"Şamaxı" Futbol Məktəbinin koordinatoru, veteran futbolçu Vəli Qasımov Qol.az saytına müsahibə verib. O, müsahibəsində çalışdığı regiondakı futbola maraqdan, “Şamaxı”nın bu mövsümdəki çıxışından, eləcə də milli komandamızın qarşıdakı oyunlarından danışıb.
- Artıq 1 ildən çoxdur “Şamaxı” Futbol Məktəbinin koordinatoru kimi fəaliyyət göstərirsiniz. Komandadakı ümumi vəziyyət necədir?
- İşlərimiz yaxşı gedir. Hazırda “Şamaxı”nın 4 yaş qrupu üzrə komandası ölkə çempionatında, Ağsu zonasında mübarizə aparır. Komandalarımız çempionatda yaxşı nəticə göstərirlər. Uşaqlardan razıyıq, artım hiss olunur. Əvvəlki aylarla müqayisə etsək, digər komandalar sanki yerində sayır, bizdə isə inkişaf var.
- Şamaxıda stadion tikilərkən bu, heç də müsbət qarşılanmamışdı və bu şəhərin futbol zonası kimi tanınmadığı deyilirdi. Siz artıq xeyli müddətdir Şamaxıdasınız və real vəziyyəti görürsünüz. Şəhərdə futbola maraq hansı səviyyədədir?
- Şamaxıya ilk gəldiyim vaxtlarda görürdüm ki, burada 1 nömrəli idman növü güləşdi. Əksər azyaşlılar məhz bu idman növünə maraq göstərirdilər. İndi isə vəziyyət müsbətə doğru dəyişib. Bəlkə də təvazökarlıqdan uzaq olacaq, amma deməliyəm ki, ötən il ərzində Şamaxıda futbola marağı artıra bildik. Bu gün xeyli sayda valideyn uşağını məhz futbola yazdırmaq istəyir. Lakin təəssüf ki, bu gün bütün uşaqları “Şamaxı” Futbol Məktəbinə qəbul edə bilmirik. Çünki artıq komandalar formalaşıb və ölkə çempionatında bayaq da dediyim kimi, 4 yaş qrupunda mübarizə aparırıq. Fikrimiz var ki, yayda daha çox uşağı cəlb edək. Sevindirici haldır ki, bu gün Şamaxıda uşaqlar məktəblərdə, məhlələrdə futbol oynamağa başlayıblar. Kütləvilik artıb, futbola maraq çoxdur. İndi hara gedirsənsə, hamı futboldan danışır. Bu da həm şəhərin özü, həm də futbolun inkişafı üçün müsbət məqamdır.
- “Şamaxı”nın əsas komandasının çıxışını necə dəyərləndirirsiz?
- Hamı bilir ki, bu gün “Şamaxı”nın heyətinin 80-90 faizini Premyer Liqa təcrübəsi olmayan futbolçular təşkil edir. Amma hər oyunda sona kimi mübarizə aparırlar. Düzdür, təcrübə çatışmazlığı hiss olunur. Məhz buna görə də komanda stabil nəticə qazana bilməsə də, ümumi götürdükdə pis təsir bağışlamır. “Şamaxı”dakı gənclər bəzi legionerlərdən geri qalmadıqlarını meydanda sübut edirlər. Təbii ki, güclü rəqiblərə qarşı yalnız yerli futbolçularla mübarizə aparmaq da asan deyil.
- Özünüz də qeyd etdiniz ki, yalnız yerli futbolçularla iddialı rəqiblərə qarşı mübarizə aparmaq çətindir. Qarşıdakı mövsümdə “Şamaxı”nın da heyətində legioner görə biləcəyik?
- İndiki halda klubun strategiyası budur. Qarşıdakı illərdə bu məsələ ilə bağlı dəyişiklik olub-olmayacağını hələ ki bilmirik. Heyətimiz yalnız yerlilərdən ibarət olsa da, düşünürəm ki, “Şamaxı” düzgün yoldadır. Uşaqlar hər oyunda özlərini göstərməyə çalışırlar.
- Bu mövsüm əsas hədəf Premyer Liqada qalmaqdır. Sizcə, “Şamaxı” bunu bacaracaq?
- Hazırda 4-5 komanda Premyer Liqada sonuncu olmamaq uğrunda mübarizə aparır. Digər komandalarla müqayisədə ən çətin vəziyyət bizdədir. Ancaq əksər oyunlarda rəqiblərdən pis təsir bağışlamamışıq. İnanıram ki, çətin də olsa, Premyer Liqadakı yerimizi qoruyacağıq.
- Premyer Liqa oyunlarını izləyirsiniz. Komanda sayının artırılmasından sonra çempionatın səviyyəsində dəyişiklik hiss olunur?
- Komanda sayının artırılması çox yaxşı oldu. İnanıram ki, qarşıdakı mövsümlərdə say 10-dan 12-yə yüksəlsə, daha da yaxşı olar. İştirakçı sayı nə qədər çox olsa, bir o qədər maraqlı mübarizəyə şahidlik edərik. Necə ki, hazırda “Kəpəz” və “Turan Tovuz”un timsalında bunu görürük. Tovuzdakı, Gəncədəki oyunlar da göstərir ki, həmin regionlarda futbola maraq böyükdür. Çünki futbol azarkeşlər üçün oynanılır. Həm də unutmayaq ki, mövsüm ərzində eyni rəqiblə 4 dəfə qarşılaşmaq bəzən futbolçulara mənfi təsir edir.
- Bəziləri düşünür ki, turnir cədvəlinin aşağı hissəsində olmasa da, yuxarı hissəsində hər şey həll olunub. Yəni “Qarabağ”ın çempion olacağını demək olar. Bu fikirlə razısınız?
- Bəli, razıyam. Gedişat bunu göstərir. “Qarabağ” stabil çıxış edir və yəqin ki, mövsümün sonunda yenidən çempion olacaq. Hazırda turnir cədvəlinin yuxarı hissəsində əsas mübarizə 2-3-cü yerlər uğrundadır.
- Bəs gümüş medal uğrunda favorit kimi görürsünüz: “Sabah”, yoxsa “Neftçi”?
- Bu, komandaların özlərindən asılıdır. Kim daha çox sabit çıxış etsə, o da yekunda ikinci olacaq. Məncə, hazırda elə çempionatda əsas maraq ikinci yer və sonuncu olmamaq uğrunda mübarizəyə yönəlib.
- Qarşıda milli komandamızı Avro-2024-ün seçmə mərhələsində İsveç və Avstriya ilə səfər oyunları gözləyir. Bu matçlardan gözləntiləriniz nədir?
- Son zamanlar milli komandamız pis təsir bağışlamır. İstər Millətlər Liqası, istər yoxlama oyunlarında ardıcıl 5 matçdır qələbə qazanırıq. Özü də komandamız bu qələbələri yaxşı oyunla əldə edib. Hər birimiz bu uğurlu nəticələrin davamlı olmasını istəyirik. Amma vəziyyətə real baxsaq, qeyd etdiyiniz rəqiblərlə görüşdə millimizin işi çox çətin olacaq. Hər halda İsveç və Avstriyanın nə qədər güclü rəqib olduğunu hamımız bilirik. Ümid edək ki, millimiz bu çətin səfər oyunlarında da yaxşı təsir bağışlayacaq.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
Konfrans Liqasında 1/8 final həyəcanı
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Avropa Liqasında 1/8 final başlayır
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?