"Neftçi" sabiq qapıçısı, Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçkinin köməkçisi Boban Baykoviç ölkəsinin "Blic" nəşrinə müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Azərbaycan 2003-cü ildə Serbiya və Monteneqro ilə səfər oyununda 2:2 hesablı heç-heçəyə etmişdi. Onlar evdə 2:1 hesablı qələbə qazanmışdılar. Həmin komanda ilə indiki arasında nə qədər fərq var?
- Rəqibin həmin dövrdəki vəziyyəti ilə indiki durumu arasında yerlə göy qədər fərq var. Həmin vaxt Azərbaycan yalnız yolun başlanğıcında idi. Yəni, hələ futbolu təzəcə öyrənməyə başlayırdılar. Amma sonra utandırıcı belə olsa, onlar bizim komandamızı məhv etdilər. Lakin futbolda belə şeylər olur. Ümid edirəm ki, bunu bir daha yaşamarıq.
- Sözlərinizdən belə çıxır ki, biz onlarda futbolun inkişafına kömək etmiş olduq...
- Zarafat sayılsa da, elədir. Lakin onlar futbola yatırım edirlər. Bilirəm ki, həmin vaxt bizim futbolçularımızı onların stadionlarındakı ot örtüyünün vəziyyəti narahat edirdi. Amma indi Azərbaycanda bütün futbol meydanları xalça kimidir. Onların maddi problemləri yoxdur. Hətta əcnəbi futbolçular Azərbaycana getmək üçün çalışırlar. Üstəlik Azərbaycanın Avropada böyük təcrübəyə malik olan "Qarabağ" kimi klubu da var. Qurban Qurbanov uzun müddətdir bu komandaya baş məşqçilik edir. Azərbaycanda onu milli komandaya, ölkə futbolu üçün etdiyi hər şeyə görə yüksək qiymətləndirirlər.
- Bəs, bu sözlərin eynisinu 2014 - 2017-ci illərdə Azərbaycan millisinə baş məşqçilik etmiş Robert Prosineçki barədə də demək olar?
- Bu, Robinin komandasıdır. Düşünürəm ki, hazırda yığmada olan futbolçuların 80 faizini komandaya elə Prosineçki gətirib. O, bu futbolçuların hamısını öyrədib. Prosineçki mənə izah etmişdi ki, Azərbaycanda futbol çox sevilir və oyunçular yığmada milyon faiz qüvvə ilə çıxış edirlər. Söhbət ölkədən, dövlətdən gedəndə onlar fanatikdirlər. Dövlət səviyyəsində futbola diqqət göstərilir. Buna görə Azərbaycanla oynamaq bizim üçün çətin olacaq. Xatırlayıram ki, onlar Norveçi 1:0 hesabı ilə yenərək, Çexiya və Xorvatiya ilə heç-heçə etdilər. Bütün bunlara Prosineçki nail olmuşdu.
- Belə təəssürat yaranır ki, Azərbaycan bütün oyunlsrda 0:0 hesablı heç-heçə əldə edir...
- İlk dəqiqələrdən demək olar ki, bir xal üçün oynayırlar. Onlar nəyə qadir olduqlarını və nəyi bacardıqlarını yaxşı bilirlər. Azərbaycan millisi çox sərt və çətin rəqibdir. Bu komanda ilə oyunlarda konkret olaraq hədəf qoya bilmərsiniz. Portuqaliya ilə necə oynadıqlarını gördünüzmü? Yalnız 1:0! Təqribən 10 il əvvələ qədər Portuqaliya bu komandaya 7-8 top fərqi ilə qalib gəlirdi. Azərbaycan millisi intizamlıdır. Onlar baş məşqçini dinləyirlər və inprovizə etmirlər. Məni səhv başa düşməyin, bizim olduqca yaxşı komandamız var, amma bu, Bakıdakı matçda az əhəmiyyət kəsb edir. Gördünüz ki, Lüksemburq Dublində İrlandiyaya qalib gəldi. Yəni, bizim qrupda hər şey ola bilər. Azərbaycanla səfər görüşündə 3 xal qazana bilməsək, Qətərdəki dünya çempionatına dərhal yollana bilmərik.
- Bəs, Serbiya millisinə nə məsləhət görərdiniz?
- Baş məşqçi Piksinin yığmadakı işi xoşuma gəlir. O, komandanı gəncləşdirib. Komandanın heyətində çoxlu dəyişiklik edib. Düşünürəm ki, yığmada hər şey yaxşıdır. Stoykoviç özü də futbolçu olub və oyunçular bunu hiss edirlər. O, kollektivdə münasibətləri qaydasına salmağa bacarıb. İndi biz yalnız daha yaxşı oynaya bilərik. Azərbaycanla oyuna gəldikdə isə, əsas olan hesabı ilk 15 dəqiqə ərzində açmaqdır. Bunu edə bilsək, 3:0 və ya 4:0 hesabı ilə qalib gələ bilərik. Oyunçular öz hisslərinə qapılmamalıdırlar. Xoşbəxtlikdən yaxşı futbolçularımız var və inamlı qələbə qazanacağımıza ümidvaram. Bilirsiniz, Azərbaycan yığması üçün qol vurmaq çətindir. Lakin, Allah eləməsin, onlar 1:0 hesabı ilə önə çıxsalar, hər şey ola bilər. Buna görə də, rəqibi qiymətləndirməmək olmaz. Çünki "xırda oyunlar"da qələbə qazanmadan dünya çempionatına yollanmaq olmaz.
- Sizcə, Azərbaycan Prosineçkiyə zəng edərək, Serbiya ilə oyunla bağlı məsəhət alacaq?
- Onu tapa bilsələr, əlbəttə. Bu, bir zarafatdır. Məncə, onlar Prosineçki ilə əlaqə saxlamağa çalışırlar. Biz Robi ilə Türkiyədə "Denizlispor"da işləyəndə birgə işimizi başa vurduqdan sonra yeni təklif gözləyirik. Məşqçi işi belədir.
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər
Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"
“Polşada xoşbəxtəm, məni yaxşı qəbul edirlər” - Mahir Emreli
"Tottenhem"də itki
Azərbaycan millisi Tacikistanı belə məğlub etdi - Video
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir