Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Adı "Qarabağ"la hallanan futbolçu vətənində oynayacaq

Yazarlar
 Vaqif Cavadova bircə sual
Aydın BAĞIROV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Qəbələ" Antalyada bir gündə iki məşqə çıxdı - Şəkillər
Top 5
Klublarımızın qış transferləri – Yenilənir
Neymara görə fantastik təklif – Ronaldo + pul
"Qarabağ" afrikalı hücumçu alır?
Ronaldo "MY"ə qayıtmaq istəyir - aldadıldığına görə
"Arda yaxşı oyunçudur, amma..." - Ernesto Valverde
Linklər
525ci Qəzet

Biz niyə qol vura bilmirik?
A A A

[28.11.2017]
Biz niyə qol vura bilmirik?

“Hazırda Azərbaycanda hücumçu problemi var. Getdikcə də dərinləşməkdədir. Azərbaycan futbolunda hücumçu yetişdirmək barədə hamımız düşünməliyik. Hücumçuların oyun üslubunu mütləq dəyişməliyik. Alınmırsa, yeni hücumçular hazırlamalıyıq”.

Bu sözlər “Qarabağ”ın və millimizin baş məşqçisi Qurban Qurbanova məxsusdur. 2013-cü ildə Qol.az saytına verdiyi müsahibəsindəndir. Həmin vaxt Topaz Premyer Liqada bombardirlər siyahısındakı futbolçular arasında bir nəfər də olsun azərbaycanlı yox idi. Qurban Qurbanov yeni hücumçular hazırlanmalı olduğunu bildirmişdi. Hazırda bombardirlər sırasında olan Mahir Mədətovun bu səviyyəyə gəlməyində Qurbanovun rolu əvəzsizdir. Bəs digərləri hansı hücumçunu hazırladı? Təəssüf ki, xüsusi vurğulanacaq biri yoxdur.

Vaxtilə Vəli Qasımov, Nazim Süleymanov, Nazim Əliyev, Samir Ələkbərov kimi hücumçular yetişdirmiş Azərbaycan futbolu indi bu sarıdan dərin böhran içindədir. Premyer Liqamızda əcnəbi futbolçular bombardirlik edir. Bizimkilər isə onları qucaqlayaraq sevinclərini bölüşməklə kifayətlənirlər.
Bunu Premyer Liqamızda son 10 ilin bombardirlər siyasına baxanda görmək olur.
 

Çempionatın bombardirləri: Top-10 

2007/08 mövsümü

1. Xaqani Məmmədov “İnter” – 23 oyuna 19 qol
2. Branimir Subaşiç “Neftçi”  - 25 oyuna 14 qol
3. Valter Quqlemon “İnter”  - 20 oyuna 11 qol
4. Junivan Suares “Olimpik” – 21 oyuna 11 qol
5. Zaur Ramazanov “Xəzər Lənkəran” – 25 oyuna 11 qol
6. Vladimir Mazyar “Simurq”  – 21 oyuna 10 qol
7. Roman Axalkatsi “Karvan” – 21 oyuna 9 qol
8. Georgi Adamiya “Neftçi” – 25 oyuna 9 qol
9. Vitali Balamestnı “Qəbələ” – 18 oyuna 8 qol
10. Leonardo Roşa Da Silva “Standard” – 19 oyuna 8 qol

2008/09
1. Valter Quqlemon “İnter” – 24 oyuna 17 qol
2. İvan Tsvetkov “Xəzər Lənkəran” -  21 oyuna 15 qol
3. Vladimir Mazyar “Simurq”  - 20 oyuna 12 qol
4. Amiran Muciri “Bakı” – 22 oyuna 11 qol
5. Leandro Qomeş “Olimpik” – 24 oyuna 10 qol
6. Anxel Qustavo Qutyerres “Standard” – 24 oyuna 10 qol
7.Viktor İqbekoyi “Qarabağ” /“Turan”  - 14 oyuna 8 qol
8. Farzad Hatəmi “Qəbələ” – 22 oyuna 8 qol
9. Romulo Silvano Vilvano “Xəzər Lənkəran” – 22 oyuna 8 qol
10. Bəxtiyar Soltanov “Bakı” – 7 oyuna 7 qol

2009/10
1. Fərid Quliyev “Standard” – 29 oyuna 16 qol
2. Robertas Poşkus “İnter”  - 25 oyuna 12 qol
3. Anatoli Doroş “Olimpik-Şüvəlan” – 28 oyuna 12 qol
4. Adrian Neaqa “Neftçi” – 30 oyuna 11 qol
5. Nadir Nəbiyev “Turan” – 26 oyuna 10 qol
6. Silvinyo Jao De Carvalyo (Jaba) “Bakı” – 28 oyuna 10 qol
7. Allan Lalin “Xəzər Lənkəran” – 27 oyuna 9 qol
8. Mario Santana Serjio Souza “Xəzər Lənkəran” – 28 oyuna 9 qol
9. Girts Karlson “İnter” – 19 oyuna 8 qol
10. Xaqani Məmmədov “Karvan” – 13 oyuna 7 qol

2010/11
1.Georgi Adamiya “Qarabağ”  -  30 oyuna 18 qol
2.Bahodir Nasimov “Neftçi”  - 28 oyuna 15 qol
3.Flavio Aleks Valensio “Neftçi” -  20 oyuna 11 qol
4.Junivan Suares “Gəncə” – 29 oyuna 10 qol
5.Rauf Əliyev) “Qarabağ” – 31 oyuna 10 qol
6.Qvidas Yuska AZAL -  31 oyuna 10 qol
7.Sabir Allahquliyev “Gəncə”  - 28 oyuna 9 qol
8.Deon Burton “Qəbələ” -  28 oyuna 9 qol
9.Uinston Parks “Xəzər Lənkəran”  - 25 oyuna 8 qol
10.Silvinyo Jao De Carvalyo (Jaba) “Bakı” -  25 oyuna 7 qol

2011/12 mövsümü
1.Bahodir Nasimov “Neftçi” – 29 oyuna 16 qol
2.Yuri Fomenko “Kəpəz” – 32 oyuna 11 qol
3. Tales Şütz AZAL – 22 oyuna 10 qol
4. Zohair Benouahi AZAL – 25 oyuna 10 qol
5. Flavio Aleks Valensio “Neftçi” – 29 oyuna 10 qol
6. Yannik Kamanan “Qəbələ”  - 14 oyuna 9 qol
7. Luiz Paulo Hilario (Dodo) “Qəbələ” – 31 oyuna 9 qol
8. Robertas Poşkus “Simurq”  - 16 oyuna 8 qol
9.Uinston Parks “Bakı” – 24 oyuna 8 qol
10.Viktor Mendi “Qəbələ” -  28 oyuna 8 qol

2012/13 mövsümü
1.Nikolas Kanales “Neftçi” – 31 oyuna 26 qol
2. Junior Nildo AZAL – 32 oyuna 21 qol
3 Juan Manuel Varea “Rəvan” - 30 oyuna 14 qol
4 Riçard Almeyda “Qarabağ” – 30 oyuna 13 qol
5.Salif Ballo “Turan” – 28 oyuna 12 qol
6.Pərdis Fərcad-Azad “Sumqayıt” – 23 oyuna 9 qol
7.Mindauqas Kalonas “Rəvan” – 13 oyuna 8 qol
8.Zohair Benouahi AZAL -  25 oyuna 8 qol
9.Baçana Sxadadze “İnter” – 29 oyuna 8 qol
10.Viktor İqbekoyi AZAL – 29 oyuna 8 qol

2013/14 mövsümü
1. Reynlado Silva “Qarabağ”  31 oyuna 22 qol
2. Vaqif Cavadov “İnter” 33 oyuna 14 qol
3.Daniel Subotiç “Qəbələ” 29 oyuna 12 qol
4.Draqan Çeran “Simurq” -  31 oyuna 11 qol
5.Etame Mbilla “Xəzər Lənkəran” - 32 oyuna 11 qol
6.Baçana Sxadadze “İnter” – 29 oyuna 10 qol
7.Rauf Əliyev “Bakı” – 27 oyuna 9 qol
8.Leroy Corc “Qarabağ” - 32 oyuna 9 qol
9.Əfran İsmayılov “Bakı” – 17 oyuna 8 qol
10. Junior Nildo “Xəzər Lənkəran” – 30 oyuna 8 qol

2014/15 mövsümü
1.Nurlan Novruzov “Bakı” – 30 oyuna 15 qol
2. Draqan Çeran “Simurq”  - 25 oyuna 14 qol
3. Freddi Mombonqo AZAL -  28 oyuna 13 qol
4. Məhəmməd Qurbanov “Sumqayıt” -  29 oyuna 13 qol
5. Nikolas Kanales “Neftçi” 28 oyuna 11 qol
6. Cavid Hüseynov “Qəbələ” -  29 oyuna 11 qol
7 Reynaldo Silva “Qarabağ” – 23 oyuna 10 qol
8.Corc Leroy “Qarabağ” - 27 oyuna 10 qol
9. Mikel Alvaro “İnter” -  28 oyuna 9 qol
10. Junior Nildo “İnter” – 21 oyuna 8 qol

2015/16 mövsümü
1.Dani Kintana “Qarabağ” – 32 oyuna 15 qol
2.Nelson Bonilla “Zirə” – 29 oyuna 14 qol
3.Ruslan Qurbanov “Neftçi” - 31 oyuna 13 qol
4.Amil Yunanov “Sumqayıt” – 24 oyuna 12 qol
5.Aleksey Qay “Qəbələ” -  35 oyuna 10 qol
6.Jülien Ebah “Kəpəz”  - 28 oyuna 9 qol
7.Riçard Almeyda “Qarabağ” – 31 oyuna 9 qol
8. Mahir Mədətov “Qarabağ”  - 16 oyuna 7 qol
9.Ermin Zets “Qəbələ” - 23 oyuna 7 qol
10.Samuel Armenteros “Qarabağ”  - 23 oyuna 7 qol

2016/17 mövsümü
1. Rauf Əliyev “İnter” - 26 oyuna 11 qol
2.Filip Ozobiç “Qəbələ” -  27 oyuna  11 qol
3.Dino Ndlovu “Qarabağ” – 23 oyuna 10 qol
4.Mirabdulla Abbasov “Sumqayıt” - 27 oyuna 8 qol
5.Baqali Dabo “Qəbələ” - 16 oyuna 7 qol
6.Nizami Hacıyev “İnter” - 24 oyuna 7 qol
7.Sergey Zenyov  “Qəbələ” - 21 oyuna 6 qol
8.Amil Yunanov  “Sumqayıt” - 23 oyuna 6 qol
9.Jülien Ebah “Kəpəz” - 28 oyuna 6 qol
10.Ruslan Abışov “İnter” /”Neftçi” – 21 oyuna 5 qol

Göründüyü kimi, son mövsümü nəzərə almasaq, bu illər ərzində 10 bombardir arasında ən yaxşı halda 2-3 yerli futbolçu olub. Acınacaqlı nəticədir.

Uzun illərdir futbolumuzda mövcud olan bu problemlə bağlı millimizin sabiq baş məşqçisi Şahin Diniyevlə danışdıq.

Onun fikrincə, problemin kökündə uşaq futbolundakı boşluqlar durur: “Son dövrlər Azərbaycanda fərdi ustalığı ilə seçilən futbolçular yetişmir. Səviyyəli hücumçu hazırlamırıq. Uşaq futbolunda oyunçu yetişdirməkdənsə daha çox nəticə dalınca qaçırlar. Buna görə də həmin futbolçular gələcəkdə Premyer Liqada oynayanda itib-batırlar. Ən böyük problem odur ki, uşaq futbolunda da qarşıya nəticə qazanmaq məqsədi qoyulub. Hansı ki, uşaqlarla daha çox fərdi şəkildə məşğul olmaq lazımdır ki, gələcəkdə səviyyəli oyunçular yetişsin.


Şahin Diniyev

Bombardir çox qol vuran futbolçu deməkdir. Belə futbolçular isə medallar uğrunda mübarizə aparan klublarda oynayır. “Qarabağ”, “Qəbələ” və “Zirə”ni deyə bilərik. Avrokuboklarda oynayan klublar yüksək səviyyəli hücumçulara üstünlük verir. Bu futbolçular isə yerli ola bilməz. Bu gün avrokuboklarda çıxış edəcək azərbaycanlı hücumçu çox azdır. Buna görə də klublarımız məcbur olur ki, oyunun taleyini həll edə bilən hücumçu alsınlar. Avtomatik olaraq həmin legionerlər də Premyer Liqada bombardir olurlar. “Qarabağ” və “Qəbələ”də sırf yerli hücumçular oynasalar, onlar da bombardir olarlar. Çünki bu komandalar hücumda çox olurlar”.

Millimizin sabiq üzvü Bəxtiyar Musayev də problemin həllinə uşaq futbolundan başlanmalı olduğunu bildirir:

“Ümumiyyətlə, futbolumuzda hücumçu çatışmazlığı böyük problemə çevrilib. Elə futbolçular var ki, uşaqlıqdan sırf hücumçu kimi çıxır edir, ancaq müəyyən bir yaşa çatanda onu cinahlarda oynadırlar. Bu da həmin futbolçuların sırf qol vuran hücumçu kimi formalaşmağına mane olur.
Bütün klublar istəyir ki, ön xətdə ən yaxşı hücumçudan istifadə etsin. Gərək yerli hücumçularımız elə çıxış etsinlər ki, klublar da onlara şans versinlər.
Məsələn, “Qarabağ”ın futbolçusu Mahir Mədətovda hücumçuya məxsus müsbət keyfiyyətlər var. Ona görə də oynamaq şansı qazanır və qollarını vurur. Ancaq təəssüflər olsun ki, son zamanlar seçilən başqa bir hücumçumuz yetişmir.


Bəxtiyar Musayev

Bizim ən böyük bəlamız uşaq futboludur. Mütəmadi uşaq futbolunu izləyirəm. Öz oğlum da futbolla məşğul olur. Uşaq futbolunda 11-12 komanda ilə çempionat keçirilir. Oyun sayı çox az olur. Ötən il çempionat aprel ayında bitmişdi, bir də sentyabrda başladı. Görün, neçə ay boşluq olur. Uşaqlar oyundan-oyuna artırırlar. Futbolumuzun gələcəyini düşünürüksə, uşaq futboluna ciddi fikir verməliyik. Əvvəl bütün uşaq futbol məktəbləri fəaliyyət göstərirdi. Rayonlarda uşaq futboluna diqqət var idi. Mən milli komandada oynayanda rayonlardan o qədər uşaqlar gəlirdi ki, hər mövqedə böyük rəqabət olurdu. Onda yaxşı hücumçular da yetişirdi. İndi nəinki hücumçu, ümumiyyətlə futbolçu yetişdirə bilmirik. İndi uşaq futbolu bərbad vəziyyətdədir. “Dalğa Arena”da futbola baxıram, külək uşağı topla birlikdə aparır. Uşaqlar oyun günü rayonlardan Bakıya gəlirlər. Saatlarla yol gəlib, sonra da yarı ac, yarı tox oyuna çıxırlar. Uşaq futbolunda bu cür çempionat olmaz. Diqqət artırılmalıdır. Yoxsa gələcəkdə də çempionatın bombardirləri elə legionerlər olacaq.
Yaxşı hücumçu yetişdirmək üçün fərdi məşqlər olmalıdır. Əvvəllər belə olub. 1-2 saat məşqlə heç nəyə nail olmaq mümkün deyil. İndiki uşaqlar məşq qurtaran kimi avtobusa minib evə gedirlər. Onlarla ayrıca məşq edilmir. Yaxşı hücumçu olmaq istəyirsənsə, gərək əlavə məşqlər edəsən. Ancaq təəssüf ki, indi bizdə uşaq futbolunda o şərait yoxdur”.  

Əslində çönüb uşaq futboluna baxanda acı reallıqla barışmalı oluruq ki, hələ neçə illər çempionatımızda legionerlər bombardirlik edəcəklər.

Ramiq AĞAMƏMMƏDOV
Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb.


4266 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
26.12.2017  18:28 Dövlət Proqramı futbolumuza nə verdi?
19.12.2017  12:57 “Getdikcə Banişevskini də yaddan çıxaracağıq...”
13.12.2017  14:16 "Avropada uşaq 5 yaşında qaçmağı bilirsə, biz 10 yaşında necə yeriməyi öyrədirik"
05.12.2017  15:15 Divizionla Premyer Liqa arasındakı uçurum
20.11.2017  13:32 Bu çempionat hara gedir?
12.11.2017  10:05 Hakim çatışmazlığı, yoxsa qeyri-peşəkarlıq?
07.11.2017  18:23 Bombardirin millimizə qayıdışı
31.10.2017  12:32 “Gürcülər uduzduqlarına inanmırdılar” – millimizin ilk qələbəsi
21.10.2017  14:15 “Futbol+”də münasibətlər dəyərlər üzərində qurulub” – Mahir Rüstəmli
02.10.2017  13:25 “Azərbaycanda 10 ildən sonra da futbol olmayacaq”
24.09.2017  14:21 “Ramillə Emin Azərbaycana gəlməklə geriyə addım atdılar”
14.09.2017  14:48 Bakının dağılan “Bakı”sı – reportaj + fotolar
11.09.2017  13:50 "Azərbaycanda iş adamları futbola nifrət edirlər" - Yaşar Seyidov
03.09.2017  10:23 “O futbolçular elə 17-18 yaşında itib-batır”
22.08.2017  14:36 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi - ikinci yazı
14.08.2017  16:00 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi
07.08.2017  13:20 “O dövrdə "Kopenhagen”lə 5 dəfə də oynasaq, qalib gələ bilməzdik”
31.07.2017  12:11 Futbolumuzun bəlası – süni ot örtüyü
24.07.2017  13:10 “Alim Qasımov ifası ilə bütün stadionu susdurdu” – “Qarabağ”ın tarixi oyunu
25.06.2017  09:01 Millimiz necə yarandı? – 25 il əvvələ “səyahət”
 
 
  16.01.18
19:03
  Rəşad Sadıqov qələbə ilə başladı
18:24
  "Kəpəz"dən daha 2 transfer
18:03
  Ronaldo özünə yeni klub tapsın – Peresdən tələb
17:51
  "Qarabağ"ın dünya reytinqi - TOP-100-də
17:34
  "Neftçi"də növbəti ayrılıq - rəsmi
17:15
  La Liqada dekabrın ən yaxşı futbolçusu kim olacaq?
16:52
  "Qəbələ" - "Sürix" oyununun başlama saatı açıqlandı
16:37
  Adı "Qarabağ"la hallanan futbolçu vətənində oynayacaq
16:11
  Millimiz 6 qolla qalib gəldi
15:46
  “Yeni Pele daha dünyaya gəlməyəcək"
15:15
  "Pepə başa saldılar ki, Messiyə toxunmaq olmaz"
14:56
  Ukraynalı qapıçı rəsmən "Kəpəz"də
14:31
  PSJ-nin məşqində Neymar şousu - Video
14:15
  "Arsenal" Sançesi erməni futbolçuya dəyişir
14:02
  Günün canlı oyunları - Etopaz-da
13:43
  "Barselona" onu satmaqdan imtina etdi
13:20
  Rəşad Sadıqov səhər məşqdə, axşam oyunda - Şəkil
13:05
  Mbappe, Neymar, yoxsa Balotelli?
12:48
  "Qəbələ" braziliyalı futbolçudan imtina etdi
12:41
  Moldova millimizlə oyunun hazırlıqlarına başladı - Şəkillər
12:28
  Klublarımızın qış transferləri – Yenilənir
12:13
  "Zirə" - "Keşlə" oyununun başlama saatı açıqlandı
11:52
  Şehiç millinin düşərgəsinə gec qoşulacaq
11:40
  “Keşlə”dən növbəti rəsmi transfer
11:15
  "Sumqayıt"dan üç qol - Video
10:59
  Ronaldo "Real"ın ən yaxşı oyunçusu seçildi
10:30
  UEFA Superkuboku üçün 9 namizəd
10:04
  "Azərbaycana qiymət vermək çətindir" - Moldova millisinin üzvü
09:45
  "Mançester Yunayted"dən qələbə - Video
01:15
  Erməni məşqçiyə ömürlük cəza
00:32
  "Beşiktaş" ukraynalı qapıçısını icarəyə verdi
00:10
  Azərbaycanlı hücumçudan Portuqaliyada növbəti qol
  15.01.18
23:00
  "Benfika"nın futbolçusu "İnter"də
22:44
  "Qəbələ"nin Antalyada 11-ci günü
22:00
  Millimizin hücumçusu rəsmən "Gənclərbirliyi"ndə
21:35
  "Arda yaxşı oyunçudur, amma..." - Ernesto Valverde
20:49
  "Xəzər" Almaniya klubu ilə qarşılaşacaq
20:16
  Mussa Sou rəsmən Türkiyə klubunda
19:20
  "Sumqayıt" "Qaradağ Lökbatan"a qalib gəldi
18:40
  Dəniz Yılmaz "Bursaspor"dan getdi - rəsmi
18:37
  Ndlovu Çin klubu ilə nə vaxt müqavilə bağlayacaq?
18:30
  Dembele yenə zədələndi
18:14
  Futbolçunu vuran hakimə sərt cəza
17:54
  "Borussiya"dan rəsmi transfer
17:25
  Nağarada ifa edir Vüqar Nadirov - Video
17:10
  Aqolli komandadan ayrı məşq etdi
16:49
  Premyer Liqa klubunda yeni baş məşqçi
16:14
  Ozobiçin "Qəbələ"də ən vacib 3 qolu - Video
15:56
  "Neftçi"dən ayrılmaq çox çətin idi" - Uqo Barqas
15:23
  "Qarabağ"ın ilk oyununun vaxtı bilindi
15:12
  "İki oyunçumuzu və baş məşqçimizi Bakıya göndərə bilərik" - Fikrət Orman
14:54
  Ronaldo "MY"ə qayıtmaq istəyir - aldadıldığına görə
14:41
  Günün canlı oyunları - Etopaz-da
14:20
  Kosovo millimizlə oyuna əsas heyətlə çıxmayacaq
14:03
  "Səbail" "Xəzər"ə qalib gəldi
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore