Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları, eləcə də Topaz Premyer Liqanın 24-cü turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul olunub.
Azərbaycan kubokunun 1/4 mərhələsinin “Rəvan” – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/4 mərhələsinin “Xəzər Lənkəran” – “Neftçi” matçının 1-ci hissəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimələnib.
Azərbaycan kubokunun 1/4 mərhələsinin “Qarabağ” – “Sumqayıt” matçı başa çatdıqdan sonra “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov meydançaya daxil olaraq hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klub 5000 manat cərimə olunub.
Topaz Premyer Liqasının XXIV turunun “Xəzər Lənkəran” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
Topaz Premyer Liqasının XXIV turunun “Neftçi” – “Qəbələ” matçının 80-cı dəqiqəsində “Neftçi” klubunun 3 nömrəli futbolçusu Jario Rodriges kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
Avroliqada pley-off günü
İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda
"Lion" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
“Mançester Yunayted” formalarını dəyişməli oldu
“Ayaks”la vidalaşdı, Belçikaya gedir
UEFA dünya çempionatı ilə bağlı qərarını dəyişir
Azərbaycan millisi Belçikaya məğlub oldu
“Qalatasaray” onu hədəfə aldı
FİFA referisi Elçin Məsiyevə növbəti təyinat
“Məsələ pulda deyil” - Alvareslə bağlı açıqlama
"Bütün diqqətimiz “Qarabağ”a qarşı oyundadır"
Ronaldo fasilədə niyə oyundan çıxarıldı?
Dambrauskas hekayəsi və dəyişən Azərbaycan futbolu
“Bavariya”dan “Benfika”ya keçdi
Vaqif Cavadov "Tvente"ni ziyarət etdi
Mattia Perin “Yuventus”dan getdi
“Mançester Siti” Ayub Buaddini transfer etdi
AFFA "Neftçi" və "İmişli"ni cərimələdi
Qurban Qurbanovdan “Tvente” ilə oyun öncəsi açıqlamalar
"Sabah Ulduzları": 6-cı turda 3 oyun keçirildi