“Sabah”ın futbolçusu Kristian Sebalyos Qol.az saytına müsahibə verib. “Tottenhem”, “Barselona” kimi top klubların gənclər, həmçinin Portuqaliya, Belçika və Qətərin peşəkar klublarında çıxış etmiş oyunçu komandasının bu mövsüm üçün çıxışını qiymətləndirib.
- Bu “Sabah”da ikinci ilinizdir. Klubla bağlı hazırkı təəssüratlarınız necədir?
- Bura gəlməzdən öncə klubla bağlı layihəni izah etdilər və buranın üzvü olmaq qərarına gəldim. “Sabah”ın prezidenti, idman direktoru, məşqçilər heyəti, o cümlədən oyunçular burada möhtəşəm iş görürlər.
- Bu mövsüm komandanız baxımlı oyun nümayiş etdirir. Hədəfiniz nədir?
- Hədəfimiz bütün oyunlarda qələbə qazanmaqdır. Keçirəcəyimiz bütün turdakı matçlara köklənməliyik.
- Son qarşılaşmanızı möhtəşəm atmosferdə, 10 min azarkeş qarşısında “Qarabağ”a qarşı keçirdiniz. Bu matç barədə nə deyə bilərsiniz?
- 10 minlik azarkeş qarşısında oynamaq olduqca yaxşıdır. İngiltərə, Portuqaliya və Belçikada oynadığım vaxtlardan bu yana belə atmosfer üçün darıxmışdım. Oyun tamaşaçılar üçün də yaxşı oldu. Onlar qalib gəlmək istəyi ilə meydana çıxan 2 komanda gördülər.
- Bu qədər azarkeşin gəlməsi sizin üçün gözlənilməz oldu?
- Mənim üçün həqiqi futbol budur. Ümid edirəm ki, bu mövsüm bir çox oyunda belə mənzərənin şahidi olacağıq.
- “Barselona” və “Tottenhem”in gənclər komandasında oynamısınız. Orada qazandığınız təcrübə Azərbaycan çempionatında sizə nə dərəcədə kömək olur?
- Əlbəttə, çıxdığım hər oyunda bu təcrübəni hiss edirəm. Bütün oyunlarda komanda yoldaşlarıma kömək etməyə çalışıram. Bu 2 klubda oynamağım mənim karyerama böyük köməyi dəyib. Onlar TOP klublardır.
- Əksər hallarda meydana ikinci hissədə daxil olursunuz. Bunun səbəbi nədir? Məşqçi ilə bu barədə söhbətiniz olub?
- Uzun müddətdir zədəli idim və biz riskə getmək istəmirdik. İndi mən özümü bütün matçlara hazır hiss edirəm. Hazırda yaxşıyam.
- Azərbaycan çempionatında ən çox nəyi bəyənirsiniz?
- Bu barədə fikrim yoxdur. Futbol oynamağı sevirəm. Futbol həyatımdır.
- Siz Belçika komandası “Sent Trüden”də oynamısınız. Bildiyiniz kimi, UEFA Konfrans Liqasında “Qarabağ”ınrəqibi “Gent” klubudur. Bu cütlük barədə nə deyə bilərsiniz? Sizcə hansı klub növbəti mərhələyə keçmək üçün şansı var?
- Mən Belçikada çıxış edəndə “Gent”ə qarşı oynayıb qollar vurmuşam. “Gent” öz üzərində çox yaxşı çalışan klubdur. Düşünürəm ki, “Qarabağ”a qarşı yaxşı matçlar olacaq.
- Bir neçə gün sonra dünya çempionatı başlayır. Favoritiniz hansı ölkədir? Öz ölkəniz İspaniya hara qədər irəliləyə bilər?
- Son 2 ili Qətərdə oynamışam və bilirəm ki, onlar ən yaxşı futbol üzrə dünya çempionatına ev sahibliyi edəcəklər. Öz ölkəmi, İspaniyanı dəstəkləyəcəyəm. Onların ən azı finala yüksəlməsini istəyirəm. Amma bu, olduqca çətin görünür.
- Azərbaycan Premyer Liqasında növbəti matçınız “Turan Tovuz”ladır. Oyun barədə gözləntiləriniz nədir? Həmçinin Azərbaycan kubokunun oyunları barədə nə deyə bilərsiniz? “Sabah” belə oyun, taktika ilə kuboku qazana bilər?
- “Turan Tovuz”a qarşı oyun gərgin olacaq. Onlar süni meydanda oynayırlar. Amma biz Tovuza 3 xal üçün gedəcəyik. İstər Azərbaycan çempionatı və ya kubok oyunları olsun, məqsədimiz həmişə qələbə qazanmaqdır. Bu komandada həmişə qalibiyyətə ehtiyacı var. Azərbaycanın TOP klublarından biriyik.
Azad Nuriyev
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu