Polşa millisinin qapıçısı rəsmən "Yuventus"da

Polşa millisinin qapıçısı rəsmən "Yuventus"da
DÜNYA FUTBOLU 26 Avqust 2026 / 04:06 226
-  A +

Turin "Yuventus"u "Volfsburq"un polşalı qapıçısı Kamil Qrabarani icarəyə götürüb.

QOL.az xəbər verir ki, klub 27 yaşlı qapıçının keçidini rəsmi saytı vasitəsilə açıqlayıb. İcarə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Qrabara Polşa futbolunun yetirməsidir. O, karyerası ərzində "Orhus", "Haddersfild Taun" və "Kopenhagen"də çıxış edib. Qapıçı ötən mövsüm klub səviyyəsində 37 matçda oynayıb və 4 görüşdə qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, Qrabara Polşa millisinin də üzvüdür. "Transfermarkt" onun hazırkı bazar dəyərini 12 milyon avro qiymətləndirir.


Qarabağ FK
Son xəbərlər
topaz banner