“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması klubun büdcəsinə böyük məbləğdə gəlir gətirib.
QOL.az xəbər verir ki, Bakı təmsilçisi turnirdə indiyədək ən azı 20 milyon 175 min avro mükafat əldə edib.
Pley-offda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu iki oyunun nəticəsinə görə məğlub etməsi “Sabah”a bir gecədə 11 milyon avrodan çox əlavə qazanc gətirib.
Çempionlar Liqasının Liqa mərhələsinin 36 iştirakçısının hər birinə 18,62 milyon avro ödənilir. “Sabah” Liqa mərhələsini sonuncu – 36-cı pillədə başa vursa və bir xal qazanmasa belə, əlavə 275 min avro əldə edəcək. Klub əmsalı və yayım bazarı ilə bağlı ödənişlərdən isə Bakı təmsilçisinin minimum 1,28 milyon avro qazanacağı gözlənilir.
Məbləğ bununla da məhdudlaşmaya bilər. Liqa mərhələsində hər qələbəyə görə 2,1 milyon avro, hər heç-heçəyə görə isə 700 min avro mükafat nəzərdə tutulub.
Müqayisə üçün, “Sabah” pley-offda “Hapoel”ə uduzaraq Avropa Liqasına düşsəydi, klubun indiki mərhələdə ümumi qazancı təxminən 8,97 milyon avro olacaqdı.
“Qarabağ” “Sabah”ı təbrik etdi
Püşkatma nə vaxtdır? - “Sabah” üçün 8 rəqib
“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində!
Matç başlayar-başlamaz qapıçı meydandan qovuldu
"Beşiktaş"a keçə bilər
“Yamalın hələ bütün potensialını görməmişik”
İki təklif rədd edildi, üçüncüsü hazırlanır
Ağır zədə aldı, 28 yaşında futbolla vidalaşdı
UEFA ilə FİFA arasında hakimlik gərginliyi
"Sabah" - "Hapoel" matçının heyətləri açıqlandı
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu
"Qarabağ"la matça 3 itki ilə çıxacaqlar
"Fənərbaxça" azarkeşlərinin biletləri ləğv olundu
Müller, Hummels və Sommer klub aldılar
“Milan” "Mançester Siti”yə müraciət etdi
"Yuventus"un qapıçısı Premyer Liqa klubunda
“Sabahın Ulduzları”nda 6-cı tura yekun vuruldu
"Fənərbaxça"dan "Barselona"ya keçdi
"Çelsi" Kellimanı satdı