Ümumdünya "Laurens" İdman Akademiyasının versiyası üzrə 2015-ci ilin ən yaxşısı adına namizədlər açıqlanıb.
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, 2000-ci ildən başlanan mükafatlandırma mərasimi 4 ildən sonra yenidən Avropada təşkil olunacaq.
Aprelin 18-də ilk dəfə Almaniyanın paytaxtı Berlində keçiriləcək mərasimdə mükafatlar 3 nominasiyada sahiblərini tapacaq. Onların arasında daha çox ABŞ təmsilçiləri yer alıb.
Ən yaxşı kişi idmançı adına yamaykalı sprinter Useyn Bolt, argentinalı futbolçu Lionel Messi, serbiyalı tennisçi Novak Cokoviç, britaniyalı pilot Lüis Hemilton, amerikalı basketbolçu Stiven Karri və qolfçu Cordan Spit namizəddir.
Ən yaxşı qadın idmançı nominasiyasında amerikalı tennisçi Serena Uilyams, futbolçu Karli Lloyd və üzgüçü Keti Ledeki, avstraliyalı dağ xizəkçisi Anna Fenninger, efiopiyalı atlet Genzebe Dibaba, yamaykalı atlet Şelli-Enn Freyzer Prays namizəd göstərilib.
Ən yaxşı komanda nominasiyasında isə Yeni Zelandiyanın reqbi yığması, "Barselona" futbol klubu, MBA-nın "Qolden Steyt Uorriorz" basketbol komandası, Böyük Britaniyanın tennis millisi, "Mercedes" Formula 1 komandası və ya ABŞ-ın qadın futbol millisi qalib ola bilər.
Qeyd edək ki, indiyədək "Laureus Awards"a Useyn Bolt, Novak Cokovic, Mixael Şumaxer, Roje Federer, Serena Uilyams, Aleks Ferqyuson, Lüis Hemilton, Rafael Nadal, Pele, Ronaldo, Yelena İsinbayeva və Zinəddin Zidan kimi məşhurlar layiq görülüb.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi