“Mançester Yunayted” formalarını dəyişməli oldu

“Mançester Yunayted” formalarını dəyişməli oldu
DÜNYA FUTBOLU 26 Avqust 2026 / 21:43 481
-  A +

“Mançester Yunayted” Premyer Liqanın forma qaydalarını pozduğuna görə geyimlərində dəyişiklik edəcək.

QOL.az xəbər verir ki, “The Sun” nəşrinin məlumatına görə, klub mövsümün ilk turunda “Hall Siti”yə 0:2 hesabı ilə uduzduğu oyunda formaların qollarından birində Premyer Liqanın loqosunu yerləşdirməyib.

“Mançester Yunayted”in sol qolunda sponsorun olmaması səbəbindən Premyer Liqa qaydalarına əsasən, turnirin rəsmi emblemi hər iki qolda olmalı idi. Lakin komanda yeni üçüncü formada meydana çıxarkən bu tələbə əməl etməyib.

Bildirilir ki, klub bu səhvə görə cəzalandırılmayacaq. 


Qarabağ FK
Son xəbərlər
topaz banner