“Birinci oyun bizim üçün ürəkaçan olmadı. Amma başa düşürük ki, məsuliyyət hər zaman üzərimizdədir. Çünki ölkəmizi bu turnirdə layiqincə təmsil etmək istəyirik".
Bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Konfrans Liqasının II təsnifat mərhələsində “Soçi” ilə keçiriləcək cavab oyunu öncəsi deyib.
Həmçinin oxuyun: Zaqatalada iki qol - Video
Rusiya klubuna səfərdə 0:3 hesabı ilə məğlub olan Azərbaycan kubokunun qalibi sabah “ASK Arena”da rəqibini qəbul edəcək.
Qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında Qurbanov media önünə çıxıb: “Birinci oyuna itkilərlə çıxdıq. Həm Şəhriyar Əliyevin, həm Umar Qudiabinin, həm də Anatole Abanqın olmaması oyunumuza mənfi təsir etdi. Yeni futbolçularımız var, oyun üslubumuza adaptasiya olunmağa çalışırlar. İstəsək də, istəməsək də, bu, zaman alır. Bu zamanın bizim xeyrimizə işləməsinə çalışdıq. Təəssüf ki, bunun Soçidə tam plan üzrə getmədiyini gördük. Yeni oyunçularımıza güvənirik və oyun üslubumuza tez bir vaxtda uyğunlaşmalarını istəyirik. Sabah daha yaxşı çıxış edəcəyimizə ümid edirəm. İlk görüşdə istəmədiyimiz hesabla məğlub olsaq da, futbolçularımız məşqlərdə istəklidirlər. Sabah meydanda mübariz komanda görmək istəyirəm. Futbolçularımız da səbirsizliklə sabahı gözləyirlər".
- Rəqibin hansı tərəflərini xüsusi qeyd edə bilərsiniz?
- “Soçi”ni təhlil etsək, bir neçə aparıcı futbolçusunu qoruyub saxlaya bilib. Oyun üslubları da dəyişməz olaraq qalır. Rusiyada son illər adından söz etdirən klubdur. Total futbol stili görünürdü, daha çox topa sahib olmaq istəyirdilər. Komanda şəklində həm müdafiə olunmaq, həm də hücum etmək onları uğurlu nəticəyə aparıb. Rusiya kimi çempionatda yer tuta bildilər. Zəngin heyətə malikdirlər. Buna baxmayaraq, futbolçularımıza güvənimiz sonsuzdur.
- İki ölkə futbolu arasında uçurum bu qədər böyükdür, yoxsa “Keşlə” ilk oyuna hazır deyildi?
- Gəlin, özümüzü aldatmayaq. Rusiya çempionatı bizim Premyer Liqadan fərqlənir. Biz də istərdik ki, çempionatımızın səviyyəsi artsın. Klublarımız bunun üçün addımlar atırlar. Oyunlar gərgin keçir. Amma həmin gün “Soçi” bizdən daha hazırlıqlı idi. Turnirdən gəlmişdilər, hazırlıq matçları keçirmişdilər. Ancaq “Soçi”nin heç bir futbolçusunu öz oyunçularımdan üstün saymıram. Bu gün inkişaf etməliyik ki, sabahkı yerimizi müəyyənləşdirək. Daim inkişafı fikirləşirik. Biz də istəyirik ki, futbolçularımız özlərini yaxşı tərəfdən göstərsinlər, çempionatımızda sürət artsın. Bu inkişafı da özümüz yaratmalıyıq.
- Rusiya çempionatının daha səviyyəli olduğunu desəniz də, ilk görüşə cəsarətli heyətlə çıxmışdınız. Sabahkı qarşılaşmada ölkə reytinqinə xal qazandırmağa, yoxsa mərhələni adlamağa çalışacaqsınız?
- Hər zaman öz oyun üslubumuza və futbolçularımıza inanıram. Rusiyada da qol vurmaq istəyirdik, ilk dəqiqələrdə belə imkanlarımız oldu. Amil Yunanov şansından yararlana bilmədi. Qapımızdan planlaşdırmadığımız tərzdə standart vəziyyətdən qol buraxdıq. Bu da bizə psixoloji cəhətdən pis təsir etdi. Ancaq ümid hər zaman var. Sabah mərhələni adlamaq üçün meydana çıxacağıq və bunun üçün əlimizdən gələnin ən yaxşısını etməliyik. Uşaqlarla da danışmışıq ki, sabah ən yaxşı oyunumuzu göstərməliyik. Həm hücumda, həm də müdafiədə komanda şəklində oynamaq istəyirik.
- İki həftədən bir qədər çox müddətdən sonra Premyer Liqa start götürəcək. “Keşlə” çempionata hazırdır?
- Yoxlama görüşü az keçirməyimiz bizə mənfi təsir edə bilər. Amma bu müddətdə işlərimizi başqa yöndə qurduq. Oyunu əvəz edən məşqlərimiz oldu. Çempionata hələ çox var. Hələ ki, sabahı fikirləşirik. Düşünürəm ki, çempionatın startına qədər ideal formamızın 70-80 faizini toplaya biləcəyik.
- Transfer çalışmalarınız nə yerdədir?
- İranlı futbolçu gəlmişdi, düşərgəmizdə oldu. Gənc olsa da, ideal formasından çox uzaq idi. Həm də artıq çəkidə gəlmişdi. Bizim də zamanımız olmadığı üçün onu geri göndərdik. Amma yenə də baxışa kimsə gələ bilər. Bu, danışıqlardan asılı olacaq. Bəzən futbolçu baxışa gəlməyə razılaşmır. Biz də büdcə baxımından transfer dönəmini bağlamışıq. Hər hansı bir futbolçu bizdə oynamaq istəyirsə, qapılarımız üzünə açıqdır (apasport.az).
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq
Güləşçimiz İslamiadanın finalında
"Qarabağ"ın uşaq formaları satışda!
Futbolumuzun Mikels qardaşları ilə - Reportaj
Benzema: "Peres qalsa, "Real"a qayıda bilərəm"
Tramp bu gün Ronaldo ilə görüşəcək
İspaniya - Türkiyə oyunu bu kanallarda
"Heç bir komanda qələbə qazanmağı bizdən çox istəməməlidir”
Keyn Peleni geridə qoydu
Türkiyə İspaniyaya qarşı
Almaniyanın 6 qollu qələbəsi - Video
DÇ-2026-nın daha iki iştirakçısı müəyyənləşdi
Yankoviç Xorvatiyaya qarşı oynadı
Almaniya, Çexiya və Niderlanddan darmadağın - DÇ-2026
“Mançester Yunayted”in hücumçusu bir ay oynamayacaq
"Rəqibdən asılı olmayaraq qələbə hər zaman gözəldir"
Türkiyə millisinin futbolçusu İngiltərə klubunun hədəfində
Benzema “Real”ı və Çempionlar Liqasını yaxından izləyir
“Mançester Siti” Valentino ilə maraqlanır
Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər bəlli oldu
Fransa millisinin üzvü: "Vurduğum qolla qürur duyuram"
Ülvi Babayev gələcək hədəflərini açıqladı
“Barselona” uzun fasilədən sonra “Kamp Nou”ya qayıdır
"Şəki Siti", "Qaradağ Lökbatan" və "Xankəndi"dən qələbə
“Şamaxı”nın futbolçusu U-21-ə dəvət olundu
PFL-in direktoru Çempionlar Liqasının oyununda
“Liverpul”dan Konate üçün son addım
Millimizin seçmə mərhələdəki oyunlarının təqvimi
Beş futbolçu Türkiyə millisinə kömək edə bilməyəcək
Superliqa tarixinin ən bahalı transferi ola bilər
Haaland Avropa rekordunu yenilədi
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
Millimizin rəqibləri müəyyənləşdi