"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə Lüksemburqun "Düdelanj" klubuna 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyunu şərh edib:
- Öncə futbolçularımı təbrik edirəm. Bizi hesabdan çox oyun maraqlandırırdı. Bizə intizamlı oyun göstərmək lazım idi. Vacib qələbə qazandıq. Hesab bizi aldatmasın. Bu komandanın gücünü gördük. Fikrimcə, "Düdelanj" APOEL-ə layiqli qalib gəlib. Möhtəşəm azərbaycanlı azarkeşlərə, qarabağlılara təşəkkür edirəm.
- Oyunda təxribat baş verdi. Hazırda Azərbaycanda bu müzakirə edilir. "Qarabağ"ın oyununda artıq neçənci dəfədir ki, belə hadisələr baş verir. Bu dəfəki təxribat daha böyük oldu. Avropa futboluna nə çağırışınız var?
- Əvvəlki hadisələrə heç fikir bildirmədən onların adını dilimə gətirmirdim. Həmişə belə halları qorxaqlıq adlandırıram. Azərbaycanlılar, qarabağlılar öz mədəniyyətlərini göstərməyə çalışır. Həmişə intizamlı olmağa çalışmışıq. Futbolçular hansı komandada olduqlarını bilir. Bu hərəkət qorxaqlıqdır. Mən fəxr edirəm ki, azərbaycanlıyam, "Qarabağ"ı çalışdırıram. Belə provakasiyaya getməməliyik. 15-20 dəqiqə oyun dayandı. Peşəkarlığı gözlədik, nizam-intizamı qorumağa çalışdıq. Uşaqlar paltardəyişmə otağında əsəbləşmişdi, pis olmuşdular. Onları oyuna kökləmək çətin idi. Sağ olsunlar məni eşitdilər, meydanda peşəkar davrandılar. Bəlkə də, gələcəkdə belə hərəkətlər olacaq. Hər dəfə bunu etmək ucuzluqdur. Nə qədər ucuz olduqlarını göstərirlər.
- Bildirdiniz ki, futbolçular əsəbi idi. Meydana qayıtmamaq variantınız da var idi. UEFA buna görə "Düdelanj"a texniki məğlubiyyət verəcəkdi.
- Qanunlara əsasən, meydana qayıtmalıyıq. Biz peşəkarıq, belə hallar tez-tez baş verə bilər. Biz qorxaq deyilik, meydandan qaçmağı bacarmarıq. Elə zəif deyilik. Məğlub olsaydıq belə, meydana qayıdıb, sona qədər mübarizə aparacaqdıq. "Qarabağ" olaraq, azərbaycanlı olaraq qaçmağı göz önünə almırıq. Meydandan qaçmaq bizə yaraşmaz. Sona qədər vuruşub mübarizə aparacaqdıq.
- Bununla bağlı UEFA-ya müraciət ediləcək?
- Bu işlə klub rəhbərliyi məşğul olacaq. Müraciətə ehtiyac yoxdur. UEFA belə məsələlərə reaksiya verir. Yəqin ki, UEFA sərt qərardan sonra daha diqqətli olacaq.
- Qara Qarayev niyə əvəzləndi?
- Ağrısı olduğu üçün sona qədər meydanda saxlamadım.
- "Qarabağ" yenə son saniyələrdə qol buraxdı.
- Bilmirəm, necə cavab verim. Hörmətlə yanaşıram. Daha ciddi olmalıyıq. Qalib gəlmişik, səfərdə 4 qol vurduq. Futbol elə bir şeydir ki, son saniyələrdə qol buraxa bilərsən. Buraxdığımız qol barədə danışmamalıyıq. Elə bir qanun yoxdur ki, hər oyun qol buraxmamalıyıq. Pis nəticələri yada salmayaq. İlk dəqiqələrdə də qol buraxa bilərdik. Ancaq bu oyunun sonlarında baş verdi. Qalib gəlmək istəyirdik və buna nail olduq.
- "Qarabağ"ın qrupdan çıxmaq şanslarını necə hesab edirsiniz?
- Əvvəlcədən hansısa fikir söyləyə bilmərik. Vacib 3 xal qazandıq. Favorit "Sevilya"dır. Qalan 3 komanda son tura kimi öz aralarında mübarizə aparacaq. "Düdelanj" zəif deyil. Bu rəqib qol vura bilir, mübarizə aparır. Son tura qədər mübarizə aparmalıyıq.
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı
Paraqvayda millinin uğuruna görə tətil elan edildi
DÇ-2026: 1/8 finalın ilk cütü müəyyənləşdi
Braziliyanı 1/8 finala aparan qələbə - Video
Almaniya mundialla vidalaşdı - DÇ-2026-da sensasiya
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
“Bu heyət dünya çempionu olmağa qadirdir” - Kazemiro
“İmişli”ni I Liqa klubuna dəyişdi
Braziliya millisinin seriyası davam edir
U-17 millimiz Tacikistana məğlub olub
Braziliya - Yaponiya oyununun ən yaxşısı kim seçildi?