İstər idman, istər idarəçəlik tərəfindən, istərsə də komandadaxili mühit baxımından çox böyük biabırçılıqların, pərdəarxası oyunların yaşandığı, söz-söhbətin əskik olmadığı, özəlliklə “milliləşdirilmiş” legionerlərin və onlara dayaq duran bəzi rəhbər şəxslərin sayəsində min cür hoqqalardan çıxıldığı, Elxan Məmmədovla milli komandaların artıq keçmiş baş məşqçiləri arasında gedən soyuq müharibənin və bir çox başqa problemlərin məntiqi sonluğu kimi fiaskoya uğradığımız bir seçmə mərhələni geri buraxdıq.
Bu yazını yazmağıma səbəb isə həm də AFFA baş katibi Elxan Məmmədovun Azərbaycan radiosunda İlkin Babanın aparıcısı olduğu verilişdə söylədiyi bir fikirdi. Elxan müəllim aparıcını və tamaşaçıları əmin etməyə çalışdı ki, Azərbaycanda heç vaxt futbol olmayıb və bundan sonra da olası deyil. “Bilsəm ki nə vaxtsa milli komandamız Avropa və ya dünya çempionatlarının final mərhələsinə yüksələcək, istefa verərəm” dedi cənab Məmmədov. Azərbaycan futbolunun inkişafına cavabdeh olan və nə qədər “icraçıyam” desə də faktiki bu sahəni idarə edən birinci şəxs xalqa “Azərbaycan futbolundan inkişaf, uğur gözləməyin” mesajını verdi. Elxan müəllimə səmimi etirafına görə təşəkkür edib bir məqamı xüsusi vurğulayım ki, AFFA-nın baş katibinin sözləri onun futbolumuza rəhbərlik edəcəyi dövrdə aktualdı. Bəli, nə qədər ki Azərbaycan futbolunda Elxan Məmmədov rəhbərdi, həqiqətən heç bir ciddi uğur gözləməyə dəyməz.
“Mən milli komandamızda böyük biabırçılıq, bədbinlik görmədim. İstəməzdim Yurçeviçi bir tsikldən sonra göndərək, imkan verək, bir az işləsin. Hələ indi komandanı tanımağa başlayır. Azərbaycanda həddən artıq futbolçular yoxdu ki, deyək, Yurçeviç gəldi, bizi bu günə qoydu. Əfsuslar olsun ki, vəziyyət belədi. Bir də mən başa düşə bilmirəm, Azərbaycan hansı amillərə görə Uelsə qalib gəlməlidi? Mənə bir dənə də dəlil göstərə bilməzsiz. Əslində başverənlər qüvvələr nisbətini real və obyektiv əks etdirir” - bu sözləri isə AFFA İcraiyyə komiyəsinin üzvü Mahir Məmmədov “Futbol+”ə demişdi.
AFFA rəhbərliyi, AFFA-da çalışanlar, onların yaxın dairəsi kütləvi şəkildə xalqı inandırmağa çalışır ki, bizdə heç vaxt futbol olmaylb, futbolçu yetişməyib, buna görə də indi olmaması da təbiidi və bundan sonra da olmaq ehtimalı yoxdu. Dolayısı ilə adamlara psixoloji təzyiq edilir, inandırmağa çalışırlar ki, bizim yerimiz elə San Marinonun, Andorranın yanıdı, autsayderlik alnımıza yazılıb. Bu məğlub psixologiyasını aşılamaqla məqsəd futbolsevərlərdə, millimizə, Azərbaycanımıza azarkeşlik edənlərdə ruh düşkünlüyü yaratmaq və beyinlərə “Elxan getsə də, heç nə düzələn deyil” fikrini yeritməkdi.
Tək həqiqət AFFA-nın indiki rəhbərliyinin bərbad idarəçiliyinə görə illərdi ölkədə futbolun iflic vəziyyətinə salınmasıdı. Bunun məntiqi sonluğu isə bir neçə ay sonra həmçinin Bakıda keçiriləcək qitə çempionatına evsahibliyi edəcək 12 ölkə arasında final mərhələsində iştirak şansını itirən yeganə ölkənin Azərbaycan olmasıdı.
Bəli, hazırda Azərbaycanda geniş anlamda nə futbol var, nə də bircə nəfər futbolçu. Amma “Azərbaycanda futbol olmayıb və olmayacaq” fikrini xalqın beyninə yeritmək istəyən Elxan Məmmədov texnoloqlarına məsləhət görürəm ki, bu yazını diqqətlə oxusunlar və bundan sonra əllərinə ürəyinin üstünə qoyub səmimi cavab versinlər ki, Azərbaycanda futbol olub, yoxsa olmayıb?!
Ardı var...
Anar ŞABANOĞLU
"Futbol+" qəzeti
18 yaşlı Endrik evləndi
Sneyderin oğlundan ilk peşəkar müqavilə
Argentina millisinin üzvü "Atletiko"da
"Çelsi"dən "Arsenal"a - Rəsmi
"Mançester Siti"dən A seriyası klubuna keçdi
Millimizin üzvü Türkiyə klubunda - Rəsmi
“Qarabağ” yenidən öz məkanında - Şəkillər
Yeni mövsümün 3 Azərbaycan derbisi - Hansı turda və harda?
"Milan"dan daha bir transfer
Vəli Qasımova yeni vəzifə verildi
Platininin medal və kubokları oğurlanıb
"Mançester Yunayted" hücumçu ilə anlaşdı
"Qarabağ" onunla da yolları ayırdı - Rəsmi
"İnter" futbolçusunu icarəyə verdi
İtaliya klubu "Borussiya"ya təklif göndərdi
Konfrans Liqasında inanılmaz geridönüş
"Napoli"dən yeni transfer
"Araz-Naxçıvan" da iştirak ərizəsini açıqladı
"Roma"nın təklifinə razılaşdı
Arda Turanın "Şaxtyor"u mərhələ adladı, "Beşiktaş"a rəqib oldu - "Oyunçularıma fəxr edirəm"
Enrike onları əvəzedici komandaya göndərdi
"İnter" "Atalanta" ilə razılığa gələ bilmədi
Azərbaycanın Avropadakı 5-ci het-triki
İsveçdə son oyun
“Araz-Naxçıvan” - “Aris” oyununun biletləri satışda
Azərbaycan 2025/26 mövsümündə ilk xalını qazanıb
“Qarabağ” - “Şelburn” oyununun biletləri satışa çıxarılır
Elçin Məsiyev Çempionlar Liqasına təyinat aldı
"Şelburn" - "Qarabağ" oyununun hakimləri açıqlandı
"Barselona" yeni oyunçusunun qardaşını hədəflədi
"Sabah" Avroliqa ilə belə vidalaşdı - Video
Avropa Liqasında 1-ci mərhələyə yekun vuruldu
"Göstərdiyimiz oyunla fəxr edə bilərik" - Valdas Dambrauskas
Konfrans Liqasında daha 23 komanda 2-ci mərhələyə yüksəldi
"Çempionata yaxşı hazır olacağımıza inanıram” - Samir Abasov
“Sabah”ın Konfrans Liqasındakı rəqibi
"Sabah" Avropa Liqasında mübarizəni dayandırdı
Azərbaycanlı futbolçu dünyasını dəyişib
Ter Ştegen 4 ay yaşıl meydanlardan uzaq qala bilər
"Mançester Siti" 18 yaşlı oyunçunu transfer etdi
"İmişli"dən yeni transfer
Elmar Baxşıyev "Trabzonspor" üzərində qələbəni şərh etdi
"Neftçi" Polşadakı ilk oyununda heç-heçə etdi
"Çelye" - "Sabah": Heyətlər