Bir vaxtlar “Neftçi”nin aparıcı futbolçularından olan Elvin Yunuszadə hazırda autsayder “Kəpəz”də çıxış edir. Amma o, əsas komandadan kənarda qalıb. Baş məşqçi Tərlan Əhmədov bir müddətdir ki, 30 yaşlı müdafiəçini əvəzedici heyətə göndərib. Vaxtilə Azərbaycanın perspektivli futbolçularından sayılan Yunuszadə hazırkı vəziyyəti ilə bağlı Qol.az-ın suallarını cavablandırıb.
- Elvin, əvvəlki klublarında səni həmişə əsas komandada və heyətin aparıcı üzvü kimi görmüşük. İndiki durumunun səbəbini nədə görürsən?
- Özüm də bunun səbəbini bilmirəm. Nəyə görə əvəzedici heyətdə olmağım mənə də maraqlıdır.
- Yəni, təqsiri özündə görmürsən?
- Mənim heç bir səhvim olmayıb. Davranışımda hansısa nöqsan buraxmamışam. Oyunlarda da əlimdən gələni etmişəm. Ona görə də heç bir səbəb tapa bilmirəm. Tərlan Əhmədov komandaya gələnə qədər əsas heyət oyunçusu olmuşam.
- Baş məşqçi ilə əvəzedici heyətə göndərilməyinlə bağlı danışmısan?
- Bəli, yaxınlaşıb səbəbini soruşmuşam. O isə mənə konkret bir səbəb demədi.
- “Kəpəz”lə müqavilən mövsümün sonuna qədərdir. Fikrin nədir, sona qədər əvəzedici komandada oynamaq istəyirsən?
- Hələ ki, klubdayam. Məşqlərimi davam etdirirəm ki, fomada qalım. Görək necə olur.
- Tərlan Əhmədov “Səbail”lə oyundan sonra mətbuat konfransında bidirdi ki, səni əsas komandaya qaytarmaq fikrində deyil.
- Tərlan Əhmədov “Qəbələ” ilə matçda müdafiənin mərkəzində Mahir Həsənovu oynatdı. Hansı ki, Mahir orta xətt oyunçusudur. Vallah nə deyim, məşqçinin qərarı budur. Elvinə ehtiyac duymuram deyibsə, nə etmək olar.
- Əvəzedici komandada oyunlara çıxırsan?
- Bəli, 3 oyun olub, hamısında da oynamışam.
- Hansısa başqa klubla danışığın olub?
- Menecerim 1-2 klubla danışıb. Cavab gözləyirəm. Amma hələ ki, real bir şey yoxdur. Alınsa, gedəcəm, alınmasa, yaya qədər komandada qalacam. Mövsümün sonunda hər şey belə davam etsə, yəqin ki, “Kəpəz”i tərk edəcəm.
Ramiq Ağaməmmədov
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu