AFFA "Neftçi" və "İmişli"ni cərimələdi

AFFA "Neftçi" və "İmişli"ni cərimələdi
ÖLKƏ FUTBOLU 26 Avqust 2026 / 14:24 298
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 2-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Zirə” – “İmişli” oyununda “İmişli”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

“Neftçi” – “Araz-Naxçıvan” oyununda isə stadionun işıqlandırılmasında yaranan problem səbəbindən matç 4 dəqiqə dayandığı üçün “Neftçi” 2000 manat cərimələnib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner