Azərbaycanın U-21 millisi Çexiya ilə üz-üzə

Azərbaycanın U-21 millisi Çexiya ilə üz-üzə
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2026 / 09:22 274
-  A +

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Rəşad Eyubovun komandası Bakıda Çexiya ilə üz-üzə gələcək.

"Bank Respublika Arena"da keçiriləcək görüşə saat 17:45-də start veriləcək. Oyunu irlandiyalı FİFA referisi Aaron Odoud idarə edəcək.

Azərbaycan millisi qrupda keçirdiyi 7 oyundan sonra 6 xalla 6 komanda arasında 5-cidir.

Qeyd edək ki, U-21-in seçmə mərhələdə növbəti matçı sentyabrın 30-da səfərdə Şotlandiyaya qarşı olacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
24.09.26  01:49

"Tottenhem"də itki

topaz banner