"Hapoel"in (Beer Şeva, İsrail) baş məşqçisi Ran Kojuk Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Sabah"a uduzaraq mübarizəni dayandırmaqları haqda danışıb.
QOL.az xəbər verir ki, onun komandası ilk görüşdə 2:1 hesabı ilə qalib gəlsə də, cavab matçında 2:5 hesabı ilə məğlub olub.
Mütəxəssis oyundan sonra təşkil olunan mətbuat konfransında artıq qarşıdakı matçlara köklənəcəklərini deyib:
"Çətinliklərimiz var idi. Bu, nəticədə özünü göstərdi. Kifayət qədər hazırlaşmışdıq. Bilirik ki, meydanda bəzən şans da özünü göstərir. Oyuna ciddi hazırlaşmışdıq. İrəli baxmalı, qarşıdakı matçlara hazır olmalıyıq".
O, oyunun gedişatında futbolçusu Migel Vitorun zədələnməsinə də toxunub: "Futbolda belə hallar olur. Bəzən istəmədiyin ssenarilərlə qarşılaşırsan".
Baş məşqçi məğlubiyyətə görə məyus olduqlarını, lakin irəliyə baxacaqlarını söyləyib: "Qarşıdakı matçlara daha güclü hazırlaşacağıq. Nəticələrimizi yaxşılaşdırmaq istəyirik. Düzdür, bugünkü məğlubiyyət ürəkaçan olmadı. Ancaq dayanmaq lazım deyil, irəli baxmalıyıq. Bugünkü matçda neqativlərlə yanaşı, pozitivləri də qeyd etməliyik".
R.Kojuk bu məhələyədək irəliləmələrinin də bir uğur olduğunu vurğulayıb: "Pley-offa qədər gəlməyimiz də uğurdur. Bunlar da futbolun bir hissəsidir. Mən düşünürəm ki, oyunda diqtə edən tərəf olmağı həmişə yüksək səviyyədə qoruyub-saxlamaq lazımdır. Futbolçularımızın zəhmətinə və gücünə güvənirik. Çempionlar Liqasının pley-off mərhələsinə qədər gəlib-çıxan komandamız var. O qədər də sadə məsələlər deyil. Çətin və məsuliyyətli yoldur. Əla oyunçularım var. Həm də təcrübəlidirlər. Biz bilirik ki, birlikdə cəhdlərimizi birləşdirsək, böyük nəticələr qazanacağıq".
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt