"Vacib 3 xal qazandıq. Güclü və sonadək mübarizə aparan komandaya qarşı oynadıq. "Qəbələ"yə səfərdə qalib gəlmək bizim üçün önəmli nəticədir. Uğur əldə etmək istəyiriksə, hər görüşdə qələbə qazanmalıyıq. Komandamın yaxşı mübarizə apardığını və layiqli qələbə qazandığını düşünürəm".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 26-cı turunda səfərdə "Qəbələ"yə qalib gəldikləri oyundan (2:1) sonra "CBC Sport" telekanalına açıqlamasında deyib.
Oyun haqda fikirlərini bölüşən Qurbanov daha sonra bir neçə sualı cavablandırıb.
- Düzdür, rəqib son oyunlarda elə də uğurlu nəticələr əldə etməyib. Lakin "Qəbələ" elə baş məşqçi və futbolçulara malikdir ki, istənilən anda oyununu bərpa edərək qələbələrini qazana bilər. Bu mənada önəmli qələbə qazandıq. Bizi bu stadionda sonadək dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm.
- Zədəsini sağaldan Reynaldonun bugünkü oyunda meydana çıxacağı gözlənilirdi. Ancaq siz bu gün ona şans vermədiniz...
- Bəli, açığı Reynaldonu bu gün meydana buraxmaq fikrim var idi. Lakin bir qədər ehtiyat etdim. Onu riskə atmaq istəmədim. Ancaq qarşıdakı görüşlərdə Reynaldonu meydana buraxacam.
- Çempionluq yolunda əsas rəqiblərinizdən olan "Qəbələ"ni səfərdə məğlub edərək liderliyinizi bir qədər möhkəmləndirdiniz. Artıq çempionluq mübarizəsinin "Qarabağ" və "Zirə" arasında gedəcəyini söyləmək olar?
- Bu barədə düşünmək istəmirəm. Çünki qarşıda hələ 10 oyunumuz var. "Zirə" ilə aramızdakı xal fərqi 7-yə bərabərdir. Çempionluq haqda düşünmək futbolçuların oyununa mane ola bilər. Bu səbəbdən oyunumuzu daha da yaxşılaşdırmaq və hər görüşdə qələbə qazanamağa çalışacağıq.
- Artıq bir neçə oyundur ki, gənc futbolçu Mahir Mədətova şans verirsiniz. Onun əsas heyət oyunçusuna çevrildiyini söyləyə bilərik...
- Belə deməzdim. Biz rəqibə görə heyət müəyyənləşdiririk. Hər görüşdə heyətdə müəyyən dəyişikliklər olur. Mahir hələ gəncdir, üzərində daha çox çalışmalıdır. Qarşıdakı oyunlarda onun əvəzinə Coşqun Diniyevi və ya başqasını görə bilərsiniz. Mahir daha çox təcrübə toplamalıdır.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu