı öyrənə bilib ki, o, əsas heyətin üzvü deyil.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video