“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı

“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
DÜNYA FUTBOLU 10 Oktyabr 2026 / 14:21 135
-  A +

“Çelsi” yarımmüdafiəçisi Koul Palmerlə müqavilənin müddətini 2034-cü ilə qədər uzadıb.

QOL.az xəbər verir ki, London klubu bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

24 yaşlı futbolçunun əvvəlki müqaviləsi 2033-cü ilə qədər nəzərdə tutulmuşdu.

“Mançester Siti”nin yetirməsi olan Palmer 2023-cü ilin sentyabrında “Çelsi”yə keçib. O, London klubunun heyətində bütün turnirlərdə 138 matçda meydana çıxıb, 58 qol vurub və 34 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 110 milyon avro qiymətləndirir.

Palmer bu mövsüm bütün turnirlərdə 7 oyunda iştirak edib. O, həmin görüşlərdə 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner