Bu mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə” dünən Türkiyə toplanışını başa vuraraq Bakıya qayıdıb.
Komandanın baş məşqçisi Ayxan Abbasov Qol.az-a müsahibəsində komandasının hazırlığından, yeni transferlərdən və Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları “Differdanj”dan danışıb.
- Türkiyədə taktiki-texniki məşqlərə üstünlük verdik. Yoldaşlıq oyunları keçirdik. Oyundan-oyuna komandadakı artımı görürdük. Avroliqanın ilk mərhələsində çıxış edən bütün klublarda hazırlıq üçün vaxt az olur. Komandaya yeni qoşulan futbolçular bizi narahat edirdi. Uyğunlaşmaq üçün vaxt lazım idi. Ancaq son oyunlar göstərdi ki, onların adaptasiya prosesi çox çəkməyəcək. Bugündən Bakıda məşqlərə başlayacağıq.
- Komandanız 3 yoxlama oyunun ikisində qalib gəldi, birində uduzdu. Futbolçuların çıxışı sizi qane etdi?
- Həmişə futbolçulara deyirəm ki, yoldaşlıq oyununda da qələbə vacibdir. Bakı “İnter”i və Kamerun klubuna qalib gəldik. Son görüşdə Rumıniya çempionu “Vitorul”a uduzduq. Ancaq onlarla da yaxşı oynadıq. Hətta hesabda irəlidə idik. Ancaq futbolçularımızın hamısına şans vermək üçün xeyli dəyişiklik etdik. Gənc futbolçuların Rumıniya çempionuna qarşı oynamasını istədim. Yəni sırf hesaba oynamırdıq. Ümumilikdə hər üç oyunda komandamız pis çıxış etmədi. Ancaq yenə də çatışmazlıqlarımız var. Bunu da aradan qaldırmaq üçün bir qədər vaxta ehtiyac var.
- İstədiyiniz transferləri edə bildiniz?
- Yerlilərdən Nicat Qurbanov əvvəllər də bizdə çıxış edib. Orxan Əliyev həm futbolçu, həm də xarakterinə görə bizə uyğundur. Rəşad Sadiqov təcrübəlidir. Belə bir liderə ehtiyacımız var idi. Legionerlərə gəldikdə isə Manqa ilə Belfortu hələ qışda transfer etmək istəyirdik. Təəssüf ki, klubları ilə müqavilələri var idi. Yəni bizə tanış futbolçulardır. Jozef isə 5 ilk Türkiyə çempionatlarında oynayıb. Təəssüf ki, son bir ili Kamerun çempionatında çıxış edib. Orada isə çempionat fasilələrlə keçirilir. Ona görə də Jozefi baxışa çağırdıq. Özünü doğrultdu. Ümumi olaraq bəyəndiyimiz legionerləri heyətə cəlb etmişik. Yerlilər də yaxşıdır. Orxan Əliyev 3 yoxlama oyununda 3 qol vurdu.
- Növbəti transferlər gözlənilir?
- Bir hücumçu, bir müdafiəçi almaq istəyirik. Hazırda danışıqlar gedir.
- Yeni alınan legionerlərdən Avroliqa təcrübəsi olanı var?
- Belfort ən çox Hindistan və İsveç çempionatında, Manqa isə İsrail klubunda oynayıb. Heç biri Avroliqada çıxış etməyib. Səhv etmirəmsə, Jozefin də Avroliqa təcrübəsi yoxdur.
- Yerli futbolçuların da əksəriyyəti ilk dəfə Avropa Liqasında çıxış edəcək. Bu, Avroliqada daha təcrübəli olan “Differdanj”ı keçməkdə sizə mane ola bilər?
- Bəli, bizim ən böyük çatışmazlığımız elə budur. Həm klub olaraq ilk dəfə bu turnirdə çıxış edirik, həm də futbolçularımızın çoxu Avroliqada ilk dəfə oynayacaq. Rəqiblə bizim əsas fərqimiz odur ki, Avroliqa təcrübəmiz yoxdur. Əlbəttə, bunu etiraf etmək lazımdır ki, təcrübəsizlik bizə mane ola bilər. Futbolçularımızın çoxu gəncdir. Ancaq biz onlara inanmışıq. Futbolçulara demişəm ki, biz bu təcrübəsizliyimizi ancaq əzmkarlığımızla sığortalaya bilərik.
- “Differdanj” haqda nə deyə bilərsiniz?
- Rəqibimizin bizdən üstün cəhətlərini qeyd etdim. Bundan əvvəlki illərdə Avroliqada “Utrext” və “Olimpiakos”u mübarizədən kənarlaşdırıblar. Yəni komandanın təcrübəsi kifayət qədərdir.
- Yəni “Zirə”yə çətin rəqib düşüb?
- Biz hazırda rəqibi analiz edirik. Mətbuatda “Differdanj”ı rahat rəqib kimi qələbə verirlər. Lüksenburq klubu olmasını qabardırlar. Amma mən bu fikirlərlə razı deyiləm. Rəqibin yaxşı göstəriciləri var. Çempionatda bombardir komandadır. Bir çox futbolçuları fransız və belçikalıdır. Rəqibə hörmət edirik. Zəif və üstün tərəflərini analiz edib, hazırlaşırıq.
- Futbolçuları Avroliqa oyununa necə motivasiya edirsiniz? Onlara hədəfin nə olduğunu demisiniz?
- Hədəf odur ki, sona qədər mübarizə aparaq, uduzmayaq. Biz yeni klub olsaq da, inkişafdayıq. Keçən il də komandamız Avroliqaya vəsiqə verən yeri tutmuşdu. Pillə-pillə inkişaf etmək istəyirik. Başımızdan yuxarı tullanmaq istəmirik. Bu gün o qədər də iddialı danışa bilmərik. Səbirli olacağıq. Gücümüz nəyə çatacaqsa, onu da edəcəyik. Futbolçularda da bunu deyirəm.
- “Zirə”nin bu gün azarkeş dəstəyinə də çox ehtiyacı var. Komanda ilk dəfə böyük turnirdə iştirak edəcək. Adətən klublarımız uğurlu çıxışlardan sonra azarkeş toplayır. Azarkeşlərə sözünüz varsa, buyurun.
- Məni sevindirən bir məqam var. Artıq Zirədə komandanı sevirlər. Sadiq azarkeşlərimiz var. Bunu dünən Türkiyədən qayıdanda Bakıda hava limanında gördüm. Gecə saat 2-də bizi qarşılamağa gələn azarkeşlər var idi. Bu işdə də səbirli olmalıyıq. Komandamız yaxşı nəticələr əldə edərsə, istər-istəməz azarkeş sevgisini qazanacaq. Böyük klublarımız da uğursuz çıxış edəndə stadion boş olur. Fəal azarkeşlərimiz var. Onlar çalışırlar ki, Bakı ətrafı qəsəbələrdə təbliğat aparsınlar. Mən də öz adımdan azarkeşləri bizi dəstəkləməyə çağırıram. Çünki azarkeş böyük qüvvədir. Lüksemburq komandasını Bakıda təəccübləndirməliyik. Onlar görməlidirlər ki, burada futbolu hər kəs sevir. Digər klubların da azarkeşləri bizə müraciət ediblər, dəstək olacaqlarını bildiriblər. Bu da bizi sevindirir.
Ramiq AĞAMƏMMƏDOV
Modriçdən yeni uğur
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas
“Neftçi” yenə xal itirdi, “Şamaxı”dan qələbə
"Şamaxı"dan 3 qollu qələbə - Video
"Milyonluq futbolçular da səhv edir" - Azər Həşimov
Qvardiola: “Ən yaxşı məşqçi ser Aleks Ferqyusondur”
"Neftçi" - "Sabah": Heyətlər
FIFA və UEFA Laportanın açıqlamalarını mənfi qarşıladılar
"Real"ın oyunçusuna "qırmızı" verən hakim cəzalandırılacaq
"Yuventus" onu azad agent kimi transfer etmək istəyir
Azərbaycan klubundan ayrıldı, ölkəsinə yollandı
"Şamaxı" - "Karvan": Heyətlər açıqlandı
Alonso "Real"da 16 ildən sonra bunu bacardı
Mahirin adı yenə sifariş ərizəsində yoxdur
Millimiz Avropa çempionatında 3-cü yeri tutdu
Müllerdən ABŞ klubunda uğurlu başlanğıc
"Benfika" - "Qarabağ" matçının hakimləri açıqlandı
Azərbaycanın basketbol millisi finalda uduzdu
Luis Enrike əməliyyatdan sonra imicini dəyişdi - Şəkillər
Türkiyə millisi üçün tarixi oyun - Bu gün final var
Bakıda dünya çempionatı keçiriləcək
“Real” FİFA-ya şikayət edəcək
"İndi çempionluq haqda düşünmürük" - Filip Ozobiç
“Viləş” yenidən Azərbaycan futbolunda
Vüsal İsgəndərli Albaniya klubunda ilk qolunu vurdu
Kökçünün komandası böyük hesabla uduzdu
"Beşiktaş" "Başakşəhər"ə belə qalib gəldi - Video
2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət - “Qarabağ”ın rəqibləri
Zamiqin komandasından mövsümdə ilk qələbə