Vaqif Cavadov "Tvente"ni ziyarət etdi

Vaqif Cavadov "Tvente"ni ziyarət etdi
XƏBƏR 26 Avqust 2026 / 16:23 946
-  A +

Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov Bakıda “Tvente”ni ziyarət edib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niderland təmsilçisi sabah Konfrans liqasının pley-off mərhələsində "Qarabağ"la cavab oyununa çıxacaq.

Vaqif Cavadov isə 2010/11 mövsümündə formasını geyindiyi "Tvente"nin məskunlaşdığı otelə yollanıb, “Tvente” rəsmiləri ilə görüşüb.

Sabah keçiriləcək “Qarabağ” – “Tvente” oyununa saat 20:00-da start veriləcək. Komandalar arasındakı ilk oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb – 1:0.


Qarabağ FK
Son xəbərlər
topaz banner