Bu pankart diqqət çəkdi - Şəkil

Bu pankart diqqət çəkdi - Şəkil
ÖLKƏ FUTBOLU 26 Avqust 2026 / 09:44 1390
-  A +

“Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel” (Beer-Şeva, İsrail) ilə keçirdiyi oyunda azarkeşlərin açdığı pankart diqqət çəkib.

QOL.az xəbər verir ki, tribunada “2017 — THE OWLS FLEW OVER EUROPE” (“2017 — Bayquşlar Avropanın üzərindən uçdu”) sözləri yazılmış pankart nümayiş etdirilib.

Buradakı “The Owls” (“Bayquşlar”) ifadəsi “Sabah”ın ləqəbinə işarədir. 2017-ci il isə klubun yaradıldığı ildir.

Pankartla “Sabah”ın yarandığı ildən başlayaraq Avropada tarixi uğura gedən yolu simvolik şəkildə ifadə olunub.

Xatırladaq ki, tarixində ilk dəfə bu mövsüm UEFA Çempionlar Liqasına qatılan “Sabah” yarışın Liqa mərhələsinə vəsiqə qazanıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner