Portuqaliya Futbol Federasiyasının (FPF) İntizam Şurası Kriştiano Ronaldonun milli komandanın təlim-məşq toplanışını icazəsiz tərk etməsi ilə bağlı araşdırmaya başlayıb.
QOL.az xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti məlmat yayıb.
Oktyabrın 9-da başladılan intizam işi çərçivəsində futbolçuya qarşı müvəqqəti diskvalifikasiya qərarı da qəbul olunub. İşə təcili statusu verilib və oktyabrın 10-da materiallar FPF-nin İntizam-İstintaq Komitəsinə göndərilib. Araşdırma başa çatana qədər işin materiallarının açıqlanması qadağan edilib.
"A Bola"nın yazdığına görə, baş verən hadisələrlə əlaqədar Ronaldo Portuqaliya millisinin kapitanı vəzifəsindən də avtomatik olaraq kənarlaşdırılıb.
Qeyd edək ki, Ronaldonun milli komandanın baş məşqçisi Jorje Jesusla münasibətləri Norveçlə oyundan sonra gərginləşib. Futbolçunun sözlərinə görə, əvvəlcə onun Norveç və Danimarka ilə matçlarda dincəlməsi razılaşdırılıb. Lakin sonradan Jesus Norveçlə qarşılaşmada ona təxminən 30 dəqiqə oynamaq imkanı verəcəyini bildirib. Ronaldo isinmə hərəkətləri etsə də, meydana buraxılmayıb.
Portuqaliyalı hücumçu daha sonra məşqçinin mətbuat konfransında əvvəlcədən razılaşdırılmış izahatı səsləndirmədiyini iddia edib. Onun sözlərinə görə, bu, məşqçiyə olan etimadını sarsıdıb və milli komandanın düşərgəsini tərk etmək qərarına səbəb olub. Jesus isə tərəflər arasında belə bir razılaşmanın olduğunu təsdiqləməyib. Beləliklə, federasiyanın intizam araşdırmasına səbəb Ronaldonun məşqçi ilə yaşadığı münaqişədən sonra komandanın düşərgəsini icazəsiz tərk etməsi olub.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı