Prosineçki 4 oyun sonra istefaya göndərildi

Prosineçki 4 oyun sonra istefaya göndərildi
DÜNYA FUTBOLU 26 Avqust 2026 / 10:46 3185
-  A +

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Qırğızıstan millisindən ayrılıb.

QOL.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı mütəxəssis ötən ilin dekabrından yığmanı çalışdırırdı. Onun rəhbərliyi altında komanda 4 oyunun ikisində heç-heçə edib, ikisində uduzub. Bu görüşlər hamısı yoldaşlıq oyunu olub.

Qeyd edək ki. R.Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner