Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Adı "Qarabağ"la hallanan futbolçu vətənində oynayacaq

Yazarlar
 Vaqif Cavadova bircə sual
Aydın BAĞIROV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Qəbələ" Antalyada bir gündə iki məşqə çıxdı - Şəkillər
Top 5
Klublarımızın qış transferləri – Yenilənir
Neymara görə fantastik təklif – Ronaldo + pul
"Qarabağ" afrikalı hücumçu alır?
Ronaldo "MY"ə qayıtmaq istəyir - aldadıldığına görə
"Arda yaxşı oyunçudur, amma..." - Ernesto Valverde
Linklər
525ci Qəzet

Futbolumuzun legionerləri
A A A

[05.02.2017]
Futbolumuzun legionerləri

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unuldulmur!


Azərbaycanlı futbolçuların ölkə xaricində legioner həyatı yaşaması, daha doğrusu, yaşaya bilməməsi son zamanların ən çox müzakirə olunan mövzularındandır. Futbolçularımız ölkədən kənarda oynaya bilmirlər. Bunun da bir sıra səbəbləri var. Böyük əksəriyyət futbolçularımızın  ölkədən kənara çıxmaqda və legioner həyatı yaşamağa risk etmədiklərini və ya maraqlı olmadıqlarıını əsas gətirərək elə onların özünü günahlandırır. Başqa sözlə, futbolçuları özlərinə əziyyət verib daha artıq məşq etməyi və Avropada sözün əsl mənasında yaxşı futbolçu olmağı istəməməkdə məzəmmət edirlər. Bir qrup isə bu məsələdə yaxşı futbolçu yetişdirə bilmədiklərini əsas gətirərək AFFA-nı və klubları tənqid atəşinə tutur. Düzdür, burada federasiyanın üstünə o qədər də getmək olmaz. Çünki futbolçular daha çox klublarda yetişməlidir. Hər klubun özünün ayrıca uşaq futbol məktəbi və ya akademiyası və uşaq futbolu ilə bağlı səmərəli siyasəti olmalıdır. Futbolçu uşaq yaşlarından klubda hazırlanmalı və yığmaya hazır gəlməlidir. Bu mənada sözügedən məsələdə tənqidin böyük faizi məhz klubların payına düşür.
Üçüncü bir qrup isə düşünür ki, bizdə yaxşı futbolçu da var və onların arasında ölkə xaricində legioner həyatı sürmək bacarığında olanlar da. Sadəcə, elə futbolçuların kənara çıxmasını təmin edəcək, bunu bacaracaq menecerlər yoxdur, futbolumuzun və futbolçularımızın reklamı zəifdir. 

Əslində göstərilən bütün səbəblərin bu məsələdə təsiri var. Ancaq bunların içərisində ən tutarlı səbəb kimi elə birincini göstərmək olar. Yəni bir çox halda futbolçularımız özləri ölkə xaricinə çıxmağa maraq göstərmirlər, evin içində qazandıqları 5 manata (şərti olaraq) qane olurlar. İkinci və üçüncü səbəblər o qədər də tutarlı ola bilməz. Çünki bir vaxtlar bəzi futbolçularımız bunun əksini sübut edə bilib. Söhbət müstəqil Azərbaycanın futbol tarixində legioner həyatı yaşayan və uğur qazanan futbolçularımızdan gedir. Hansı ki, azərbaycanlıdırlar və Azərbaycanın futbol mətbəxindən çıxıblar. Demək ki, bizdən də istedadlı, futbol oynamağı bacaran futbolçular çıxır. Elə bu yazımızda da müstəqil Azərbaycanın futbol tarixində uğurlu legioner həyatı sürmüş futbolçularımızdan söz açacağıq.
 

Nazim Süleymanov

1965-ci il fevralın 17-də Sumqayıt şəhərində anadan olub. 1 mk-da yerləşən 5 saylı məktəbdə təhsil alan Nazim futbolla 8 yaşından rəhmətlik Tofiq Rzayevin yanında məşğul olmağa başlayıb. 17 yaşında artıq "Sintetik Kauçuk Zavodu"nun komandasında debüt edir. İstedadı ilə diqqət çəkən Süleymanov 80-cı illərdə SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında yarışan Avtomobilçi (Mingəçevir) klubunun heyətinə cəlb olunur. Qısa zamanda orada da özünü doğruldan sumqayıtlı istedad o dövr  Azərbaycanın birinci komandası sayılan “Neftçi”dən dəvət alır. Süleymanovun karyerasının ən uğurlu illəri Rusiya çempionatı ilə bağlıdır. 90-cı illərin əvvəllərində “Neftçi” müəyyən problemlər yaşayır. Ona qarşı münasibətdən narazı qalan Nazim paytaxt klubundan ayrılaraq Rusiyaya üz tutur. Əslində onun hədəfində Moskva “Spartak”ında oynamaq idi. Hətta Yuri Romantsev şəxsən özü həmyerlimizi Moskvaya dəvət etmişdi. Lakin “Spartak”ın düşərgəsinə yollanan Süleymanov orada arzuladığı mənzərə ilə qarşılaşmır. Romantsevin verdiyi sözü tutmadığını görən həmyerlimiz Moskva klubunun düşərgəsindən ayrılır. Lakin indiki futbolçular kimi həvəsdən düşüb vətənə qayıtmır və başqa variantlar axtarmağa başlayır.

Bu zaman “Alaniya”dan təklif alır. Vladiqafqaz klubunun baş məşqçisi Valeri Qazzayev Nazimi öz komandasına dəvət edir. Qazzayevin təklifini qəbul edən Nazim 1991-ci ildə “Alaniya”ya yollanır və 5 il bu klubun şərəfini qoruyur.  Vladiqafqazda keçirdiyi bu 5 ilərzində Süleymanov 142 oyunda meydançaya çıxır və 60 qola imza atır. Uzun illər onun adı Rusiyada ən çox qol vuran legioner kimi ilk sırada yazılır. Qazzayevin ən sevimli futbolçularından olan həmyerlimiz 1996-cı ildə “Alaniya” ilə Rusiya çempionu olur.

1997-ci ildə “Alaniya”dan ayrılan Nazim yüksək liqaya yenicə vəsiqə qazanmış “Jemçujina”sından təklif alır. Soçi təmsilçisi onun təcrübəsinə ehtiyac duyur. Bir il sonra oynayan-məşqçi məşqçi olan həmyelimiz 1997-2000-ci illər aralığında “Jemçujina”da 67 oyun keçirdir və 13 qola imza atır. Vladiqafqazda olduğu kimi Soçidə də böyük hörmət qazanan Nazim karyerasını elə bu klubda başa vurur və dərhal da ona komandanın baş məşqçisi vəzifəsi həvalə olunur.

Vəli Qasımov


Vəli Qasımov, "Setubal"da

1968-ci ildə Gəncədə anadan olub. Futbolun sirlərini də elə doğma şəhərində öyrənib. İlk getdiyi məkan isə evlərinin yaxınlığında yerləşən “Metallurq” stadionu olub. İlk  məşqçisi Yusif Məhərrəmov olub. Vəli 14 yaşına kimi futbolla yanaşı həndbolla da məşğul olub. 14 yaşında isə həndbolu ataraq özünün tamamilə futbola həsr edib. 14 yaşı olarkən üzləşdiyi bir hadisə ona çox pis təsir edir. Belə ki, istədiyi turnirlərdən birinə düşə bilmir. Bundan sonra o, özünü sübut etmək üçün Azərbaycanı tərk edərək Ukraynaya yollanır. Xarkovda futbolçu həyatını davam etdirən həmyerlimiz 15 yaşında artıq yerli “Mayak”ın əsas heyətində oynamağa başlayır. Maraqlıdır ki, Azərbaycanda zəif hesab edilən Vəli cəmi 1 il sonra SSRİ yığmasına çağırılır və 16 yaşında Avropa çempionu adını qazanır.  Təbii ki, bu cür futbolçuya diqqət birə beş artır və dəvətlər ard-arda gəlməyə başlayır. Lakin Vəli çox düzgün addım ataraq ab-havasına uyğunlaşdığı Xarkovun “Metallist” klubunu seçir. Burada keçirdiyi 23 oyuna 2 qol vurur. 1987-ci ildə isə “Neftçi” israrla onu öz heyətinə cəlb edir. Vətənə qayıdan Vəli 1987-91-ci illər aralığında “ağ qaralar”ın şərəfini qoruyur və  ümumilikdə 155 oyuna 56 qol vurur. 1992-ci ildə Moskva “Spartak”ı onu öz heyətinə dəvət edir. Nazim Süleymanov kimi, Vəlinin də “Spartak” karyerası uğurlu alınmır. Cəmi 6 oyunda meydançaya çıxan həmyerlimizə Moskvanın digər klubu olan “Dinamo”dan təklif gəlir.  Vəli məhz bu klubun heyətində həm Rusiya çempionatında, həm də UEFA kubokunda parlaq oyunlar keçirir. 17 oyuna 16 qol vuran Qasımov bu göstərici ilə Rusiya çempionatının bombardiri adını qazanır. O, eyni zamanda müstəqil Rusiyanın ilk futbol çempionatının bombardiri kimi də adını tarixə yazdırır. Bundan başqa, Qasımov Rusiya çempionatında bir mövsümdə iki dəfə het-trik edən 12 futbolçudan biridir. O, bunu yalnız bir mövsümdə edərək də ayrı bir rekorda imza atıb. Artıq Vəlinin oyunu Rusiya sərhədlərini də aşır və ona İspaniyanın məşhur “Betis” klubundan təklif gəlir. İspaniyaya yollanan həmyerlimiz 3 il orada parlaq karyera qurur. 42 oyunda meydançaya çıxır və 9 qola imza atır. Nəzərə alaq ki, 1992-ci ildə mövsümün yarısında İspaniyaya getdiyindən “Betis”in oyunlarının 50 faizində iştirak edə bilmişdi. Əks halda oyun və qol sayı daha çox ola bilərdi. 1993-94-ci il futbol mövsümündə “Betis”in aparıcı futbolçularından olan Vəli bu komandanın İspaniya Primerosuna vəsiqə qazanmasında böyük pay sahibi oldu. 1994-95-ci il mövsümündə isə “Betis”in heyətində İspaniya Primerosunun bürünc medallarını qazanır. Mövsüm başa çatar-çatmaz Vəliyə Primeronun digər klubu olan “Albasete”dən təklif gəlir.  Vəli burada da əsas heyət oyunçusu olur və mövsüm ərzində keçirdiyi 22 oyunda 4 qola imza atır. Lakin təəssüf ki, komandasının yüksək liqada yerini qoruya bilməsinə yardım edə bilmir.. 1996-cı ildə II Divizion təmsilçisi “Esixa”ya transfer olunur. Lakin burada işləri qaydasında getmir və komanda mövsümün sonunda daha aşağı liqaya düşür. Belə olunca Vəli də o klubu tərk edir. Bu zaman ona Portuqaliya yüksək liqasında yarışan “Setubal”dan təklif gəlir. Özünü sübut etmək üçün məqam axtaran Qasımov 1997-ci ildə Portuqaliyaya yollanır və iki əla mövsüm keçirir. “Setubal”ın heyətində 41 oyun keçirən həmyerlimiz 15 qola imza atır. Cərimə zərbəsindən “Benfika”nın qapısına vurduğu möhtəşəm qol isə ayın ən yaxşı qolu seçilir. 1998-99-cu il mövsümündə”Setubal” Portuqaliya çempionatında 5-ci pilləni tutur və avrokuboklara vəsiqə qazanır. Karyerasının son illərini Portuqaliya II liqasında keçirdən həmyerlimiz “İmortal”ın heyətində 46 oyuna 16 qol vuraraq burada da öz sözünü deyir və karyerasını da 2001-ci ildə, 33 yaşında elə bu klubda bitirir.

Maraq üçün deyək ki, Vəli müstəqil Azərbaycanın ölkə xaricindəki ilk legioner futbolçudur. Daha bir maraqlı faktı da sizinlə bölüşək. Vəli “Albasete”də çıxış edəndə hazırda “Barselona”nın əfsanəsi olan Andreas İnyesta həmin klubun uşaq komandasında oynayırdı. Yəni futbolda qədəmlərini yeni-yeni atırdı. Həmin vaxtlar İnyesta “Albasete”nin oyunlarında həm də topdaşıyan funksiyasını yerinə yetirirdi.

Şahin Diniyev

1966-cı ildə Beyləqan rayonunda anadan olub. Erkən yaşlarından Bakıya gəlib və Razin (indiki Bakıxanov – red.) qəsəbəsində yerləşən internat təmayülli futbol məktəbinə daxil olub. İlk peşəkar klubu 1984-cü ildə 18 yaşı olarkən Mingəçevir “Avtomobilçi”si olub. İlk mövsümdəcə 32 oyuna 4 qol vurmağı bacarıb və Bakının “Gənclik” komandasından dəvət alıb. Burada isə daha uğurlu karyera qurub və keçirdiyi 46 oyunda 7 qol vurmağı bacarıb. Bunun ardından ölkənin bir nömrəli komandası olan “Neftçi”dən dəvət alır. Lakin müəyyən səbəblərdən bu komandada debüt etmədən Gəncə “Dinamo”suna yollanır. Gəncədə isə hər şey qaydasında gedir. Komandanın aparıcı üzvünə çevirilən Şahin 62 oyuna 13 qol vurmağı bacarır. Lakin sonradan bu komandada müəyyən problemlər yaşayır və Gəncədən ayrılır. Bir müddət özünə klub tapa bilmir və sıxıntılı günlər keçirir. Bakıda küçədə gəzərkən təsadüfən həmin dönəm Moldova “Nistru”nda oynayan İsgəndər Cavadovun həyat yoldaşı ilə üz-üzə gəlir. Diniyevlə Cavadov həm də yaxın dost olublar. Məhz həmin görüş zamanı Diniyevin klubsuz olduğunu öyrənən Cavadovun xanımı bunu İsgəndərə çatdırır. İsgəndər isə Şahini özü ilə Moldovaya aparır. Düzdür, Diniyev Moldovada çox duruş gətirmir. Cəmi 7 oyunda meydançaya çıxır və 1 qola imza atır. 1990-cu ildə Voroneje “Fakel”nə keçən Diniyev  6 ay sonra yenidən Gəncə “Dinamo”suna dönür. Yenə parlaq mövsüm keçirir, 55 oyuna 15 qol vurur. Həmin vaxt “Dinamo” həm də SSRİ çempionatının II dəstəsində mübarizə aparırdı. 1992-ci ildən etibarən isə Şahinin əsl legioner həyatı  başlayır. Həmin il Qroznı “Terek”inə keçən yarımmüdafiəçi burada aparıcı futbolçulardan birinə çevirilir, 44 oyuna 7 qol vurur. Təsadüfi deyil ki, Qroznıda böyük hörmət qazanan həmyerlimiz illər sonra məşqçi kimi də məhz bu komandadan dəvət almışdı. Dediyinə görə, günü bu gün də “Terek”in qapıları onun üzünə açıqdır. 1994-cü ildə isə 28 yaşlı Şahinin Avropa karyerası başlanır. O, öncə “Hapoel” Taybe klubuna transfer olunur. Burada 24 oyun keçirir, 2 qola imza atır. Elə həmin il İsrailin məşhur klublarından olan Təl-Əvivin “Beytar” klubundan təklif alır. 1996-cı ilə kimi burada oynayan Şahin 40 oyunda 5 qol vurmağa nail olur. O, eyni zamanda azarkeşlərin də sevimlisinə çevirilir. Diniyevin İsrail karyerası ilə bağlı maraqlı bir məqama toxunaq. Bir dəfə Azərbaycan televiziyası onunla görüşmək üçün Təl-Əvivə yollanır. Məşqdən sonra Diniyevin maşınına əyləşib restoranlardan birinə yollanırlar. Bu zaman Diniyev istəmədən yol hərəkət qaydasını pozur və polis də təbii olaraq onu saxlayaraq sənədlərini tələb edir. Lakin şüşə aşağı yenincə sükan arxasında Diniyevi görür və dərhal da üzr istəyərək deyir ki, yoluna davam edə bilər. Yəni Diniyevin İsraildə bu cür hörməti olub. 1996-cı ilin sonlarına doğru vətənə qayıdan Diniyev qısa müddətdə Bakının “Fərid” və “Dinamo” komandalarında oynayaraq 1998-ci ildə karyerasını başa vurur.

Ardı olacaq…

Anar XANLAROV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir



4663 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
26.12.2017  18:28 Dövlət Proqramı futbolumuza nə verdi?
19.12.2017  12:57 “Getdikcə Banişevskini də yaddan çıxaracağıq...”
13.12.2017  14:16 "Avropada uşaq 5 yaşında qaçmağı bilirsə, biz 10 yaşında necə yeriməyi öyrədirik"
05.12.2017  15:15 Divizionla Premyer Liqa arasındakı uçurum
28.11.2017  12:09 Biz niyə qol vura bilmirik?
20.11.2017  13:32 Bu çempionat hara gedir?
12.11.2017  10:05 Hakim çatışmazlığı, yoxsa qeyri-peşəkarlıq?
07.11.2017  18:23 Bombardirin millimizə qayıdışı
31.10.2017  12:32 “Gürcülər uduzduqlarına inanmırdılar” – millimizin ilk qələbəsi
21.10.2017  14:15 “Futbol+”də münasibətlər dəyərlər üzərində qurulub” – Mahir Rüstəmli
02.10.2017  13:25 “Azərbaycanda 10 ildən sonra da futbol olmayacaq”
24.09.2017  14:21 “Ramillə Emin Azərbaycana gəlməklə geriyə addım atdılar”
14.09.2017  14:48 Bakının dağılan “Bakı”sı – reportaj + fotolar
11.09.2017  13:50 "Azərbaycanda iş adamları futbola nifrət edirlər" - Yaşar Seyidov
03.09.2017  10:23 “O futbolçular elə 17-18 yaşında itib-batır”
22.08.2017  14:36 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi - ikinci yazı
14.08.2017  16:00 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi
07.08.2017  13:20 “O dövrdə "Kopenhagen”lə 5 dəfə də oynasaq, qalib gələ bilməzdik”
31.07.2017  12:11 Futbolumuzun bəlası – süni ot örtüyü
24.07.2017  13:10 “Alim Qasımov ifası ilə bütün stadionu susdurdu” – “Qarabağ”ın tarixi oyunu
 
 
  16.01.18
20:05
  "Qarabağ" "Kuban"la oyuna hazırdır
19:33
  “Traktor Sazi" Mustafa Dənizli ilə razılığa gəldi
19:03
  Rəşad Sadıqov qələbə ilə başladı
18:24
  "Kəpəz"dən daha 2 transfer
18:03
  Ronaldo özünə yeni klub tapsın – Peresdən tələb
17:51
  "Qarabağ"ın dünya reytinqi - TOP-100-də
17:34
  "Neftçi"də növbəti ayrılıq - rəsmi
17:15
  La Liqada dekabrın ən yaxşı futbolçusu kim olacaq?
16:52
  "Qəbələ" - "Sürix" oyununun başlama saatı açıqlandı
16:37
  Adı "Qarabağ"la hallanan futbolçu vətənində oynayacaq
16:11
  Millimiz 6 qolla qalib gəldi
15:46
  “Yeni Pele daha dünyaya gəlməyəcək"
15:15
  "Pepə başa saldılar ki, Messiyə toxunmaq olmaz"
14:56
  Ukraynalı qapıçı rəsmən "Kəpəz"də
14:31
  PSJ-nin məşqində Neymar şousu - Video
14:15
  "Arsenal" Sançesi erməni futbolçuya dəyişir
14:02
  Günün canlı oyunları - Etopaz-da
13:43
  "Barselona" onu satmaqdan imtina etdi
13:20
  Rəşad Sadıqov səhər məşqdə, axşam oyunda - Şəkil
13:05
  Mbappe, Neymar, yoxsa Balotelli?
12:48
  "Qəbələ" braziliyalı futbolçudan imtina etdi
12:41
  Moldova millimizlə oyunun hazırlıqlarına başladı - Şəkillər
12:28
  Klublarımızın qış transferləri – Yenilənir
12:13
  "Zirə" - "Keşlə" oyununun başlama saatı açıqlandı
11:52
  Şehiç millinin düşərgəsinə gec qoşulacaq
11:40
  “Keşlə”dən növbəti rəsmi transfer
11:15
  "Sumqayıt"dan üç qol - Video
10:59
  Ronaldo "Real"ın ən yaxşı oyunçusu seçildi
10:30
  UEFA Superkuboku üçün 9 namizəd
10:04
  "Azərbaycana qiymət vermək çətindir" - Moldova millisinin üzvü
09:45
  "Mançester Yunayted"dən qələbə - Video
01:15
  Erməni məşqçiyə ömürlük cəza
00:32
  "Beşiktaş" ukraynalı qapıçısını icarəyə verdi
00:10
  Azərbaycanlı hücumçudan Portuqaliyada növbəti qol
  15.01.18
23:00
  "Benfika"nın futbolçusu "İnter"də
22:44
  "Qəbələ"nin Antalyada 11-ci günü
22:00
  Millimizin hücumçusu rəsmən "Gənclərbirliyi"ndə
21:35
  "Arda yaxşı oyunçudur, amma..." - Ernesto Valverde
20:49
  "Xəzər" Almaniya klubu ilə qarşılaşacaq
20:16
  Mussa Sou rəsmən Türkiyə klubunda
19:20
  "Sumqayıt" "Qaradağ Lökbatan"a qalib gəldi
18:40
  Dəniz Yılmaz "Bursaspor"dan getdi - rəsmi
18:37
  Ndlovu Çin klubu ilə nə vaxt müqavilə bağlayacaq?
18:30
  Dembele yenə zədələndi
18:14
  Futbolçunu vuran hakimə sərt cəza
17:54
  "Borussiya"dan rəsmi transfer
17:25
  Nağarada ifa edir Vüqar Nadirov - Video
17:10
  Aqolli komandadan ayrı məşq etdi
16:49
  Premyer Liqa klubunda yeni baş məşqçi
16:14
  Ozobiçin "Qəbələ"də ən vacib 3 qolu - Video
15:56
  "Neftçi"dən ayrılmaq çox çətin idi" - Uqo Barqas
15:23
  "Qarabağ"ın ilk oyununun vaxtı bilindi
15:12
  "İki oyunçumuzu və baş məşqçimizi Bakıya göndərə bilərik" - Fikrət Orman
14:54
  Ronaldo "MY"ə qayıtmaq istəyir - aldadıldığına görə
14:41
  Günün canlı oyunları - Etopaz-da
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore