“Çətin oyun alındı. Səfərdə 2 qol vurmaq bizim üçün üstünlükdü. Lakin indidən yarımfinala vəsiqə qazandığımızı söyləmək olmaz. Qarşıda cavab oyunu var”.
Qol.az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Qəbələ”nin aparıcı üzvü Rəşad Sadiqov deyib.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qəbələ” səfərdə “Zirə”ni 2:1 hesabı ilə məğlub edib. “Qırmızı-qaralar” rəqib qapısına hər iki qolu standart vəziyyətdən vursalar da, təcrübəli yarımmüdafiəçi buna görə xüsusi hazırlıq görmədiklərini bildirib: “Xüsusi hazırlıq görülməmişdi. Standart vəziyyətlər zamanı bizim ucaboy futbolçularımız hər zaman rəqib qapısı qarşısında təhlükə yaratmağa çalışırlar. Baş məşqçi də daim belə epizodlardan maksimum istifadə etməyimizi tapşırır”.
R.Sadiqov sabah Topaz Premyer Liqasının XXIV turunda “Neftçi”yə qarşı keçirəcəkləri oyundan da söz açıb: “Neftçi” doğma meydanda oynayacaq. Komanda gənclərdən qurulsa da, meydanda çox qaçırlar. Bizim üçün xal itkisi yolverilməzdi. “Qarabağ” və “Zirə” bizdən çox uzaqlaşıb. Onlara bu fərqi daha da artırmağa şərait yaratmamalıyıq. Ona görə də “Neftçi”ni mütləq məğlub etməliyik”.
“Qəbələ”nin yarımmüdafiəçisi qeyd edib ki, komandası hər iki cəbhədə sona kimi mübarizə aparacaq: “Həm kubokda, həm də çempionatda uğur qazanmaq istəyirik. Hansını qazana bilsək, bizim üçün sevindirici olacaq. Hər ikisini qazansaq, lap əla olar (gülür). Gücümüz buna imkan verir”.
Avroliqada pley-off günü
İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda
"Lion" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
“Mançester Yunayted” formalarını dəyişməli oldu
“Ayaks”la vidalaşdı, Belçikaya gedir
UEFA dünya çempionatı ilə bağlı qərarını dəyişir
Azərbaycan millisi Belçikaya məğlub oldu
“Qalatasaray” onu hədəfə aldı
FİFA referisi Elçin Məsiyevə növbəti təyinat
“Məsələ pulda deyil” - Alvareslə bağlı açıqlama
"Bütün diqqətimiz “Qarabağ”a qarşı oyundadır"
Ronaldo fasilədə niyə oyundan çıxarıldı?
Dambrauskas hekayəsi və dəyişən Azərbaycan futbolu
“Bavariya”dan “Benfika”ya keçdi
Vaqif Cavadov "Tvente"ni ziyarət etdi
Mattia Perin “Yuventus”dan getdi
“Mançester Siti” Ayub Buaddini transfer etdi
AFFA "Neftçi" və "İmişli"ni cərimələdi