Milli komandamızın üzvü Qara Qarayev Qol.az saytına müsahibə verib. "Qarabağ"ın yarımmüdafiəçisi dünən Qətərlə keçirilən yoldaşlıq oyunundan, DÇ-2018-in seçmə mərhələsində Bakıda Almaniya millisi ilə qarşılaşacaqları görüşdən və digər məsələlərdən danışıb.
- Almaniya ilə matç öncəsi son sınağımız idi. Çalışdıq ki, bu təlim-məşq toplanışında yaxşı nəticə qazanaq, yüksək əhval-ruhiyyə ilə Almaniya matçına hazırlaşaq. Qısa müddətli olmağına baxmayaraq, keyfiyyətli təlim-məşq toplanışı keçirdik. Qətərlə də yaxşı oynadıq, qalib gəlməyi bacardıq.
- Prosineçki komandanın oyunundan razı qaldı?
- Bəli, öz tapşırıqlarını da verdi. Amma yenə də bəzi çatışmazlıqlarımız var və bunları aradan qaldırmalıyıq.
- Oyun tam qapalı keçirildi. Azarkeşsiz oynamaq necədir?
- Əslində, oyuna azarkeşlərin buraxılmaması, oyunun televiziyada yayımlanmaması haqqında heç bir məlumatımız yox idi. Biz oyunun gedişatında bildik ki, bəzi azarkeşlərimiz stadiona daxil olmaq istəyiblər, icazə verilmiyib. Səbəbini deyə bilmərəm. Azarkeşsiz oyun maraqsız idi. Amma rəqibin də azarkeşlərinin olmamağı bizim işimizi asanlaşdırdı.
- Prosineçki milli komandaya yeni futbolçular dəvət edib. Həmin futbolçuların debütü yaxşı alındı?
- Tez bir zamanda komandamıza uyğunlaşıblar. Amma bu futbolçuların artıq əsas heyətdə oynayacağını da demək olmaz. Onlar bu gün debüt edirsə, bu, baş məşqçinin futbolçulara olan inamının nəticəsidir. Yaxşı formada olduqları zaman baş məşqçimiz şans verəcək. Hər biri çempionatda yaxşı komandalarda oynayır və hər həftə matça çıxır. Əsas olan da budur.
- Uzun müddətdir ki, yığmamız bir araya gəlmirdi. Bu heyət necə təsir bağışladı?
- Düzü, yığmanın oyunu üçün darıxmışdıq. Milli komandanın uzun müddət bir araya gəlməməsi bizə müəyyən problem yaradıb. Amma Almaniya ilə oyun öncəsi belə bir təlim-məşq toplanışı bizim işimizi rahatlaşdıracaq. Kollektiv mübarizəni, oyunu daha da yaxşılaşdırmağımıza səbəb olacaq. Ancaq yenə deyirəm, uzun müddət milli komandanın toplaşmaması problemlər yarada bilər.
- DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə keçiriləcək oyuna da az qalıb. Almaniyadan Bakıda xal almaq mümkündür?
- Almaniyadan xal ala bilərik desəm, özümü aldatmış olaram. Hamı bilir ki, biz dünya çempionlarına qarşı oynayacağıq. Futbolçularının gücü, çempionatlarının hansı səviyyədə olması aşkardır. Həqiqətən də çox çətin olacaq.
- Bəziləri düşünür ki, almanlar millimizə 5-6 qol vuracaq.
- İndidən milli komandaya belə “dəstək” olmaları bizə motivasiya cəhətdən problemlər yaşada bilər. İşimizin çətin olduğunu bilirik. Ancaq uğur qazanmağımız üçün bizə dəstək lazımdır. “Üçün vuracaqlar, beşin vuracaqlar” demək lazım deyil.
Məftun RƏSULZADƏ
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi
Ardıcıl ikinci dəfə matçın ən yaxşısı seçildi
Şotlandiya - Mərakeş: Heyətlər açıqlandı
ABŞ millisi ardıcıl ikinci qələbə ilə "pley-off"da
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video