"Qarabağ" ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqanın 34-cü turunda "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- "Qarabağ” artıq 11 oyundur ki, qələbə qazanır. Komandanızı dayandıran yoxdur.
- Çünki peşəkar futbolçularıq. Bildiyiniz kimi, rəhbərliyimiz və məşqçilər korpusumuz ciddi insanlardan təşkil olunub. Onlar bizdən də ciddilik tələb edirlər. Biz də işimizə lazım tələb olunan kimi yanaşırıq. Meydana çıxıb vəzifəmizi yerinə yetirməyə çalışırıq. İstəyirik ki, komandada arxayınlıq olmasın. Ən əsası özümüzü böyük aparmayaq. Çünki böyük bir iş görməmişik.
- Azərbaycan Premyer Liqasının qalibi olmaq böyük iş görmək deyil?
- Çempion olmaq gözəl hissdir. Amma bu qarşımızdakı məqsədlərin bir hissəsidir. Xoşdur ki, bunu bütün komanda da yaxşı dərk edir. Bizi qarşıda kubok oyunu gözləyir. İki aydan sonra Çempionlar Liqasında mübarizəyə başlayacağıq. Ona görə də bu dəqiqə rahatlaşmağın heç bir mənası yoxdur. Düzü, buna vaxtımız da yoxdu. Çalışırıq ki, komanda şəkilində işimizi ciddi görək.
- Çempionluğu bir neçə tur öncədən təmin etmisiniz. Mövsüm boyu ağır oyunlar keçirdiniz. Çempionlar Liqasında yenə çətin oyunlara çıxacaqsınız. Premyer Liqa matçlarında əsas heyətdə oynamayanlar da meydana çıxa bilərdi və siz yaxşı istiraht edə bilərdiniz.
- Bu məşqçilərimizin proqramıdır. Onlar komanda ilə danışanda da bildirdilər ki, bəzi futbolçular çempionat oyunlarında istirahət edəcək. Kimə istirahət verilməyindən asılı olmayaraq, öz oyunumuzu qoruyub saxlamağa çalışırıq. Oyunu itirdikdən sonra psixoloji gərginliyə düşürsən və istədiyin kimi oynaya bilmirsən. Biz çalışırıq ki, qarşıdan gələn oyunlarda maksimum yaxşı formada olaq.
- "Qəbələ”nin oyunu barədə nə düşünürsən? Meydanda sanki "Qəbələ” adlı komanda yox idi...
- "Qəbələ” sıx qrafiklər oynamışdı. Bilirdik ki, heyət baxımından çox itkiləri var. Bundan əlavə komanda yorğun idi. Ağır oyunlarını nəzərə alıb, onlarda müəyyən qədər yorğunluq olduğunu bilirdik. Bizim kubok oyunundan sonra istirahətə vaxtımız var idi və həmin vaxt gücümüzü bərpa etmişdik. Fikirləşirəm ki, bizim "Qəbələ” qarşısında rahat oynamağımızın səbəbləri bunlardır.
- Kubokun finalı barədə nə deyə bilərsən?
- Vaxtımız var, hazırlaşırıq. "Neftçi” ilə keçirdiyimiz oyunlar həmişə maraqlı olub. Bu komandalar arasındakı oyunlarda heç vaxt üstün tərəf olmayıb. Finalda da şansların bərabər olacağını düşünürəm. Bizi çox gərgin oyun gözləyir. "Neftçi”nin heyətində sürətli oyunçular kifayət qədərdi. Hiss olunur ki, Vəli Qasımovun gəlişindən sonra komandada özünəinam yaranıb. Əvvəlkindən daha yaxşı oynayırlar. Finalda bizi gərgin qarşılaşma gözləyir.
- Finalın Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə münasibətin necədir? Ən azından sizin üçün doğma meydandır.
- Doğma da olsa, 1 ilə yaxındır ki, orda çıxış etmirik. Ot örtüyünün hansı vəziyyətdə olmasından xəbərsizəm. Mənim ən çox narahat edən qazonun səviyyəsidir. Çünki təzə ot örtüyü çox yumşaq və sürüşkən olur, oynaya bilmirsən. Tək bizim üçün yox, hər iki komanda üçün doğma olan meydanda oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, bu matçdan qalib ayrılaq. Çempionlar Liqası oyunlarını da həmin arenada keçirəcəyik. Kubokun finalının Respublika stadionunda keçirilməsi bizim üçün üstünlük sayıla bilər.
- Klub Prezidenti Tahir Gözəl bildirdi ki, "Qarabağ”ın Çempionlar Liqasında daha yaxşı mübarizə aparması üçün Avstriya toplanışında güclü rəqiblərlə qarşılaşmaq istəyirik. Bunun müsbət tərəfləri varmı?
- Bunlar sırf məşqçilərimizə aid olan məsələdir. Proqram bəlli deyil. Güclü komandalarla oynamağın xeyri də ola bilər, ziyanı da. Bəzən belə klublar istədiyin oyunu qurmağa şərait yaratmır. Bəzən komandalara toplanış zamanı ilk olaraq zəif rəqiblər seçirlər. Çünki belə rəqiblərlə oynamaq öz oyununu qurmaq deməkdir. Bundan sonra güclü komandalar önünə daha ciddi çıxa bilirsən. Amma bizim çox az vaxtımız var. Çalışacağıq ki, Avstriya toplanışından maksimum yararlanaq.
- Avropa çempionatı ilə əlaqədar olaraq oyunlarınızın "Əlincə Arena”da keçirilməsi sizə çətinlik yaradır?
- Xeyr. Bu, Azərbaycanımıza lazımdısa, biz hər bir çətinliyə hazırıq. Lap gedib rayonda da oynaya bilərik ki, Avropa çempionatı yüksək səviyyədə keçirilsin. Necə ki, keçirilir. Millimizi təbrik etmək istəyirəm. İlk oyundakı məğlubiyyətdən sonra inanırdım ki, ikinci və üçüncü oyunlarda yaxşı çıxış edəcəklər. Qrupdan çıxa bilmədiyimiz üçün təəssüflənirəm. Belçika ilə oyunda son dəqiqələrdə qələbə qoyunu vura bildik. Yaxşı futbolçularımız və yaxşı məşqçilər heyətimiz var. Təbriz müəllimin ilk oyundan sonra yükü öz üzərinə götürməyi sonrakı oyunlarda öz effektini verdi. Çox sevindirici haldı ki, belə gənc futbolçularımız və məşqçilərimiz yetişir. Gələcəyə ümidliyik.
- Əsas millinin kapitanı kimi, 17 yaşadək futbolçulardan ibarət millimizin heyətində kimi fərqləndirə bilərsən?
- Fərid Nəbiyevin oyunu çox xoşuma gəlir. Barış Ekinciyer də yaxşı futbolçudur.
- AFFA prezidenti Rövnəq Abdullayev bildirib ki, gənc futbolçularımızı 2020-ci il Avropa çempioinatına hazırlaşdırmaq lazımdı. Gənclərimizin sizi əvəz edə biləcəyini düşünürsən?
- Biz özümüz böyük futbolçu deyilik ki, bizi hər hasnı xüsusi futbolçular əvəz eləsin. Mən inanıram ki, o uşaqlar bizdən yaxşı olacaqlar. İçərilərində çox istedadlı futbolçular var. Çox təəssüf ki, ilk oyunda Portuqaliya ilə mübarizə apardıq. Həmin oyunda ilk qollardan sonra uşaqlarda psixoloji gərginlik yarandı. Əgər ilk oyunda Şotlandiya və ya Belçika ilə oynasaydıq, qrupdan çıxmaq şansımız olardı.
- Qarşıdan əsas millimizin təlim-məşq toplanışı gəlir...
- Bəli, hazırlaşacağıq. Bizi bir neçə yoxlama oyunu gözləyir. Bilirsiniz ki, seçmə mərhələyə çox vaxt qalmayıb. Kimsə fikirləşə bilər ki, dörd ay qalıb. Amma bu dörd ay göz qırpımında keçəcək.
Ergün SEYİD
MEDİA müsabiqə elan edib
Mikelsin yubiley qolu
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol