"Sumqayıt"dan ayrıldıqdan sonra ölkə daxilində klub tapmadığı üçün karyerasını başa vurduğunu elan edən, sonradan Gürcüstanın “Samtredia” klubuna keçən yarımmüdafiəçi Nicat Qurbanov Qol.az saytına müsahibə verib. O, Gürcüstandakı karyerasından söz açıb.
- “Sumqayıt”dan ayrıldıqdan sonra karyeranızı bitirdiyiniz elan etmişdiniz. Sonradan Gürcüstanın “Samtredia” klubuna keçdiniz. 27 yaşda futboldan getmək haqda qərar verməyin səbəbi nə idi?
- Bu qərarı vermək doğrudan da çox ağır idi. İstəmədiyim qərarı vermək məcburiyyətində qaldım. Sadəcə, bir təklif olmadı, ona görə çox həvəsdən düşmüşdüm.
- Karyeranızı sonradan bərpa etdiniz. Niyə məhz Gürcüstan?
- Açığı, Gürcüstana gəlməyim ani alındı. Menecer Vaqif Heydərli zəng edib, belə bir variantın olduğunu dedi. Daha sonra Gürcüstana gedərək “Samtredia” klubunun idman direktoru ilə görüşdüm və razılaşdıq.
- Gürcüstanda futbolun ümumi səviyyəsi haqda nə deyə bilərsiniz? Hansı cəhətlərinə görə bizdən üstün, hansı cəhətlərinə görə isə geridədirlər?
- Düşünürəm ki, Gürcüstan milli komandası hazırda bizdən bir pillə üstündür. Heyətlərindəki bütün futbolçular demək olar ki, legioner həyatı yaşayır. Yerli çempionatdan yığmada maksimum 1-2 futbolçu var. Biz sadəcə, bir cəhətdən öndəyik, o da pul, maddiyat. Başqa heç nə ağlıma gəlmir.
- Azərbaycandan fərqli olaraq, Gürcüstanda bir xeyli bölgə klubu var. Ümumiyyətlə, Gürcüstanın bölgələrində futbolun vəziyyəti necədir?
- Gördüyüm budur ki, maddi baxımdan çətinliklər olduğu üçün bölgələrdə şərait aşağıdır. Amma istedadlı gənclər çoxdur. Demək olar ki, çoxu da legioner həyatı yaşamaq üçün can atır.
- “Samtredia” bir vaxtlar Çempionlar Liqasında “Qarabağ”la oynayıb. Bu komanda indi niyə 2-ci liqada yarışır?
- Bildiyimə görə, klubun borcları olub və ona görə aşağı dəstəyə düşüb. Amma dəqiq məlumatım yoxdur.
- Qonşu Gürcüstanda yerli futbol adamları bizim futbol haqda nə düşünürlər?
- Burada “Qarabağ”ın uğurundan çox danışırlar. Bir azərbaycanlı kimi bu da məni sevindirir. Milli komandamıza gəldikdə, yığmamızın zəif çıxış etməsi onlara təəccüblü gəlir.
- Öz çıxışınız haqda danışaq. Bu mövsüm çempionatda 6 qol vurmusunuz, 3 də qol ötürməsi etmisiniz. Bunu özünüz üçün yaxşı nəticə sayırsınız?
- Məncə, yaxşı göstəricidir. Amma kifayətlənmək olmaz.
- Komandanız yeni mövsümdən yüksək liqada çıxış etməyə yaxındır. Gələcək karyeranız barədə nə fikirləşirsiniz: orada qalacaqsınız, yoxsa təklif olsa, Azərbaycan klubuna qayıdacaqsınız? Ümumiyyətlə, hal-hazırda belə bir ehtimal nə qədərdir?
- Hər şey buradakı pley-off oyunundan sonra bəlli olacaq. Ümüd edirəm, bizim üçün uğurlu alınar. Təkliflər barədə isə mövsüm bitəndən sonra açıqlama verə biləcəyəm.
- Sizin Azərbaycan Premyer Liqasında bir neçə klubda, o cümlədən aşağı yaş qrupu üzrə milli komandalarda uğurlu oyunlarınız olub. Sonradan karyeranızda enişin olmasının səbəbini nədə görürsünüz? Bundan sonra bir futbolçu kimi hədəfiniz nədir?
- Mənim Gürcüstana gəlməyim karyerama çox böyük təkan oldu. Yeni səhifə açıldı və burada uğurlu oyunlarım oldu. Uzun müddət olar ki, belə formaya düşməmişdim. Hər futbolçuda enişlər olur, əsas odur ki, yenidən ayağa qalxıb, qayıda biləsən. Açığı, hər şeyin bitdiyini düşündüyüm anda mənə belə bir qapı açıldı. Düşünürəm ki, bu şansı dəyərləndirə bilmişəm. İndi özümə inamım artıb.
Məftun RƏSULZADƏ
Ronaldo titulsuz qaldı
PSJ tarixinin rekord gəliri
"Karvan-Yevlax"ı 1/8 finala aparan qələbə - Video
"San Siro"nun gələcəyi həll olunur
“Bu, əsl kubok oyunu idi" - "İmişli"nin baş məşqçisi
"Turan Tovuz" "Dinamo"nu belə darmadağın etdi - Video
"Qarabağ" PFL-ə müraciət etdi
"Kuboku qazanmağa çalışacağıq" - Kurban Berdıyev
UEFA-dan Asim Xudiyevə növbəti təyinat
"Kəpəz" - "Ağstafa Gəncləri" oyunundakı 7 qol - Video
Azər Bağırov 6:1-i şərh etdi
"Qarabağ" - "Çelsi" matçının biletləri satışa çıxarılır
"İnter"in qapıçısı maşınla adam vurub öldürdü
"Bayer"də ciddi itki
Messi DÇ-2026-da oynamaq istədiyini açıqladı
Vinisius “Real”dan ayrılmağı düşünür
Yeni baş məşqçi Volkan Demirel olacaq - Rəsmi
"Real"ın kapitanı dizindən əməliyyat ediləcək
Premyer Liqa klubunda yeni müqavilə
"Çempionatın səviyyəsi artıb" - "Turan Tovuz"un legioneri
Futzal millimizin heyəti açıqlandı
Qurban Qurbanovun haqlı narazılığı - Video
"Seltik" Brendan Rocersi istefaya göndərdi
Taliskadan 2 gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
“Kəpəz” legioneri ilə yollarını ayırıb
Qazaxıstan millisinin sabiq qapıçısı vəfat edib
Superliqada 10-cu tura yekun vuruldu
“Turan Tovuz” Berdıyevlə müqaviləni uzadıb - Rusiya mətbuatı
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
Sergey Milinkoviçlə müqavilə imzalandı
"Qəbələ" və "Zirə"nin əvəzedicilərindən böyükhesablı qələbə
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
London klubu Kante ilə yeni müqavilə imzaladı
"Qızlar xarakter göstərdilər" - Siyasət Əsgərov
İqor Tudor “Yuventus”dan qovuldu
U-17 millimiz rəqibinə böyük hesabla məğlub oldu
Azərbaycan millisi Qazaxıstana yenə qalib gəldi
Vinisiusdan Yamala sərt sözlər
Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı
Türkiyə klublarının Avropa qazancı
Kovaçiç “Mançester Siti”dən ayrılır?
Alvaro Karreras Yamalın driblinqinə münasibət bildirdi
İqor Tudorun “Yuventus”dakı gələcəyi sual altındadır
Azərbaycan kubokunun adı dəyişdirildi