Medianın İnkişafı Agentliyinin layihəsi
Ötən həftə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) müxtəlif nominasiyalar üzrə 2021-ci ilin ən yaxşılarının mükafatlandırma mərasimində həssas anlar olub. Tədbirdə Vətən müharibəsi şəhidi, baş leytenant Səid Rəşidzadənin atası Nofəl Qasımov ilin məşqçisi mükafatına layiq görülən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova oğlunun hərbi papağını və poqonlarını hədiyyə edib. Bu zaman mərasimdə duyğusal anlar yaşanıb.
Bu məsələ ilə əlaqədad Nofəl Qasımovla söhbət etdik. O, əvvəlcə Səid Rəşidzadənin keçdiyi hərbi yoldan danışıb:
“Səid Ali Hərbi Məktəbin məzunu olmuşdu. Baş leytenant idi. Ali Hərbi Məktəbi bitirən kimi 5 il səngərdə olmuşdu. Aprel döyüşlərində də vuruşmuşdu. Polad Həşimovla birlikdə Talış yüksəkliyinin alınmasında iştirak etmişdi. Sonra isə Səidi Bakı şəhərinə mühafizə rəisi vəzifəsinə təyin etmişdilər. 2019-cu ildə isə ehtiyata buraxılmışdı. 2020-ci ildə Səid eşidəndə ki, Polad Həşimov şəhid olub, dözmədi. Təsəvvür edin ki, dostları ona səyahət etmək üçün bilet almışdı, amma o getmədi. Səid gözləyirdi ki, müharibə olacaq. Oğlum 2020-ci ilin sentyabr ayının 27-də könüllü olaraq müharibəyə getdi. Onu qəbul etmirdilər ki, orduya qoşulmaq üçün əmr olmalıdır. Amma Səid bir az təzyiq göstərdi və getdi. O deyirdi ki, onsuz da müharibəyə çoxlu könüllü insanlar gedir, amma mənim zabit kimi təcrübəm var. Səid bir neçə gün Ağcabədidə könüllüləri hazırladı. Sonra xəbər gəlib ki, Hadrut qəsəbəsi istiqamətində gərginlik var, ermənilər hərəkətə keçib. Səid isə həmlə qrupu ilə birlikdə döyüşə başlayıb. Onlara əmr gəlib ki, Hadruddakı Şişqaya yüksəkliyi alınmalıdır. Səid tabor ilə birlikdə yüksəkliyi işğaldan azad edib. Lakin döyüşün sonunda həmin tabordan cəmi 3 nəfər sağ qalıb. Daha sonra onlardan birini də ermənilər vurublar. Səid isə yüksəkliyə Azərbaycan bayrağı sancmaq istəyəndə düşmən atəşinə tuş gəlib. Mən gedib, həmin yüksəlikdəki bayrağı dəyişdim. Hər il də gedib dəyişəcəyəm. Səidin sancdığı bayraq da məndədir. Mən onu Zəfər Muzeyinə verəcəyəm”.

Nofəl Qasımov bildirib ki, Səidin hərbi papağını və paqonlarını Qurban Qurbanova hədiyyə etməkdə məqsədi Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə oyun öncəsi komandaya motivasiya vermək olub:
“Bilirsiniz, biz məcburi köçkün idik. 1993-cü ildə Füzuli işğal edilədən sonra Bakı şəhərində yaşayırdıq. Bizim kimi məcburi köçkünlər yataqxanada qalırdı. Sayımız da çox idi. Yadıma gəlir, “Qarabağ”ın oyunu olanda hamı sevinirdi. Səid hələ uşaq idi. Yataqxanada yaşayan məcburi köçkünlər oyuna gedəndə Səid də onların qarşısına çıxırdı, stadiona qədər əlində bayraq tutaraq gedirdi. O vaxt bizi sevindirən başqa bir şey yox idi. Biz ancaq “Qarabağ” qələbə qazananda xoşbəxt olurduq. Ona görə də Səidin 2 müqəddəs bayrağı var idi – biri “Qarabağ”ın, biri də Azərbaycanın. Səid uşaq olanda bu bayraqları başının altına qoymasa, yatmırdı”.

Nofəl Qasımov onu da qeyd edib ki, Səid nəinki uşaq yaşlarında, böyüyəndə də Ağdam təmsilçisinin azarkeşi olub: “O özü də futbol oynamağı sevirdi. Dostları deyir ki, Səid futbol oynayanda cığallıq edirdi. Ona görə də dostları həmişə onunla eyni komandada olmağı istəyirdilər ki, udanda da hamısı bir yerdə udsunlar. Səid zabit kimi sakit bir insan olsa da, azarkeş kimi çox çılğın idi. Səidin yanında nə danışsan, əsəbləşməzdi. Amma kimsə “Qarabağ”ın əleyhinə söz desə, o, özündən çıxırdı. Səid “Qarabağ”ı ürəkdən sevirdi. Dediyim kimi, onun üçün Azərbaycanın və “Qarabağ”ın bayrağı əziz idi. Özü də bayraq uğrunda şəhid oldu”.
Füzuli rayonunun sabiq icra başçısı olan Nofəl Qasımov zabitlərimizin də “Qarabağ”ın oyunlarını xüsusi maraqla izlədiyini deyib: “Səiddən əvvəl mən özüm də hərbçi kimi xidmət etmişəm. Füzuli rayonunun icra başçısı, Ərazi Müdafiə Qərargahının rəhbəri olmuşam. Mən hərbçilərə, orduya yaxın bir insanam. İndi biz şəhid olan 3000 vətəndaşımızın, azarkeşin yerini doldurmalıyıq ki, “Qarabağ” o boşluğu hiss etməsin. Hətta “Qarabağ”ın oyunu olanda komandirlər icazə verirdi ki, futbol sevən hərbçilər gedib oyuna baxsınlar. Çünki onlar ancaq “Qarabağ”ın oyunu olanda komandirdən xahiş edirdilər. Səid də həmin azarkeşlərdən, hərbçilərdən biri idi”.
Nofəl Qasımov bu gün “Qarabağ” futbol klubunun ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etdiyini deyir: “Bu, futboldur. Amma düşünün ki, Azərbaycanda bir komanda formalaşıb və Fransaya gedərək “Marsel” kimi klubla mübarizə aparıb. Komandamız 41 dəqiqə dözdü və qol buraxmadı. Axı, “Marsel” də elə belə klub deyil, Fransanın ən yaxşı 2-ci komandasıdır. Fikrimcə, komandamız uduzsa da, yaxşı mübarizə apardı. Mən şəxsən nəticəsindən asılı olmayaraq “Qarabağ”ın oyununu bəyəndim. Biz istəyirik ki, birdən-birə “Marsel”i, “Real”ı udaq. Axı, bu, gülməlidir. Bizim komandamız çox xoş təsir bağışladı. Sadəcə, bəzən şans bizim tərəfimizdə olmur. Bilirsiniz, bizim millət kimi də bəxtimiz yoxdur, fərdi olaraq da. Şans çox önəmli şeydir. “Qarabağ”ın futbolçularına eşq olsun. Çox güclü komandaya qarşı layiqli oynadılar”.
Nur ZEYNALOVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər