“Tvente”nin müdafiəçisi Rud Neyştad Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab matçından öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, gənc futbolçu Avropa matçlarının çempionat oyunlarından fərqli olduğunu bildirib:
“Avropa oyunları çempionatda öyrəşdiyiniz qarşılaşmalardan tamamilə fərqlidir. Fürsətlərdən düzgün istifadə etməyin nə qədər vacib olduğunu gördük. "Ferensvaroş"la oyunda bu baxımdan yaxşı dərs aldıq. Avropa səviyyəsində mübarizə aparmaq və bu səviyyədə özümü sınamaq mənə xoş gəlir.
Mövsümə özüm üçün fərqli başlanğıc təsəvvür etmişdim, amma bu da gənc futbolçuların inkişafının bir hissəsidir. Belə vəziyyətlə necə davranmaq vacibdir. İndi hər şeyin qaydasında olmasına şadam. Bu mövsüm üçün qarşımıza Avropa futboluna vəsiqə qazanmaq məqsədi qoymuşuq və mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Hazırda bütün diqqətimiz buna yönəlib”.
Xatırladaq ki, "Qarabağ" - "Tvente" görüşü avqustun 27-də keçiriləcək və saat 20:00-da başlayacaq. Komandaların Niderlandda oynanılan ilk görüşündə "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı