Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Bugünkü mövzumuz Azərbaycanda avarçəkmə idman növü və ona olan maraq haqdadır.
Avarçəkmə idman növünün Azərbaycanda tarixi bir əsrə yaxındır. Ölkəmizdə avarçəkmə ilə peşəkar olaraq 1930-cu illərin sonundan məşğul olunmağa başlanılıb. İstər keçmiş SSRİ dövründə, istərsə də müstəqillik illərində bu idman növü üzrə uğurlu nəticələrimiz olub. 1964-cü ildə Mingəçevir şəhərində "Kür” avarçəkmə hazırlığı üzrə Olimpiya Mərkəzinin istifadəyə verilməsi Azərbaycanda avarçəkmənin inkişafına böyük təkan verib. Ümummilli lider Heydər Əliyevin ilk hakimiyyəti illərinə təsadüf edən bu dövrdə Azərbaycanda 11 peşəkar avarçəkmə klubu fəaliyyət göstərib. Bu gün də avarçəkmə idman növünə maraq var. Koronavirus pandemiyası səbəbindən demək olar ki, bütün idman növlərində olduğu kimi avarçəkmədə də iki ilə yaxın durğunluq yarandı. Bu ilin əvvəlində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının keçirdiyi yarışlar və tədbirlər yenidən ölkədə avarçəkmənin populyarlığını artırdı. Hazırda da avarçəkmə ilə məşğul olmaq istəyən uşaq və yeniyetmələr kifayət qədərdir.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev deyir ki, istər keçmiş SSRİ dövründə, istərsə də müstəqillik illərində Azərbaycanı təmsil edən avarçəkənlər beynəlxalq yarışlarda uğurlar qazanıblar. Akademik avarçəkən Vasili Yakuşa 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarında gümüş medala sahib olub. 1988-ci ildə Cənubi Koreyanın paytaxtı Seulda təşkil olunan olimpiadada isə Vasili Yakuşa bürünc medala layiq görülüb. Həmçinin Moskva Olimpiadasında kayak və kanoeçilərimiz Gennadi Kryuçkin, Viktor Pereverzov və Aleksandr Lukyanov, Seul Olimpiadasında isə Aleksandr Lukyanov gümüş medal qazanıb. Müstəqillik dövründə isə Cənab prezident İlham Əliyevin göstərişi ilə Mingəçevirdə “Kür” Olimpiya mərkəzinin yenidən qurulmasından sonra ölkəmizdə bu idman növü ikinci dirçəlişini yaşadı. Valentin Demyanenko Azərbaycan bayrağı altında qatıldığı Dünya və Avropa çempionatlarında dəfələrlə qızıl medala layiq görülüb. Avarçəkmədə ilk olimpiya medalımız isə akademik avarçəkən Boris Yotovun adı ilə bağlıdır. O, 2014-cü ildə Çində keçirilən yeniyetmələrin ikinci Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. Həmin il Serbiyanın paytaxtı Belqradda təşkil edilən Avropa Çempionatında isə Boris Yotov-Aleksandr Aleksandrov cütlüyü akademik avarçəkmədə ikinci yer tutub. 2015-ci ildə Azərbaycanda təşkil edilən 1-ci Avropa Oyunlarında Mingəçevir “Kür” Olimpiya tədris-idman mərkəzində təşkil olunan yarışlarda Valentin Demyanenko gümüş medala sahib olub. Rio-2016 yay olimpiya oyunlarında Demyanenko Valentin Demyanenko gümüş, İnna Osipenko-Radomska isə bürünc medal əldə edib.

F.Əliyev bildirir ki, Azərbaycan avarçəkənləri hazırda beynəlxalq yarışlara əsasən Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində hazırlaşırlar: “Burada məşqlər yaş kateqoriyasına uyğunlaşdırılır. Yarışlara hazırlaşan avarçəkənlərlə isə xüsusi proqram əsasında məşğul olunur. Hazırda hava isti oluduğu üçün idmançılar suda məşqləri səhər və axşam saatlarında keçirlər. Müvafiq olaraq konsepsiya zalında avarçəkməyə aid trenajor alətlərində fiziki hazırlıqla da məşğul olurlar. Mingəçevirlə yanaşı Bakı Bulvarında yerləşən “Kiçik Venesiya şəhərciyi”ndə və Əl Oyunlar Sarayında uşaqlar və yeniyetmələr üçün məşqlər keçirilir. Bu idman növü ilə məşğul olan peşəkar idmançılarımızın qarşısında bir neçə mühim yarış var. Avqustda Almaniyada akademik avarçəkmə üzrə Avropa çempionatı olacaq. Sentyabrda isə Belçikada akademik avarçəkmə üzrə gənclər arasında Avropa çempionatı və Çexiyada Dünya çempinatları keçiriləcək. İdmançılarımız yarışlara hazlırlıqlarını davam etdirirlər. Oktyabrda isə AKAF Azərbaycanda beynəlxalq reqata təşkil edəcək”.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası bu idman növunun geniş təbliği üçün müxtəlif işlər görür. Görülən işlər bütün sahələri əhatə edir və paralel olaraq aparılır. İstər təbliğat, istər yeni bazalar istərsə də keçirilən tədbirlər. “Təbii olaraq bu, təkcə paytaxt Bakını əhatə etmir. Bir idman növünü populyarlaşdırmaq, marağı artırmaq və nailiyyət əldə etmək üçün təkcə Bakı ilə kifayətlənməz olmaz. Məlum olduğu kimi, Novruz bayramı ərəfəsində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası işğaldan azad olunan Suqovuşanda ilk genişmiqyaslı təlim məşq toplanışı keçirdi. Bu toplanışı cənab prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəxsən izləməsi Federasiyaya böyük etimadın göstəricisi idi. Təbii ki, bu fərhləndirici və qürurverici olmaqla yanaşı, məsuliyyəti də artırırdı. Həmçinin 6-7 may tarixlərində Ümumi lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunan “Prezident Kuboku” beynəlxalq reqatasının ilk günü də Suqovuşan su anbarında baş tutdu. Suqovuşan su anbarı ilə yanaşı, Qəbələdə Nohur göl, Neftçalada Axmaz göl, Füzulidə Köndələn göl, Həkəri çayının Qubadlı rayonundan keçən hissəsi, Binəqədidə Xocahəsən gölü avarçəkmə üçün əlverişlidir. Bakı Bulvarında isə dəniz avarçəkməsinin yenidən yaratmaq üçün işlər davam etdirilir. Əlavə olaraq yaxın keçmişdə federasiyanın yeni saytı - akaf.az istifadəyə verildi. Qeyd etmək lazımdır ki, günümüzdə sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsidir. Bu mənada sosial şəbəkələrdə avarçəkmə ilə bağlı yeniliklər, məşq prosesləri haqqında reportajlar və kiçik maraqlı video çarxlar mütəmadi olaraq federasiyanın rəsmi hesablarında paylaşılır” – deyə F.Əliyev bildirir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasında avarçəkmə ilə məşğul olan xanım idmançılarımız da var. Qurumun hazırda əsas məqsədi avarçəkmədə kütləviliyi təmin etməkdir. Əminik ki, bölgələrdə də bu təbliğatı apardıqdan və ölkədə avarçəkmənin coğrafiyası genişləndikdən sonra xanım avarçəkənlərin sayı daha da artacaq. Hazırda Azərbaycanın müxtəlif bölgələrində gələcəyin peşəkar avarçəkənləri yetişdirilir. Həm Bakıda, həm də Mingəçevirdə yüzlərlə uşaq məşq edir. İdman sağlamlıqdır, idman sağlam gələcəkdir. Gələcəyimiz isə bu günün uşaq və yeniyetmələridir. Avarçəkmə xüsusən düzgün qamət, bədən quruluşunu formalaşdırır. Bu idman növündə zədə almaq ehtimalı da olduqca azdır. Suda olduğu üçün isə həm də əyləncəlidir. Gənclərimizi avarçəkmə ilə məşğul olmağa səsləyirik.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

"Sabah"ın qələbəsindən - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı