AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Qol.az saytına müsahibə verib. Robert Prosineçkinin millimizdən ayrılmasına münasibət bildirən yığmamızın sabiq baş məşqçisi bundan sonra yerli məşqçiyə şans verilməsinin tərəfdarı olduğunu bildirib.
- Prosioneçki ilə bağlı verilən son qərarı necə qarşıladınız?
- Əgər Prosineçki müsahibələrində deyirsə, bu yığma ilə daha artığına nail ola bilməyəcək, deməli, bizə mesaj göndərir ki, fəaliyyətini burda davam etdirmək istəmir. Bizə hazırda elə bir mütəxəssis lazımdır ki, yığmamız bundan da böyük ilklər imza atmağa bacarsın. Prosineçkinin gedişini normal qarşıladım. Aparılan işə görə ona minnətdarlığımızı bildirməliyik. O, bir peşəkar kimi əlindən gələni etdi. Sonda da peşəkar kimi qərar verdi və açıq dedi ki, işləyib nəticə verməmək mənlik deyil, mən uğura inanmıramsa, gərək bu ölkəni tərk edim.
- Prosineçki bu komanda ilə daha artığına nail ola bilməyəcəyini deyir. Siz necə düşünürsüz, bundan yaxşı nəticə qazanmaq olardı?
- Bunu zaman göstərəcək. Ancaq bu komanda onu sübut etdi ki, ilklərə imza atmaq olar və bundan da yaxşısını etmək üçün potensial var. İnanıram ki, yığmamız bundan da güclü olacaq.
- Sizcə, Prosineçki millimizdə nəyi dəyişdi?
- Statistikaya fikir verin. Prosineçkinin rəhbərliyi altında nə qədər qələbələrimiz oldu. Xal ehtiyatımızı artırdıq. Bu gün rəqiblərdən asılı olmayaraq komandamız həm evdə, həm də səfərdə inamlı təsir bağışlayır. Millimiz seçmə mərhələni 5-ci yerdə tamamlasa da, 10 xal yığdı. Komandamızın oyun keyfiyyətinin artdığının da şahidiyik. Biz Məşqçilər Komitəsi olaraq onunla 3 il bir yerdə fəaliyyət göstərdik. Azərbaycan futboluna sadiq idi.
- Bu gün millimizə əcnəbi baş məşqçi lazımdır, yoxsa yerli?
- Əgər əcnəbi olacaqsa, elə Prosineçki işini davam etdirə bilərdi. Artıq milliyə yerli mütəxəssis rəhbərlik etməlidir. Bizdə isə belə məşqçilər var. Biz həmin mütəxəssisə dəstək olmalıyıq. Hər birimiz uğur üçün əlimizdən gələni etməliyik.
- Məşqçilər Komitəsi olaraq namizədiniz var?
- Prosineçkinin millimizdən gedişi hələ dünən təsdiqlənib. Biz bununla bağlı müzakirə aparmamışıq. Təbii ki, biz də Məşqçilər Komitəsi olaraq milliyə yerli mütəxəssisin gətirilməsini tövsiyə edəcəyik. Elə qərar qəbul etməliyik ki, bizim yığmamız bundan da artığını əldə etsin. Bu işdə məşqçi rolu çox önəmlidir. Bu seçimdə yanlış addım atmaq olmaz. Tələsik qərar verilməməlidir.
- Futbol ictimaiyyəti millimizin baş məşqçisi vəzifəsinə ən real namizəd kimi Qurban Qurbanovun adını qeyd edir. Siz də belə düşünürsünüz?
- Futbol ictimaiyyəti tamamilə düzgün seçim edib. Bu gün ən yaxşı uğurları qazanan Qurban Qurbanovdur. Onun işi göz qabağındadır.
- Məşqçilər Komitəsi Qurbanovu AFFA-ya təklif edəcək?
- Yox, bizim belə bir səlahiyyətimiz yoxdu. Mən şəxsi fikrimi söylədim. Bizim tövsiyəmizə ehtiyac olacaqsa, bunu müzakirə edəcəyik, fikimi rəhbərliyə çatdıracam. Qeyd etdiyim kimi, əcnəbi seçimi olsaydı, elə Prosineçki qalıb işləyərdi. Prosineçki ilə yollar ayrılıbsa, deməli, yerli məşqçiyə ehtiyac var. Yerli mütəxəssislər arasında ən birinci namizəd isə Qurban Qurbanovdur.
Ramiq AĞAMƏMMƏDOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı