"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Hapoel"i (Beer-Şeva) üstələyərək Liqa mərhələsinə vəsiqə qazanmaları haqda danışıb.
QOL.az xəbər verir ki, onun komandası ilk görüşdə 1:2 hesabı ilə uduzsa da, cavab matçında 5:2 hesabı ilə qalib gəlib.
Mütəxəssis oyundan sonra təşkil olunan mətbuat konfransında komandasının uğurunu dəyərləndirib:
"Mən nə deyə bilərəm? Hər şey aydındır. Gözəl gecədir, gözəl atmosferdir. Stadiona gələn azarkeşlərin hamısını bir-bir qucaqlamaq istəyirəm. Şəxsən onlara təşəkkür edirəm ki, gəliblər. Onların enerjisi bu atmosferi yaratdı. Futbolçularım möhtəşəm oynadılar. Onlar buna inandılar, hər gün inanırdılar ki, bunu bacaracaqlar. "Sabah" karyeramda işlədiyim ən yaxşı komandadır. Onlar bunu bir daha sübut etdilər. Çox çətin məqamda işin öhdəsindən gəldilər. Bəlkə son anda bəziləriniz ümidlərini itirdi. Amma onlar sona qədər mübarizə aparıb, inandılar".
V.Dambrauskas özünü dünyanın ən xoşbəxt məşqçisi adlandırıb: "Görək, gələcəkdə nə baş verəcək. Dünyanın ən yaxşı turnirinin qrup mərhələsindəyik, ən yaxşı komandalara qarşı oynayacağıq. Qürur duyuruq. Mən dünyanın ən xoşbəxt baş məşqçisiyəm".
O, "Sabah"ın hazırkı heyətlə Çempionlar Liqasına hazır olub-olmaması və transfer ehtiyacı ilə bağlı suala belə cavab verib: "17 xarici oyunçunu sifariş etmişik. Hansını çıxara bilərəm? 17 oyunçum var idi. Sizə görə biz transfer etməliyiksə, indi komandada olanlar ÇL-i buraxmalıdır. Sizcə, bu oyunçulardan hansısa biri ÇL-in Liqa mərhələsindən kənarda xaric edilməyə layiqdir? Biz bir səbəb üçün burdayıq. Biz ÇL-in əsas mərhələsinə yüksəlmişik. Müxtəlif ölkələrin komandaları ilə oynamışıq və qruplara vəsiqə qazanmışıq. "Hapoel" qalib gəlsəydi, bu sualı bəlkə verməyəcəkdiniz. Çünki onlar güclüdürlər. Biz o cür komandanı ÇL-dən kənarlaşdırdıq. Statistikaya baxsanız, onlar Avropanın ən yaxşı pressinq edən komandasıdırlar. Buraxdığımız qollar da pressinqin nəticəsi idi. Fikirləşdim ki, oyunçularım bu işin öhdəsindən gələcəklər. Ona görə hamısı Liqa mərhələsində oynamağa layiqdirlər".
Baş məşqçi Çempionlar Liqasında xüsusilə qarşılaşmaq istədiyi komanda olmadığını deyib: "Arzularım işə yaramır. Hansı komanda gəlirsə-gəlsin, ona qarşı oynayacağıq. Böyük stadionlarda, böyük komandalara qarşı çıxış edəcəyik. İstəyimiz elə də əhəmiyyət kəsb etmir. Gəlin görək nə baş verəcək. Sevinirik. Püşk hər şeyi göstərəcək".
O, "Tellur "Sabah" ilk dəfə kubok qazananda son dəqiqələrdə qələbə qolunu vurmuşdu. Bu gün isə ümid qoluna imza atdı. Onun haqqında fikirləriniz necədir" sualını belə cavablandırıb: "Tellur gözəl xatirələrlə yadda qalacaq. Ona güvənirik. Gələcəkdə övladlarına, nəvələrinə deyəcək ki, vacib qollar vurmuşam. Tellur və digər oyunçular meydanda bütün güclərini qoyur, bir-birilərinə hörmət edirlər. Mütəllimov gözəl xarakterə sahibdir. Nə zaman ehtiyac olarsa, hazırdır. Onunla qürur duyuram".
Baş məşqçi Aleksey İsayevin matça start heyətdə başlamaması və 2-ci hissədə meydana daxil olmasının səbəbini də açıqlayıb: "Biz cəhd göstərdik. Sürpriz etməyə çalışdıq. Niyə? Çünki biz evdə qalib gələndə, müəyyən üstünlüklərimiz olur. Qalib gələn komandalar çox vaxt oyun üslubunu dəyişmirlər. “Hapoel” evdəki kimi oynadı bizimlə. Buxarestdəki matç bitən kimi dedim ki, müəyyən dəyişikliklər etməliyəm və səhv etmədən müəyyən sürprizlər etməliyik. Ona görə bu gün bəzi dəyişikliklər etdik. Rəqib də müəyyən mənada çaşdı. Rəqib önə keçəndə hesabı qorumağa çalışdı. Düşündük ki, bunu lehimizə çevirə bilərik. Bütün dəyişikliklər əvvəldən düşünülmüşdü. "Hapoel"in də bir az bəxti gətirdi. İki dəfə topumuz dirəkdən qayıtdı, amma həvəsdən düşmədik. Tellurun qolu bunların əvəzini çıxdı".
Dambrauskas son saniyələrdə də ümidini itirmədiyini bildirib: "Heç vaxt "heç vaxt" deməyin. Ümidimi heç vaxt itirmirəm. Futbolçularımdan da soruşa bilərsiniz. Hesabı bərabərləşdirəndə də, əvəzetmə edəndə də inanırdım ki, qarşıda iki dəqiqəmiz var və qol vuraq. Son dəqiqələrdə də bu fikirdə idim. İnam çox vacibdir. Bəzən bəxt gətirir, bəzən gətirmir. Bizim üçün bu gün hər şey yaxşı oldu".
O, transferlərlə bağlı suala əsəbiləşmədiyini vurğulayıb: "Çox sərt demədim (gülür). Sadəcə izah edirdim, hirsli deyiləm, yaxşı sual idi, burada sərtliyə ehtiyac yoxdur. Transfer-transfer deyirsiniz, amma bizim də müəyyən limitlərimiz var. Limitsiz şəkildə transfer edə bilmərik, legioner-yerli məsələsi var, ÇL-in reqlamenti var. Oyunçularımız var".
"Sabah"ın üç cəbhədə mübarizə aparacağı və transferlərə ehtiyac olub-olmaması ilə bağlı suala isə o, belə cavab verib: "Görəcəyik, bəlkə hə, bəlkə yox. Doğrudur, qarşıda çətin qrafik var. Transferə "yox" demərəm".
Baş məşqçi çoxsaylı qol imkanlarının qaçırılmasına da münasibət bildirib: "Kədərliyəm, yoxsa sevincli? Bu gün ən xoşbəxt məşqçiyəm. Nə səhv olursa-olsun, gözəl nəticə əldə etmişik. Başa düşün, Azərbaycan tarixində Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan ikinci komandayıq. İndi səhvlər bizi qayğılandırmır. Başa düşürəm, səhvlər var, işləməliyik və təhlillər aparacağıq. Bu gün ancaq qələbədən zövq almalıyıq. Bu gün səhvləri kənara qoyaq".
Dambrauskas "Orhus"la matçdan sonra qalibiyyəti xüsusi qeyd etmədiyini xatırladaraq, bu dəfə qələbəni qeyd edəcəyini söyləyib: "Bəli, mütləq edəcəyəm. Alkoqola heç vaxt toxunmamışam. Bu gün qələbəni xüsusi qeyd edəcəyimə əminəm".
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt